bazar 12 iyul 2026 - 18:37
Şəhid Ayətullah Seyid Əli Xameneinin şəhadətinin sifarişçiləri və icraçılarından qisas alınması ilə bağlı Qurandan nümunələr / Güzəşt və zəif mövqe qadağandır

Höccətül-İslam vəl-müslimin Müzəffəri şəhid Ayətullah Xameneinin qanının alınmasının Qurani-Kərimə əsaslandıraraq izah edib: Şəhid Ayətullah Xameneinin qatillərinə qarşı qisasın icrası qarşısında hər cür barışıq yönümlü ritorika və passiv mövqe, Allahın hökmünün icrasını tərk etməyin nümunəsi olmaqla yanaşı, Allahın dinində bidətin yaranmasına səbəb hesab olunur.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin Əli Məhəmməd Müzəffəri Hövzə Xəbər Agentliyinə müsahibəsi zamanı dünya müsəlmanlarının rəhbəri, həzrət Ayətullah üzma İmam Seyid Əli Xameneinin (r) məzlumcasına şəhid olmasını həzrət İmam Zamana (ə.f)-a dərin hüznlə başsağlığı edərək bildirib: Şəhid Ayətullah Xameneinin qatillərinə qarşı Allahın hökmü olan qisasın icrası əvəzinə barışıq və cahilanə güzəşt məzmunlu hər cür ifadə və yanaşma dində bidət sayılır. Həzrət İmam Cəfər Sadiqin (ə) buyurduğuna əsasən, bidətin yayıldığı dövrdə din alimlərinə İslamın hökmlərini qorumaq, ilahi hökmlərin və hədlərin icrasına xüsusi diqqət göstərmək vacibdir.

Qum Elmi hövzəsinin müəllimi şəhid Ayətullah Xameneinin şəhadətinin başvermə şəraitinə toxunaraq əlavə edib: Tarixin şahidliyi ilə hicri-şəmsi 1404-cü ilin 9 esfənd gecəsi (28 fevral 2026-cı il), hicri-qəməri 1447-ci ilin Ramazan ayının 10-na təsadüf edən vaxtda dünya müsəlmanlarının rəhbəri və İmam Zamanın (ə.f) ümumi naibi həzrət Ayətullah üzma İmam Xameneinin (r) iqamətgahı ən azğın və ən xəbis varlıqlar tərəfindən, daxili və xarici muzdurlar və münafiqlərin əməkdaşlığı ilə Amerika və Sionist raketləri ilə hədəfə alınıb. İslam İnqilabının Ali Məqamlı Rəhbəri oruclu halda ailə üzvləri və digər yaxınları ilə birlikdə uca şəhadət məqamına nail olub.

 Şəhid Ayətullah Xameneinin şəhadətini əmr edən və törədənlərə qisasın vacibliyi

Qum Elmi hövzəsinin müəllimi qatillərə qarşı qisasın vacibliyini əsaslandıraraq deyib: İslam şəriətinə görə, «یا أَیُّهَا الَّذینَ آمَنُوا کُتِبَ عَلَیْکُمُ الْقِصاصُ فِی الْقَتْلی‌ الْحُرُّ بِالْحُرِّ وَ الْعَبْدُ بِالْعَبْدِ...»
 "Ey iman gətirənlər! Öldürülənlər barəsində sizə qisas vacib edildi..." (Bəqərə, 178) ayəsində işlədilən «كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ» ifadəsi üsul baxımından xəbər cümləsi formasında olsa da, inşa məqamında işlədildiyi üçün qisasın vacibliyinə dəlalət edir. Buna görə də Allah-Taala bu ayədə qisası ilahi hökmlərdən biri kimi vacib etmiş, ardınca isə «وَ لَکُمْ فِی الْقِصاصِ حَیاةٌ یا أُولِی الْأَلْبابِ لَعَلَّکُمْ تَتَّقُون‌» "...Qisasda sizin üçün həyat vardır..." (Bəqərə, 179) ayəsində bu ilahi hökmün icrasını həyatın səbəbi kimi təqdim etmişdir.

Şəhid Ayətullah Xameneinin misilsiz dəfni və onun pak qanının təkvini təsirləri

Bu hövzə tədqiqatçısı şəhid Ayətullah Xameneinin misilsiz dəfn mərasiminə və onun pak qanının təkvini (Allahın yaradılış qanunları çərçivəsində təbii və ilahi şəkildə meydana gələn təsirlər) təsirlərinə toxunaraq bildirib: Mərhum Şeyx Səduqun (r) "Əmali" kitabının 168-ci səhifəsində İmam Sadiqdən (ə) nəql etdiyi hədisə əsasən, Qiyamət günü alimlərin mürəkkəbi ilə şəhidlərin qanı tərəziyə qoyulduqda, «alimlərin mürəkkəbi şəhidlərin qanından üstün gələcək». Buna görə də şəhid Ayətullah Xamenei həm elm, həm də fiqh baxımından kamil bir alim idi. O, pak qanı ilə tağutun və təkəbbür sahiblərinin bütün hesablarını alt-üst etdi və bəşəriyyəti haqq və həqiqətə doğru yönəltdi.

Şəhid Ayətullah Seyid Əli Xameneinin qanını tökmək bütün bəşəriyyətin qanını tökmək deməkdir

Bu hövzə müəllimi Qurani-Kərim ayələrinə istinad edərək bildirib: «...مَنْ قَتَلَ نَفْساً بِغَیْرِ نَفْسٍ أَوْ فَسادٍ فِی الْأَرْضِ فَکَأَنَّما قَتَلَ النَّاسَ جَمیعا...»
 "...Kim bir insanı – bir insanın əvəzində və ya yer üzündə fitnə-fəsad törətmədiyi halda – öldürərsə, sanki bütün insanları öldürmüşdür..." (Maidə, 32) ayəsinə əsasən, Şəhid Ayətullah Xameneinin qatillərinin cinayəti yalnız bir hörmətli insanın və ya müəyyən şəxslərin qətli deyil. Bu bağışlanmaz cinayət, ayədəki «النَّاس» sözündəki müəyyənlik artiklinin bütün insanları əhatə etməsi və «جميعاً» sözünün ümumiliyi vurğulaması baxımından, bütün bəşəriyyətin qətli hökmündədir.

Höccətül-İslam vəl-müslimin Müzəffəri ayə və rəvayətlərə istinad edərək şəhid Ayətullah Xameneinin həqiqi qan sahibinin (vəliyyi-dəm) İmam Zaman (ə.f) olduğunu bildirib və əlavə edib: Tarixin şəhadətinə görə, İslam İnqilabının Rəhbəri həzrət Ayətullah Seyid Əli Xamenei (r) pak cəddi Əmirəl-möminin həzrət Əlinin (ə) yolunu davam etdirərək, mübarək Ramazan ayında, oruclu halda, məzlumcasına və namərdcəsinə şəhid edildi.

O, İsra surəsinin 33-cü ayəsinə istinad edərək deyib:

«...مَنْ قُتِلَ مَظْلُوماً فَقَدْ جَعَلْنا لِوَلِیِّهِ سُلْطاناً...»

"...Kim haqsız yerə öldürülərsə, onun qan sahibinə (vəliyyi-dəminə) səlahiyyət vermişik..."
(İsra surəsi, 33-cü ayə)

O bildirib ki, mərhum İbn Quləveyhin (r) "Kamilüz-Ziyarat" kitabında İmam Sadiqdən (ə) nəql etdiyi rəvayətə əsasən, bu ayədəki "məzlumcasına öldürülən" şəxs İmam Hüseyn (ə), onun qan sahibi isə İmam Zaman (ə.f) kimi təqdim olunub. Lakin şəhid Ayətullah Xamenei İmam Zamanın (ə.f) ümumi naibi və dövrün vəliyyi-fəqihi kimi yüksək məqamı, həmçinin həyatının əvvəlindən şəhadətinə qədər Kərbəla şəhidlərinin ağası İmam Hüseynin (ə) yolunu davam edərək dövrün tağutuna və təkəbbür sahiblərinə qarşı mübarizə aparması, dövrün Yezidlərinə nə danışıqlar, nə də beyət etməməsi səbəbindən onun pak qanı İmam Hüseynin və Kərbəlanın məzlum şəhidlərinin qanı ilə eyni cərgədə yer almışdır. Nəticə etibarilə onun qanının intiqamının sahibi də həzrət İmam Zaman (ə.f) hesab olunur.

O əlavə edib ki, Maidə surəsinin 32-ci ayəsinə əsasən, şəhid Ayətullah Xameneinin qətli bütün ümmətin və bütün bəşəriyyətin qətli hökmündə olduğuna görə, mərhum Şeyx Səduqun (r) "Məanil-Əxbar" kitabının 52-ci səhifəsində Peyğəmbərdən (s) nəql etdiyi hədisdə buyurulur:

«أَنَا وَ عَلِیٌّ أَبَوَا هَذِهِ الْأُمَّةِ...»

"Mən və Əli bu ümmətin iki atasıyıq."

Həmçinin mərhum Şeyx Kuleyninin (r) "əl-Kafi" kitabının I cildinin 200-cü səhifəsində İmam Rzadan (ə) nəql etdiyi hədisdə buyurulur:

«الْإِمَامُ الْأَنِیسُ الرَّفِیقُ وَ الْوَالِدُ الشَّفِیقُ...»

"İmam mehriban dost və şəfqətli atadır."

Buna əsasən, şəhid Ayətullah Xameneinin həqiqi qan sahibi həzrət İmam Zaman (ə.f)-dır.

Qisasın tərk edilməsi dində bidətdir / Güzəşt və zəif mövqe qadağandır

O, qisasın icrasından imtina etməyi, zəif mövqe tutmağı və qatillərlə güzəştə getməyi Allahın hökmünü icra etməmək və nəticədə dində bidət yaratmaq hesab edərək bildirib: Fəqihlər bidəti «إدْخالُ ما لَیْسَ مِنَ الدِّینِ فِی الدِّینِ» – "dində olmayan bir şeyi dinə daxil etmək" kimi tərif etmişlər. Lakin daha dəqiq tərifə görə, bidət dini artırmaq və ya azaltmaq yolu ilə ona müdaxilə etməkdir. Şəhid Ayətullah Xameneinin qatillərinə qarşı qisasın icrası əvəzinə hər cür barışıq yönümlü ifadələr və passiv mövqe Allahın hökmünün tərk edilməsinin və bunun nəticəsində Allahın dinində bidətin yaranmasının nümunəsidir.

Bidət yayıldığı zaman alimlərin mühüm vəzifəsi

Bu Qum Elmi hövzəsinin müəllimi bidətin yayıldığı dövrdə alimlərin vəzifəsinə toxunaraq bildirib: Mərhum Əllamə Məclisi (r) "Biharül-Ənvar" kitabının 48-ci cildinin 252-ci səhifəsində İmam Sadiqdən (ə) belə nəql edir:

«...إِذَا ظَهَرَتِ الْبِدَعُ فَعَلَى الْعَالِمِ أَنْ يُظْهِرَ عِلْمَهُ فَإِنْ لَمْ يَفْعَلْ سُلِبَ نُورَ الْإِيمَانِ...»

"...Bidətlər meydana çıxdıqda alim öz elmini aşkara çıxarmalıdır. Əgər bunu etməzsə, iman nuru ondan alınar."

O əlavə edib ki, bidətin yayıldığı dövrdə bidətin aradan qaldırılması və din hökmlərinin qorunması istiqamətində elmin bəyan edilməsi və fəal mövqe nümayiş etdirmək din alimlərinə vacibdir. Bu vəzifəni yerinə yetirməmək alimdən iman nurunun alınmasına səbəb olur.

O bildirib ki, qeyd olunduğu kimi,  şəhid Ayətullah Seyid Əli Xameneinin həqiqi qan sahibi həzrət İmam Zaman (ə.f)-dır və bu bəşəri cinayətdə iştirak edən qatillərin, daxili və xarici köməkçilərin qisasının icrası və həyata keçirilməsi din alimlərinin və fəqihlərin üzərinə düşən vəzifədir.

Qisasın keyfiyyəti və necə həyata keçirilməsi

Höccətül-İslam vəl-müslimin Müzəffəri qisasın necə həyata keçirilməsinə toxunaraq bildirib: Şəhid Ayətullah Xameneinin cənazəsinin İran və İraqda misilsiz şəkildə dəfn mərasimləri, eləcə də digər ölkələrdə keçirilən simvolik mərasimlər bütün müsəlmanların və dünya azadlıqsevərlərinin Allahın qisas hökmünün icrasını, təkəbbürə qarşı mübarizəni və şəhid Ayətullah Xameneinin qanının alınmasını tələb etdiyini göstərir.

O vurğulayıb ki, yalnız şifahi şəkildə qınamaq, bunun xarici nəticəsi olmadan bəyanat vermək, Amerika və Sionist bazalarına məhdud hücumlar etmək və ya qlobal hegemoniyanın təsiri altında olan beynəlxalq məhkəmələrdə sadəcə şikayət qaldırmaq qan almaq hesab edilə bilməz.

O, Maidə surəsinin 45-ci ayəsinə istinad edərək deyib:

«وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَيْنَ بِالْعَيْنِ وَالْأَنْفَ بِالْأَنْفِ...»

"Biz onlara Tövratda yazdıq ki, cana can, gözə göz, buruna burun..."
(Maidə surəsi, 45-ci ayə)

O bildirib ki, şəhid Ayətullah Seyid Əli Xameneinin qatillərinin qanının halal (məhduroddəm) olması hökmünə əsasən, qisasın ən yəqin nümunəsi Trampın, Netanyahunun, eləcə də bu faciədə iştirak etmiş daxili və xarici muzdurların və münafiqlərin öldürülməsidir. Bu ilahi hökm din alimləri tərəfindən icra olunmalı və həyata keçirilməlidir.

Qum Elmi hövzəsinin müəllimi sonda əlavə edib: Son və həqiqi intiqam, qlobal hegemoniyanın və Qərbin zəhərli elmlərinin məhv edilməsi, həqiqi İslam mədəniyyətinin bütün bəşəriyyətə hakim olması və şəhid Ayətullah Xameneinin ifadə etdiyi kimi, İslam İnqilabının məqsədlərinin beş mərhələli prosesində İslam ümmətinin formalaşması və İmam Zamanın (ə.f) zühuruna zəmin yaradılması ilə gerçəkləşəcək.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha