Hövzə Xəbər Agentliyinin müxbiri verdiyi məlumata əsasən,ölkənin elmi hövzələri üzrə rektoru Ayətullah Əlirza Ərafi, 22 Avqust Cümə günü Həkimlər Gününün qeyd olunan tədbirində, bu tədbir Tibbi Elmlər Universiteti və Həkimlər Təşkilatının təşəbbüsü ilə Həzrəti Məsumənin (s.ə) Hərəminin Nəcmə Xatun (s) zalında keçirildi. O, bu tədbirin təşkilatçılarına təşəkkür edərək bildirib: “Bu müqəddəs məkanda və Həzrəti Məsumənin (s.ə) hüzurunda, ilk növbədə İslamın böyük Peyğəmbəri haqqında danışmaq lazımdır və söylədiklərim bizim Peyğəmbərimiz (s) haqqında İslami rəvayətlər və etibarlı mənbələrə əsaslanır.”
Elmi Hövzələrin Ali Şurasının üzvü bildirib: Allah Rəsulu (s) yüksək elm və biliyi, Allah yolunda dözüm və səbri ilə yanaşı, şəxsiyyətinin üçüncü sütunu olan əxlaqı nümayiş etdirmişdir. Peyğəmbərin (s) əxlaqı və gözəl sifətləri onun varlığının ən önəmli cəhətlərindən biri olmuşdur. O qədər ki, onun 100-dən çox davranış və əxlaqi xüsusiyyəti rəvayətlərdə qeyd edilmişdir.
Ayətullah Ərafi deyib: Allahın Peyğəmbəri (s) dairəvi oturaraq insanlarla məsləhətləşir hətta xalqın işlərini nəzərə alaraq namazı qısaldırdı. Günah olmadığı təqdirdə heç vaxt insanlara yox deməzdi.Hər zaman üzü gülərüz və təbəssümlü olurdu. Dünya üçün kədərlənməzdi, yalnız Allah yolunda qəzəbli olardı, şəxsi qisas almazdı.Təvazökar,qənaətcil və sadə həyat tərzi sürərdi. Yerdə oturar, yatar, şəxsi işlərini özü görər, kasıblar və ehtiyaclılarla ünsiyyət qururdu.
Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü bildirib ki, Peyğəmbər (s) xoşxasiyyət olmaqla yanaşı çox ağıllı və zəkalı idi və daim insanların əhvalını öyrənirdi. O əlavə edib: Peyğəmbər (s) yaxşı əməllərə təşviq edər, pis əməllərə isə nəsihət ilə cavab verərdi. Eyni zamanda misilsiz səxavət və xeyirxahlıq sahibi idi, daim Allahı zikr edir və məclisdə olan insanlara bərabər diqqət yetirirdi. Həzrət Peyğəmbərin (s) məclisləri vüqarlı, həya və əzəmətli olurdu və O, özünü hər kəs üçün mehriban bir ata kimi görürdü.
Qum şəhərinin cümə imamı bildirib: Peyğəmbər (s) kasıblarla oturur, onların dəvətini rədd etmirdi, hədiyyələri qəbul edirdi, ailəni uca tuturdu və qadına böyük hörmət göstərirdi. Daim dəstəmazlı və təmiz idi, ətir istifadə etməyə önəm verirdi və başqalarını da təmizliyə dəvət edərdi. O, insanların səhvlərinə qarşı səxavətli idi, başqalarının qüsurlarına göz yumar və heç kimin sözünü kəsməzdi.
Ölkənin elmi hövzələri üzrə rektoru vurğulayıb: Bütün bu sifət və xüsusiyyətlər etibarlı İslami mənbələrə, həm şiə, həm sünni mənbələrinə əsaslanır və biz fəxr edirik ki, belə bir Peyğəmbərin məktəbində yaşayırıq. Elə bir Peyğəmbərin ki, onun elm,cihad və əxlaq təcəssümü idi.O daim İslam cəmiyyətinin nümunəsi olmalıdır.
Peyğəmbəri Əkrəm (s) insanlığın zirvəsidir
Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü vurğulayıb ki, Peyğəmbəri Əkrəmə (s) sığınmaq insanların həm dünyayasına həm axirətinə zəmanət yaradırdı. O deyib: Allahın Rəsulu öz əxlaqında, verdiyi vədində və insanlara qarşı gülərüz və mehriban davranışında gözəl ülgü idi.
O həmçinin İbn Sinanı bəşər tarixində nadir bir zirvə və insan sivilizasiyalarını İslam düşüncəsi ilə birləşdirən bir körpü olaraq tanıtdı.
Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü bildirib: “Biz elə bir şəhərdəyik ki, onun simvolu Həzrət Məsumədir (s.ə). Bu xanım Peyğəmbər (s) kimi üzrxahlığı qəbul edir, heç kimlə pis davranmır və daim verdiyi vədlərə və əhdlərə sadiq qalırdı. Peyğəmbəri Əkrəm (s) gözəl və cəlb edici simaya sahib idi. Bir cəmə daxil olduqda ilk salam verən, ayrılarkən isə sonuncu salam verən şəxs olurdu.
O, qonaqları qarşılamağa üstünlük verər və hər kəsə qarşı gülərüz və mehriban idi.
Qum şəhərinin cümə imamı əlavə edib: Bu bizim və sizin Peyğəmbərin (s) həqiqi təsviridir. O Elə bir nümunədir ki, onu şəxsi, ailəvi və ictimai həyatımızda tətbiq etməyə çalışmalıyıq. İslam Peyğəmbəri (s) insanlığın zirvəsidir və ona sığınmaq, onun yolunu və davranışını izləmək həm dünyada, həm axirətdə bizə nicat verəcək.
Ayətullah Ərafi İbn Sinanın elmi məqamına işarə edərək deyib: “İbn Sina bəşəriyyətin nadir zirvələrindən biridir. O, sivilizasiyaların ortasında yer alaraq bəşəriyyətin böyük mədəniyyət məhsullarını öz zehnində və geniş qəlbində cəmləyə bildi və sonra bu böyük bəşəri irsi ilahi və İslami mirasla birlikdə səxavətlə gələcək nəsillərə ötürdü. Buna görə də bütün bəşər sivilizasiyaları bir şəkildə İbn Sina ilə bağlıdır və o, İran və İslam tarixində görkəmli bir sima kimi tanınır. Bu isə hamımız üçün böyük bir qürurdur.
O, İbn Sinanın məşhur sözünə işarə edərək dedi: “ İbn Sina deyirdi: Mən 20 yaşına çatmamış dövrümün bütün elmlərini öyrənmişdim. O əlavə edib: İbn Sina dövrünün bütün elmlərində öncül idi və onun fikirləri müxtəlif bəşəri sivilizasiyalar, İslam düşüncəsi və müasir dünya arasında bir körpü olmuşdur. Əlbəttə, biz keçmişimiz və böyük şəxsiyyətlərimizlə fəxr etməliyik, amma orada dayanmalı deyilik. Əksinə, onlardan ilham alaraq daha uca üfüqlərə doğru irəliləməliyik.
Ölkənin elmi və ictimai qüdrətində tibb sahəsinin rolu
Ölkənin Elmi Hövzələri üzrə rektoru bildirib ki, milli qüdrətin əsas sütunlarından biri elm və texnologiyadır. O deyib: Tibb sahəsi, xüsusilə də sağlamlıq böhranları və son hadisələr dövründə göstərdi ki, xalqın sağlamlığı ölkənin qüdrətinin ən mühüm dayaqlarından hesab olunur.
Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü bildirib: “Əgər bir cəmiyyət izzət, böyüklük və möhtəşəmlik sahibi olmaq istəyirsə, o, müxtəlif sahələrdə o cümlədən fikri və diskurs gücü, ictimai siyasi, hərbi təhlükəsizlik və müdafiə qüdrəti sahələrində güclü olmalıdır. Lakin qüdrətin ən mühüm təməl sütunlarından biri elm və texnologiyadır.
O əlavə edib: “Elm və bilik sahəsində şübhəsiz ki, insan sağlamlığına aid olan və cəmiyyətin sağlamlığını təmin edən elm ən əsas yerə malikdir. Bizim tibb sahəmiz isə tarix boyu İranın həmişə öncüllərindən olmuşdur və bu gün də ilahi lütf sayəsində ölkənin sağlamlıq sahəsində qüdrətini öz əlinə almış, yorulmaz səyləri ilə cəmiyyətin dözümlülüyünü və davamlılığını qoruyub saxlamışdır.
Ayətullah Ərafi davam edərək deyib: Həkimlər xüsusilə səhiyyə böhranları zamanı, təbii fəlakətlər zamanı və hətta son hücumlarda da öz elmi, texnoloji və peşə bacarıqlarını nümayiş etdirdilər. Bu qüdrət bir millətin ən mühüm sahələrdəki qüdrətlərindən biridir və daha çox qiymətləndirilməlidir.
Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü, Dövlət Həftəsi münasibətilə ölkənin səhiyyə sisteminə xidmətlərinə görə təşəkkür edərək vurğuladı: “Məsullar və dövlət adamları yeddinci inkişaf proqramına uyğun olaraq sağlamlıq sahəsi ilə birlikdə irəliləməli və səhiyyə və tibb sahəsinin əsaslarını gücləndirməlidirlər. Çünki bu sahə daha geniş və önəmli şəkildə görünməlidir.
Ölkənin Elmi Hövzələri üzrə rektoru qeyd edib: “Xoşbəxtlikdən, Qum əyalətində bu sahədə yaxşı addımlar atılmışdır və məsullar da sağlamlıq sahəsi ilə bağlı məsələləri davamlı şəkildə izləyirlər. Qum şəhəri elm, əxlaq və tibb sahəsində nümunə şəhərə çevrilməli və bu isə məsulların, tibb sahəsinin və onların ailələrinin birgə səylərinə bağlıdır.
Qum şəhərinin cümə imamı ailələrin cəmiyyətin inkişafındakı roluna işarə edərək dedi: “Həkimlərin həyat yoldaşlarına, övladlarına və sağlamlıq cəmiyyətinin bütün üzvlərinə təşəkkür edirəm. Çünki ailə sosial uğurlarda müəyyənedici rol oynayır və bizim hörmətli xanımlarımız ölkənin inkişaf və tərəqqisinin öncülləridir.
Ayətullah Ərafi Qəzzada baş verən son hadisələrə işarə edərək bildirdi: “Düşmənlər hər tərəfdən İranın izzət və qüdrətini sındırmağa çalışdığı şəraitdə elmi və texnoloji qüdrətin gücləndirilməsi ilə yanaşı sosial həmrəylik də qaçılmaz bir zərurətdir. Həmçinin, tibb cəmiyyəti daim böyük, hörmətli və yüksək nüfuzlu bir cəmiyyət olaraq diqqətlə və ehtiramla qarşılanmalıdır.
Xəbərin sonu
Şəkillər / Həkimlər günü qeyd olunan tədbirdən
Şəkillər / Həkimlər günü qeyd olunan tədbirdən
Şəkillər / Həkimlər günü qeyd olunan tədbirdən
Şəkillər / Həkimlər günü qeyd olunan tədbirdən
Ayətullah Ərafi və Həkimlər Günü
Şəkillər / Həkimlər günü qeyd olunan tədbirdən
Rəyiniz