çərşənbə 13 avqust 2025 - 09:32
Sionist rejimi dəstəkləyən malların boykotu İslam ümmətinin müstəqilliyinin göstəricisidir.

Hövzə / Höccətül-İslam vəl-müslimin Pənahiyan Müqəddəs Cəmkəran Məscidinin “yardım olunmuş imam ilə” adlı xeyməsində iştirakı zamanı sionist rejimi dəstəkləyən malların boykot edilməsinin vacibliyini vurğuladı.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən,Höccətül-İslam vəl-müslimin Əlirza Pənahiyan Müqəddəs Cəmkəran Məscidinə gedən yolda 1090-cı sütunun xeyməsində beynəlxalq miqyasda keçirilən Məhdəviyyət toplantısında çıxış edərək sionist rejimi dəstəkləyən malların boykotunu İslam ölkələrinin müstəqilliyini və özünütəminini qorumaq, həmçinin İslam ümmətinin birliyini gücləndirmək üçün zəruri bir addım kimi qiymətləndirdi.

O, fəqihlərin qərb mallarının, xüsusilə sionist rejimlə bağlı məhsulların haramlığına dair şəriət hökmlərinin verilməsindəki tarixi roluna toxunaraq, İngilis tütününün boykotuna dair tarixi nümunəni milli müstəqilliyin qorunmasında uğurlu bir model kimi təqdim etdi.

Elmi Hövzə və universitet ustadı, böyük mərcəyi-təqlidlərdən xahiş etdi ki, rəsmi şəkildə sionist rejimi dəstəkləyən malların boykotu, həmçinin bu rejimə bağlı fabriklərdə işləmək və istehsal barədə şəriət hökmlərini aydın və etibarlı şəkildə versinlər.

Höccətül-İslam vəl-müslimin Pənahiyan, həmçinin media qurumları və müəllimlərin bu mövzuda ictimai maarifləndirməni artırmaq sahəsində mühüm vəzifəsinə diqqət çəkdi və davamında Əhli-beyt (ə) rəvayətlərinə istinad edərək, İslami həyat tərzində ilahi göstərişlərə əməl etməyin, xüsusilə də malların istehlakı və İslam düşmənlərinə qarşı mübarizə sahəsində, vacib olduğunu bildirdi və xalqı bu məsələdə həssas və ayıq olmağa çağırdı.

O, çıxışının başqa bir hissəsində Yəmənin tarixi və indiki roluna, Əhli-beytin (ə) bu ölkə xalqına olan məhəbbətinə, həmçinin onların İslam İnqilabı və bölgədəki İslam oyanışındakı yüksək mövqeyinə toxunaraq, Yəmənin sanksiyalara qarşı dirənişini, sionist rejimin gəmilərinin keçidinə mane olmasını və daxili istehsalı dəstəkləməsini iman və möhkəmliyin bir nümunəsi kimi dəyərləndirdi.

Elmi Hövzə və universitet ustadı çıxışının sonunda Qəzzanın həssas vəziyyətinə toxunaraq bu bölgə xalqının müqavimətini təkcə öz azadlığı üçün deyil, bütün bəşəriyyətin azadlığı adlandırdı. Sionist rejimə qarşı mübarizədə İranın öncül rolunu vurğulayaraq, ümidin qorunması və müqavimət yolunun davam etdirilməsinin vacibliyini qeyd etdi.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha