Hövzə Xəbər Agentliyi müxbirinin verdiyi məlumatına əsasən, ölkənin Elmi Hövzələr üzrə rektoru Ayətullah Əlirza Ərafi 2 sentiyabr çərşənbə günü Qum şəhərində keçirilən görüşdə Vəkillər Kollegiyası, rəsmi ekspertlərin məhkəmə və ailə məsləhətçilərinin başçısı və müavinləri ilə İmam Zamanın (ə.f) imamətinin başlanmasını təbrik edib və son təcavüzkar müharibənin, xüsusilə də məhkəmə qurumunun əziz şəhidlərinin xatirəsini yad edib.
Elmi Hövzələrin rektoru məhkəmə sisteminin Vəkillər Kollegiyasının fəaliyyət hesabatını təqdirəlayiq hesab edərək əlavə edib:
“Bu mərkəzin beynəlxalq sahədə gördüyü işlər, xüsusilə də Ali Rəhbərin sionist rejimin cinayətlərinin beynəlxalq məhkəmələrdə hüquqi müstəvidə izlənilməsinin zəruriliyinə etdiyi vurğular nəzərə alındıqda, sevindiricidir və davamlı olmalıdır.”
Ayətullah Ərafi İslam əxlaqı və maarifinin mühüm mövzularından birinə işarə edərək dedi:
“Bizim düşdüyümüz şəraitdən asılı olaraq bəzi səbəb və amillər görülən işlərin dəyərini artırır. Eyni zamanda, əgər uyğun olmayan amillər həmin şəraitdə mövcud olsa, o işlər dəyərsizləşərək əks təsir göstərə bilər.”
Elmi Hövzələrin Ali Şurasının üzvü bu məsələyə aydınlıq gətirərək əlavə edib:
“Məhkəmə sahəsində fəaliyyət Allaha daha yaxın olmağa səbəb olan işlərdəndir. Əgər müəyyən müsbət amillərlə müşayiət olunsa, savabı qat-qat artar.Əksinə əgər bəzi mənfi amillərlə yanaşı olsa, işin dəyəri azalaraq zidd-mənalı olar. Buna görə də məhkəmə sistemi İslam quruluşunun çərçivəsində fəaliyyət göstərdikdə, bu ona xüsusi bir mövqe qazandırır. Bu qurumun fəaliyyəti nə qədər genişlənərsə, onun həm dəyəri həm də əks halda mənfi nəticəsi bir o qədər çoxalar.”
Tehran vilayəti üzrə Xubriqan Məclisinin nümayəndəsi bildirib ki, bu gün İslam İnqilabı dünyada təsir göstərməkdədir. O qeyd edib:
“Bu gün dünyanın bir çox insanlarının baxışı İran İslam Respublikasına yönəlib və məhkəmə sisteminin vilayət mehvər quruluş çərçivəsindəki fəaliyyəti, İslam Respublikasına xüsusi bir nüfuz və mövqe qazandırır.”
Ayətullah Ərafi ölkənin məhkəmə sisteminin fəaliyyətinin elmi əsaslarla həyata keçirildiyinə işarə edərək dedi:
“Əgər ölkənin bütün digər qurumlarının vəzifə və fəaliyyətlərini bir kənara qoysaq, amma məhkəmə sistemi elmi və ədalətli şəkildə fəaliyyət göstərsə, şübhəsiz ki, bu digər qurumların fəaliyyətinin yaxşılaşdırılmasına təsir göstərəcək."
Fəqihlərin Nəzarət Şurasının üzvü əlavə edib: Biz həmişə məhkəmə qurumunda çalışan həmkarlarımıza tövsiyə edirik ki, məhkəmə və vəkillik işlərinin elmi dərinliyini daim diqqət mərkəzində saxlasınlar.
Ölkənin Elmi Hövzələr üzrə rektoru məhkəmə sistemində yaradıcı dəyişikliklərə işarə edərək dedi:
Məhkəmə və vəkillik işi İslam fiqhinə və şəriətinə bağlıdır. Əgər bu sahədə çalışan şəxslər özlərini bu sahənin bilik və ixtisası ilə zənginləşdirsələr, onların gördüyü işlər və əldə edilən nəticələr daha təsirli olacaq.”
O əlavə edib:
“Bu sahədə təsirli olan digər məqam isə məhkəmə qurumunun üzvləri arasında mənəviyyatın, əxlaqın və ruhiyyənin yüksək səviyyədə olmasıdır. Çünki hakim və vəkildən gözləntilər çox yüksəkdir və onlar çətin sınaqlar qarşısında sınmamalıdırlar. Bu isə etik yanaşma və inanc əsaslarının gücləndirilməsini tələb edir.
Ayətullah Ərafi ölkənin məhkəmə sistemində şəraitin yaxşılaşdırılmasında diqqətəlayiq digər məqam kimi müasir texnologiyalarla təmin olunmağı və onlardan istifadəni qeyd etdi və əlavə etdi:
“Bu gün dünyada texnologiyanın sürətlə inkişafını nəzərə alaraq, ölkənin məhkəmə qurumunun strukturu da buna uyğun olmalıdır. Bu isə işlərin möhkəmləndirilməsində və xalqın işlərinə daha yaxşı diqqət yetirilməsində konstruktiv rol oynayır.”
Fəqihlərin Nəzarət Şurasının üzvü əlavə edib: Məhkəmə sisteminin güclü tərəflərindən birini onun qabaqlayıcı və elmi yanaşması hesab edərək bildirib:
“Bu fəaliyyət və xüsusi baxış elmi təhlillərlə dəstəklənməlidir və həmin təhlillərə əsaslanaraq problemlərin qarşısının alınması prinsipləri müəyyən edilməli və bunun üçün planlı şəkildə işlər görülməlidir.
Xubriqan Məclisinin üzvü Məhkəmə Vəkillər Kollegiyasının başçısına tövsiyə edərək dedi:
“Ədalətin təmin edilməsi sistemin dəyərini artırır və bu yolda vəkillik institutunun imkanları çatdıqca imkansızlara xidmət göstərməsi və bu xidmətlərin genişlənməsi, həm xalq, həm də ölkə üçün daha böyük nailiyyətlər və konstruktiv təsirlər yaradacaq.”
Ayətullah Ərafi davam edərək Vəkillər Kollegiyasının, rəsmi ekspertlərin məhkəmə və ailə məsləhətçilərinin başçısına və müavinlərinə müraciyyət etdi:
“Sizin fəaliyyət sahənizdə möcüzə yarada biləcək digər məsələ ailə məsləhətçiləridir ki, biz ona xüsusi dəstək veririk və diqqətlə məşğul oluruq. Lakin bu məsləhətlərin əsasları möhkəmləndirilməli, müasir dünya nümunələrindən istifadə olunmalı, onları İslam prinsipləri və yerli adət-ənənələrə uyğunlaşdırmaqla ailənin və cəmiyyətin təməlini gücləndirməyə yönəldilməlidir.
Ölkənin Elmi Hövzələri üzrə rektoru bildirib:
Ümumi hüquqlar məsələsində bilirəm ki, məhkəmə sisteminin müdaxiləsi ölkə daxilində böyük korrupsiyaların qarşısını alıb və bu yanaşma məhkəmə sisteminə və dövlət quruluşuna etimad yaradır.
O, Məhkəmə Vəkillər Kollegiyasının beynəlxalq fəaliyyətlərini təqdir edərək deyib:
“Bu gün Vəkillər Kollegiyasının və məhkəmə sisteminin fəaliyyətlərinin ən önəmli sahələrindən biri beynəlxalq sahədir və son dövrlərdə Ali Rəhbər də buna diqqət yetirmişdir. Bu istiqamətdə isə elmi və maliyyə baxımından dəstək və təminat tələb edən bir dialoq səviyyəsində iştirakımıza ehtiyac var.
Ayətullah Ərafi əlavə edib:
Bu yaradıcı yanaşma ilə biz özümüzü beynəlxalq elmi platformalarda və beynəlxalq toplantılarda təqdim etməliyik. Çünki dünyaya yeni bir hüquqi və məhkəmə sistemi təqdim edə bilərik. Bu yolda hövzənin gücünü və potensialını işə qoşmağa hazırıq. İslam hövzələrində müasir hüquq və fiqh sahələrində tədqiqat aparmışıq və məhkəmə sistemi ilə daha geniş əməkdaşlıq edə, əlaqəli sahələri gücləndirə bilərik.
Ayətullah Ərafi davam edərək dedi:
“Biz İslam hövzələrində tədris, tədqiqat və mədəniyyət sahələrdə Məhkəmə Vəkillər Kollegiyası, rəsmi ekspertlər və məhkəmə ailə məsləhətçiləri ilə daha geniş əməkdaşlıq qura bilərik ki, bu da ölkənin hüquqi və məhkəmə mövqeyinin yüksəlməsinə xidmət edər.
O əlavə edib:
“Biz Məhkəmə Sistemi ilə yaxşı bir anlaşma memorandumuna sahibik və bunun çərçivəsində Vəkillər Kollegiyası, rəsmi ekspertlər və məhkəmə ailə məsləhətçiləri ilə daha geniş əməkdaşlıq qura bilərik. Çünki əməkdaşlıq memorandumlarına yanaşmamız praktik xarakter daşıyır və müəyyən məqsəd və aydın bir perspektivi izləyə bilmək üçündür. Bu vacib məqsəd isə iki qurum arasında əməkdaşlıqla həyata keçirilə bilər.
Sonda Məhkəmə Hakimiyyətinin Vəkillər Kollegiyası, rəsmi ekspertlər və məhkəmə ailə məsləhətçiləri ilə ölkə üzrə İslam Elmləri Hövzələrinin idarəsi arasında əməkdaşlıq memorandumunu hər iki tərəf imzalayıb və mübadilə etdi.
Xəbərin sonu
Rəyiniz