Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi hövzələrin Ali Şurasının üzvü və Qum Elmi hövzəsinin Müəllimlər Birliyinin üzvü Ayətullah Seyid Məhəmməd Ğərəvi şəhid Ayətullah Seyid Əli Xameneinin şəhadəti münasibətilə İran xalqına, İslam aləminə və elmi hövzələrə başsağlığı verərək bildirib: Bu böyük müsibəti İran xalqına, İslam aləminə və İslamla, İslam İnqilabı ilə qəlbən bağlı olan hər kəsə dərin hüznlə başsağlığı verirəm.
Ölkə üzrə Elmi hövzələrin Ali Şurasının üzvü şəhid Ayətullah Seyid Əli Xameneinin elmi hövzələrdəki mövqeyinə toxunaraq deyib: O, elmi hövzələrin yetirmələrindən idi və bütün elmi, fikri və şəxsiyyət potensialını məhz hövzədə formalaşdırmışdı. Bu inkişafın mənbəyi elmi hövzələr idi. Buna görə də şəhid Ayətullah Seyid Əli Xameneini elmi hövzələrin bərəkətli yetirmələrindən, hətta mənim fikrimcə, "hövzənin tacı" hesab etmək lazımdır. Necə ki, İmam Xomeyni da elmi hövzələrin böyük bəhrələrindən idi.
Qum Elmi Hövzəsinin Müəllimlər Birliyinin üzvü əlavə edib: Əhəmiyyətli məqam odur ki, şəhid rəhbər özü də hər zaman bu baxışa sadiq idi. Universitet məzunu olan şəxs öz elmi kimliyini universitet üzərində qurduğu kimi, şəhid Ayətullah Seyid Əli Xamenei də həmişə özünü hövzə yetirməsi kimi təqdim edir, bütün elmi inkişafını və şəxsiyyətini hövzənin yetirməsi hesab edirdi. Bu yanaşma onun elmi hövzələrin məqamına və roluna dərin inamını göstərirdi.
Şəhid Ayətullah Seyid Əli Xamenei elmi hövzələr üçün geniş missiya müəyyən etmişdi
Ayətullah Ğərəvi bildirib ki, şəhid Ayətullah Seyid Əli Xameneinin elmi hövzələr üçün geniş bir missiya nəzərdə tuturdu. Onun sözlərinə görə, şəhid Ayətullah Xameneinin baxışına əsasən, hövzə İslamın və ilahi maarifin həqiqətlərini mümkün qədər düzgün dərk etməli, onları dövrün tələblərinə uyğun izah etməli və müasir insanın anlaya biləcəyi dillə cəmiyyətə çatdırmalıdır.
Ölkə üzrə Elmi hövzələrinin Ali Şurasının üzvü vurğulayıb ki, hövzə yalnız dini maarifi çatdırmaqla kifayətlənməməli, eyni zamanda dini əsaslarla müdafiə etmək gücünə də malik olmalıdır. Buna görə də hövzənin əsas missiyası dini dərk etmək, onu izah etmək, insanlara çatdırmaq və İslam maarifini şübhələrə, eləcə də müxtəlif fikir cərəyanlarına qarşı müdafiə etməkdir.
Qum Elmi hövzəsinin müəllimi qeyd edib ki, şəhid Ayətullah Xamenei hesab edirdi ki, əgər İslamın ilahi və ictimai maarifi düzgün dərk edilərək xalqa düzgün şəkildə çatdırılsa, cəmiyyət dinin həqiqətini anlayacaq və bu anlayış insanların dinə şüurlu şəkildə yönəlməsinə zəmin yaradacaq.
Əxlaq şəhid Ayətullah Xameneinin ən çox vurğuladığı istiqamətlərdən idi
Qum Elmi Hövzəsinin Müəllimlər Birliyinin üzvü bildirib ki, əxlaq şəhid Ayətullah Xameneinin xüsusi diqqət yetirdiyi əsas mövzulardan biri idi.
O bildirib: Şəhid Ayətullah Seyid Əli Xameneinin fikrincə, əxlaq yalnız əxlaqi anlayışları bilməkdən ibarət deyil. Əxlaq o zaman gerçəkləşir ki, bu anlayışlar insanın daxilində formalaşsın və onun davranışında, danışığında, şəxsiyyətində öz əksini tapsın. Buna görə də o, daim vurğulayırdı ki, hövzə tələbələri ilahi və İslami əxlaqın canlı nümunəsi olmalı, səmimiyyət və ixlasla bunu davranışlarında, sözlərində və insanlarla münasibətlərində nümayiş etdirməlidirlər.
İslamın təbliği elmi hövzələrdə təhsil və tədqiqatın əsas məqsədidir
Ayətullah Ğərəvi bildirib ki, şəhid Ayətullah Seyid Əli Xameneinin xüsusi diqqət yetirdiyi digər mühüm istiqamətlərdən biri də İslamın təbliği idi.
O qeyd edib ki, şəhid Ayətullah Xameneinin baxışına görə, hövzələrdə aparılan bütün tədris, elmi-tədqiqat, dərs və araşdırmaların son məqsədi İslamın təbliği və dinin həqiqi mesajının insanlara çatdırılması olmalıdır. Həqiqi İslam dinini cəmiyyətə uyğun və anlaşılan dillə təqdim edilməlidir.
Hövzə mənəviyyat və İslam sivilizasiyasının formalaşmasına zəmin yaratmalıdır
Qum Elmi hövzəsinin müəllimi şəhid Ayətullah Xameneinin sivilizasiya yönümlü baxışına toxunaraq bildirib ki, o, elmi hövzələri ilahi-İslami sivilizasiyanın formalaşmasının əsas dayaqlarından hesab edirdi.
Onun sözlərinə görə, bu sivilizasiyanın elmi və mədəni təməli, yəni İslami düşüncənin, mədəniyyətin və maarifin inkişafı elmi hövzələrin üzərinə düşür. Hövzə bu əsasları müəyyənləşdirməli, izah etməli və cəmiyyətdə möhkəmləndirməlidir.
O əlavə edib ki, bu missiyanın həyata keçirilməsi üçün ixtisaslaşmış sahələrin inkişafı, peşəkar kadrların hazırlanması, müxtəlif dillərdən istifadə və elmi hövzələrin fərqli elmi sahələrdə fəal iştirakı zəruridir ki, müasir cəmiyyətin ehtiyaclarına cavab verə bilsin.
Şəhid Ayətullah Xameneinin İslam fəlsəfəsinə xüsusi diqqəti
Ölkə üzrə Elmi hövzələrinin Ali Şurasının üzvü bildirib ki, İslam fəlsəfəsi də şəhid Ayətullah Xameneinin əsas diqqət yetirdiyi sahələrdən idi.
O bildirib: Şəhid Ayətullah Xamenei hesab edirdi ki, fəlsəfə ağılın dilidir və onun vasitəsilə dinin həqiqətlərini hətta dindar olmayan insanlara da izah etmək, çoxsaylı suallara və şübhələrə cavab vermək mümkündür. Buna görə də o, elmi hövzələrdə İslam fəlsəfəsinin gücləndirilməsinə, bu sahəyə sərmayə qoyulmasına və fəlsəfə istiqamətinin hövzələr tərəfindən idarə olunmasına xüsusi önəm verirdi. Praktik fəaliyyətdə də elmi işləri dəstəkləməklə və Ali Hikmət və Fəlsəfə Məcmuəsi (fəlsəfə toplusu) kimi qurumların yaradılmasına şərait yaratmaqla bu məqsədi həyata keçirirdi.
Ayətullah Ğərəvi vurğulayıb ki, şəhid Ayətullah Xameneinin fikrincə, sağlam və yanlış ideyalardan uzaq bir fəlsəfə yalnız elmi hövzələrdə inkişaf etməli və onun istiqamətləndirilməsi də hövzələrin üzərinə düşməlidir.
Şəhid Ayətullah Xamenei elmi hövzələrlə daim əlaqədə idi
O daha sonra şəhid Ayətullah Xameneinin elmi hövzələrlə davamlı əlaqələrinə toxunaraq bildirib ki, Elmi hövzələrin Ali Şurası hövzələrin ümumi siyasətini müəyyənləşdirən və əsas proqramlarını təsdiqləyən orqandır. Şuranın üzvləri böyük təqlid mərcələrinin və İslam İnqilabının Ali Məqamlı Rəhbərinin təsdiqi ilə seçilirlər.
Ayətullah Ğərəvi əlavə edib ki, müxtəlif dövrlərdə Ali Şuranın üzvləri onun təsdiqi ilə seçilir, davamlı görüşlərdə isə şəhid Ayətullah Xameneinin hövzələrlə bağlı baxışları və tövsiyələri diqqətlə nəzərə alınırdı. Bundan əlavə, onun elmi hövzələrə ünvanladığı müraciətlər də hövzələrdən gözləntilərini açıq şəkildə əks etdirirdi.
İnqilabçı ruhun qorunması şəhid Ayətullah Xameneinin əsas tələblərindən idi
Ölkə üzrə Elmi hövzələrinin Ali Şurasının üzvü bildirib ki, şəhid Ayətullah Xameneinin ən mühüm tələblərindən biri elmi hövzələrin inqilabçı ruhunu qoruması idi.
Onun sözlərinə görə, şəhid Ayətullah Xamenei hesab edirdi ki, elmi hövzələr İslam İnqilabının yaranmasının əsas mənbəyidir. Buna görə də İnqilab düzgün istiqamətdə davam etməli və azğınlıqlardan qorunmalıd, hövzə ilə İslam sistemi arasında möhkəm əlaqə saxlanılmalıdır.
Qum Elmi hövzəsinin müəllimi əlavə edib ki, şəhid Ayətullah Xameneinin baxışına əsasən, hövzə İslam sisteminin məsələlərinə və cəmiyyətin ehtiyaclarına qarşı məsuliyyət hiss etməli, İslam sisteminin fikri və maarif əsaslarını izah etməli, eyni zamanda sistemdə hər hansı pozuntu və ya yanlışlıq müşahidə etdikdə, bunu xeyirxahlıq, dialoq, nəsihət və maarifləndirmə yolu ilə islah etməyə çalışmalıdır.
Qum Elmi hövzəsinin Müəllimlər Birliyinin üzvü bildirib ki, şəhid Ayətullah Xamenei bəzi hövzə qurumlarına da tövsiyə edirdi ki, hövzə və İslam sistemi ilə bağlı məsələləri yaxından izləsinlər və hər hansı problem və ya sapma gördükdə, bunu dialoq və düzgün məlumatlandırma yolu ilə aradan qaldırmağa çalışsınlar.
Şəhid Ayətullah Xameneinin elmi hövzələrə hərtərəfli baxışı
Ayətullah Ğərəvi sonda vurğulayıb ki, şəhid Ayətullah Seyid Əli Xameneinin elmi hövzələrə hərtərəfli və geniş baxışa malik idi.
O hesab edirdi ki, İslam dövləti lazımi inkişaf və kamilliyə çatmaq istəyirsə, hövzə ilə dövlət arasındakı əlaqə daim möhkəm qalmalı, elmi hövzələr də müxtəlif sahələrdə fəal iştirak edərək cəmiyyətin yönləndirilməsində və İslam dövlətinin məqsədlərinin həyata keçirilməsində elmi, fikri, mədəni və dini missiyalarını yerinə yetirməlidirlər.
Xəbərin sonu
Rəyiniz