bazar 27 iyul 2025 - 23:01
Ayətullah üzma Nəcəfinin ofisi dünyada azadlıq sevər insanları Qəzzanı ölümdən xilas etmək üçün dərhal hərəkətə keçməyə çağırıb

Hövzə / Həzrət Ayətullah Şeyx Bəşir Hüseyn Nəcəfinin ofisi sionistlərin Qəzza xalqına qarşı törətdiyi cinayətləri pisləyibdir.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən, Ayətullah Şeyx Bəşir Hüseyn Nəcəfinin ofisi sionistlərin Qəzza xalqına qarşı törətdiyi və hal hazırda da davam edən cinayətləri kəskin şəkildə pisləmiş, mühasirə və təcavüz nəticəsində misli görünməmiş humanitar faciənin baş verməsi barədə xəbərdarlıq etmiş və beynəlxalq ictimaiyyəti günahsız mülki şəxslərin xilas edilməsi üçün mənəvi və əxlaqi məsuliyyəti öz üzərinə götürməyə çağırmışdır.

Bəyanatın tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Biz hələ də böyük ürək yanğısı və ağrısı içində zalım sionist rejiminin işğalçılığı o cümlədən müsəlman torpaqlarını zəbt etməsi və vəhşi mahiyyətindən qaynaqlanan, Qəzzanın məzlum xalqına qarşı törətdiyi ardıcıl qırğın və müsibətləri izləməkdəyik. Bu rejim müasir dövrdə xalqlara qarşı ən dəhşətli cinayətləri törətmiş və hətta uşaqlar, qadınlar, yaşlılar və silahsız, müdafiəsiz mülki şəxslər belə onun vəhşiliyindən amanda olmamışdır. Onların insanlıqdan uzaq və vəhşi əməllərini artıq sözlərlə təsvir etmək mümkün deyil. Qəzza sakinləri susuzluq, aclıq və həyatın ən sadə ehtiyaclarının olmamasından əziyyət çəkirlər.

Təəssüflə bildiririk ki, bu faciə heyvanların hüquqlarını qorumaq naminə dünyanı səssizliyə qərq edən ölkələrin izahsız səssizliyi və laqeydliyi fonunda baş verir. Bu ölkələr on illərdir ki, guya insan haqlarının beynəlxalq müdafiəçiləri olduqlarını iddia edirlər. Lakin bu gün yalnız bəzilərinin cılız səyləri və ya imkanı çatan bir neçə ölkənin təşəbbüsləri istisna olmaqla, bu iddiaların əksini görməkdəyik.

Bu şəraitdə dünya ölkələrini, dünyanın vicdanlı insanlarını və azad ruhlu şəxsiyyətlərini bu məzlum xalqın köməyinə çatmaq üçün ciddi və təsirli səylər göstərməyə çağırırıq.

Allah bütün niyyətlərdən xəbərdardır.Ondan başqa güc və qüvvə sahibi yoxdur. O, uca və əzəmətli Allahdır.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha