Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Ayətullah Ərafinin Əfqanıstanda baş vermiş dəhşətli zəlzələ münasibətiylə bağlı xalqa başsağlıqı verdiyi bəyanatın tam mətni aşağıdaki kimidir:
بسم الله الرحمن الرحیم
انا لله و انا الیه راجعون
Bismillahir-Rəhmanir-Rəhim
"Həqiqətən biz Allahdanıq və Ona doğru qayıdacağıq."
Əfqanıstan ölkəsində baş vermiş dəhşətli zəlzələ nəticəsində çox sayda əziz insanın həyatını itirməsi ürəklərimizi dərin hüznə qərq etdi.
Bu böyük müsibət münasibətilə Əfqanıstanın qeyrətli və müqavimətçi xalqına, xüsusilə möhtərəm alimlərə, dini və mədəniyyət xadimlərinə, habelə kədər içində olan yaxınlara və rəhmətə gedənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk.
İran İslam Respublikasının ilahiyyat hövzələri, dini və insani vəzifə və missiyaları çərçivəsində,zərərçəkənlərin problemlərinin aradan qaldırılması və əzab-əziyyətlərinin azaldılması istiqamətində hər cür yardım və əməkdaşlıq göstərməyə hazırdır.
Elmi Hövzələrin rektoru
Əli Rza Ərafi
Rəyiniz