Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, mərhum Ayətullah Misbah Yəzdi öz çıxışlarının birində 'möminin birinci dərəcəli prioriteti' mövzusuna toxunmuşdur. Bu dəyərli fikir və məzmunu siz hörmətli oxucularımıza təqdim edirik.
Qurani-Kərim dinimizin kitabıdır və biz onu sevirik, lakin bizim davranışımız Salman Farsi kimi şəxslərin davranışından fərqlənir.
Onlar bir ayənin mənasını dərk etdikdə, ona ciddi şəkildə əməl edir və onu həyatlarında tətbiq edirdilər, lakin biz belə etmirik.
Biz Qurana hörmət edirik, onunla istixarə (xeyir istəmək ) edirik, səfərə çıxarkən onun altından keçirik və.s. Lakin görəsən bu məsələ bizim üçün nə qədər əhəmiyyətlidir ki, görək Allah bizə Quranda nə buyurub və bizdən nə istəyir?
Şəri məsələlərə münasibətimiz də o vaxta qədər müsbətdir ki, bu məsələlər şəxsi arzularımız, şəhərimizin və ölkəmizin adət-ənənələri yaxud ailə və qohumlarımızın dəyərləri ilə ziddiyyət təşkil etməsin. Həmçinin partiya və siyasi cəbhəmizin məqsədləri ilə toqquşmasın.Bu halda şəriət bizim üçün 'çox gözəldir'.
Lakin məsələ şəxsi və ictimai maraqlarla ziddiyyət təşkil etdikdə, artıq aydın deyil ki, biz Qurana nə dərəcədə üstünlük veririk.
Əmirəl-möminin Əli (ə) buyurur:
《انک تری له قوة فی دین》
Yəni 'Sən onun dində möhkəmliyini görürsən'. Həqiqi mömin öz ünsiyyətini əvvəlcə dinlə ölçür.
(Nəhcül-Bəlağə, xütbə 193)
Onun əlaməti budur ki, dini ciddi qəbul edir. Yəni din onun bütün işlərinin və vəzifələrinin başında dayanır. Onun diqqəti hər şeydən əvvəl dinə yönəlib.
Mənbə: Əlamə Misbahın xütbəsindən, 12 sentyabr 2009
Rəyiniz