bazar 3 avqust 2025 - 20:10
Hövzə elmi mərkəzləri müasir elmlə yanaşı irəliləyir / Hövzə elmi mərkəzlərinin müasir texnologiyalar və süni intellekt sahəsində aparıcı rolu

Hövzə/Musəvizadə qeyd etdi ki, hövzə tələbələri və alimləri müasir texnologiyalara uyğun şəkildə fəaliyyətə qoşulmuş, bu elmləri öyrənmiş və bu mövzularla bağlı olan şəriət hökmlərini çıxarıb bəyan edirlər. Onlar universitetlər, Elm və Texnologiya Parkı da daxil olmaqla digər elmi mərkəzlər kimi cəmiyyətdə aktiv iştirak edib təsir göstərə bilirlər.

İslam Şurası Məclisinin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının üzvü Seyid Möhsün Musəvizadə Hövzə Xəbər Agentliyinin müxbiri ilə müsahibəsində süni intellektin istifadə edilməsi zərurətinə toxunaraq deyib: Süni intellekt mövzusu çox önəmlidir və biz Təhsil Komissiyasında bir neçə iclasda bu mövzunu müzakirə etmişik.

O bildirib ki, İslam Şurası Məclisinin Təhsil Komissiyasının iclaslarında prezidentin elmi və texnoloji məsələlər üzrə müavini, elm və tədqiqat naziri, təhsil naziri və onların müavinləri iştirak ediblər. İran ilə Fars körfəzinin bəzi ərəb ölkələri arasında müqayisə aparılıb.

İslam Şurası Məclisinin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının üzvü davam edərək bildirib: İranın süni intellekt sahəsindəki investisiyaları bu ölkələrlə müqayisədə çox daha azdır, halbuki iranlılar bölgədə yüksək zəkaya və istedada malikdirlər və sanksiya,embarqo və məhdudiyyətlərə baxmayaraq süni intellekt sahəsində yaxşı fəaliyyət göstərirlər. Hazırda ətrafımızdakı ölkələr, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri uyğun şərait yaradaraq istedadlı gənclərimizi işə dəvət edirlər. Əgər vaxtında lazımi addımlar atılmasa, süni intellekt sahəsində bölgədə söz sahibi olmaq BƏƏ-nin və digər ölkələrin əlinə keçə bilər.

O qeyd edib ki, İran zəngin bir ölkədir və süni intellekt sahəsində mövcud vəziyyətin yaxşılaşdırılması üçün kifayət qədər imkan və büdcəyə malikdir və bu istiqamətdə yaxşı investisiya qoyulmalıdır.

Musəvizzadə bildirib: Ali Rəhbərin göstərişlərinə əsasən, İran süni intellekt sahəsində bölgədə birinci olmalıdır. Çünki elmi və istedad baxımından buna şəraitimiz var, lakin bu gün etiraf etməliyəm ki, süni intellekt mövzusunda büdcə ayırmaq və lazım olan imkanları təmin etmək baxımından bölgə ölkələrindən geri qalırıq.

Əhvaz, Bavi, Həmidiyə və Karun şəhərləri üzrə olan deputatlar vurğulayıb: Dünya elmi inkişafa doğru irəliləyir və elmi sıçrayışın sahələrindən biri süni intellekt mövzusudur. Əgər geri qalsaq, bunu bərpa etmək çox çətin olacaq.

İslam Şurası Məclisinin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının üzvü deyib: Biz hökumətdən təcili olaraq tədbir görməsini, bu texnologiyanın inkişafı üçün lazım olan büdcəni təmin etməsini və gərəkli şəraiti yaratmasını tələb edirik ki, gənclərimiz süni intellekt sahəsində inkişaf etsin və ölkə daxilində saxlanılsın. Şübhəsiz ki, prezident  elmi və akademik şəxsiyyət olduğuna görə bu məsələyə müsbət baxır və öz tabeliyində olanlara bu barədə tapşırıqlar verib.

İran bəzi süni intellekt sahələrində öncül olmalıdır

Musəvizzadə bildirib ki, biz də xalqın nümayəndəsi olaraq tələbkarıq. O əlavə edib: Süni intellekt sahəsi üzrə olan tələbələr üçün büdcə və imkanların təmin edilməsində olan gecikmələr onlar üçün zərərlidir. Buna görə də dünyada baş verən elmi sıçrayışa qoşulmaqla yanaşı bəzi sahələrdə öncül olmalıyıq.

O, şagirdlərin təhsili ilə bağlı olaraq deyib: İlk növbədə, İslami Şura Məclisinin Təhsil Komissiyasında və İslam Ali Elmləri Şurasında şagirdlərin süni intellekt üzrə təlimə olan istedadı dəqiq qiymətləndirilməli, sonra isə süni intellektin müxtəlif səviyyələri üçün tədris yaşı müəyyən edilməlidir.

İslam Şurası Məclisinin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının üzvü bildirib: Necə ki, müxtəlif sahələrdə o cümlədən idman və elm sahələrində istedadların aşkarlanması aparılır, bu sahədə də şagird və tələbələrdə gizli istedadlar kəşf olunmalı və inkişaf etdirilməli, onlar üçün imkanlar yaradılmalıdır ki, ölkə bu sahədə inkişaf və sıçrayış əldə etsin.

İslam  Şurası Məclisinin nümayəndəsi deyib: Süni intellekt sahəsinin fəalları, o cümlədən Süni İntellekt Qərargahı və Ölkənin Elmi Hövzə Mərkəzlərinin Ağıllı Texnologiyalar İdarəetmə Qərargahı, parlament üzvlərinə məlumat bazası təqdim etməli və qanunvericilikdəki boşluqları və ya qanun layihəsinə və ya qərara ehtiyacı bizə bildirməlidirlər.

O bildirib: Parlament üzvləri də bu sahənin mütəxəssisləri ilə yanaşı irəliləyir və kömək edirlər ki, ölkə bu sahədə necə ki, nano texnologiya və digər sahələrdə inkişaf etmişik bölgədə birinci olsun və bizim rəqabətimiz yalnız bölgə ölkələri ilə deyil, dünyanın ən qabaqcıl ölkələri ilə olsun.

İslam Şurası Məclisinin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının üzvü bildirib: Sanksiyalar bəzi texnologiyalara çıxışımızın olmamasına səbəb olub, lakin elə bu sanksiyalar bir çox sahədə daha çox çalışmamıza gətirib çıxarıb və daxili istedadlara arxalanaraq bəzi istiqamətlərdə elə bir inkişaf səviyyəsinə çatmışıq ki, həmin elmin, bilik və ya sənayenin sahibləri dünyada təəccüb içində qalıblar.

Musəvizzadə davam edib: Buna nümunə raket sənayesidir ki, burada İranın raketlərinin atası kimi tanınan şəhid general Həsən Tehrani Müqəddəmi xatırlamaq lazımdır. O, İslamın müdafiə döyüşçüsü idi və sanksiyalar dövründə öz zəhməti, istedadı və yanında topladığı komanda ilə ölkəni elə bir səviyyəyə çatdırdı ki, bu gün İranın dünyada söz deməyə haqqı var.

O, müasir texnologiyalar sahəsində  Elmi Hövzə mərkəzlərinin rolu və fəaliyyəti barədə də bildirib: Elmi Hövzə mərkəzləri şiə məzhəbinin aparıcı və ön cəbhəsidir və müxtəlif məsələlərdə müəyyən bir zaman və məkana bağlı deyil, bütün dövrlərə və zamanlara aiddir. Hövzədə daim bütün məsələlər izlənilir və dünyadakı inkişaflara uyğun olaraq, şəriət və Quran prinsiplərinə əsasən müasir hökmlər verilir.

İslam Şurası Məclisinin nümayəndəsi vurğulayıb: Elmi Hövzə mərkəzləri dinamik və tərəqqipərvərdir, keçmişdə qalmayıb və həmişə süni intellekt kimi yeni elmlər və müasir texnologiyalar sahəsində öz inkişafını davam etdirib.

O,Elmi Hövzə mərkəzlərinin müasir elmlə yanaşı irəlilədiyini bildirərək deyib: Hörmətli tələbələr və alimlər bu inkişaflara uyğun şəkildə meydana çıxıb bu elmləri öyrənmiş, onlarla bağlı şəriət hökmlərini çıxarıb bəyan edirlər. Onlar universitetlər, Elm və Texnologiya Parkı da daxil olmaqla digər elmi mərkəzlər kimi cəmiyyətdə aktiv iştirak edib təsir göstərə bilirlər.

İslam Şurası Məclisinin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının üzvü əlavə edib: Bu zaman və məkana bağlı olmayan şiə məzhəbinin dinamizmi və tərəqqisidir. Necə ki, İmam Sadiq (ə) buyurub, Quran bütün zamanlara aiddir. Alimlər bu qiymətli mənbəyə sahib olduqları üçün dünyanın gündəlik məsələləri barədə fikir bildirə, hökmlər çıxara və inkişaf edə bilərlər.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha