Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İranın Qəyyumlar Şurasının üzvü Seyid Əhməd Xatəmi, yaydığı müraciətdə şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimini «əsrin bənzərsiz hadisəsi» və «dinlə millətin vəhdətinin təcəssümü» adlandıraraq, bu misilsiz qəhrəmanlığın strateji mesajlarını təhlil edib.
Qum Elmi Hövzəsinin Müəllimlər Birliyinin üzvü bu müraciətdə prinsiplər ətrafında birliyin tanınması və qorunmasının, eləcə də düşmənə nifrətlə vilayətin canişininə beyətin vəhdətinin zəruriliyini vurğulayıb.
Ayətullah Xatəminin strateji müraciətinin tam mətni aşağıdakı kimidir:
بسم الله الرحمن الرحیم
«وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ»
(Ali-İmran, 139)
Bağışlayan və mehriban Allahın adı ilə
"Zəifləməyin, qəmgin olmayın. Əgər möminsinizsə, siz üstün olacaqsınız."
Bu günlərdə İran və İraq xalqlarının şəhid Ayətullah Xamenei və onun ailəsinin nəşinin dəfn mərasimində yaratdığı əzəmətli mənzərə, həqiqətən də, «əsrin bənzərsiz hadisəsi» idi və iki xalqın əbədi bağlılığının təcəssümünü nümayiş etdirdi. Xəbər agentliklərində işlədilən «əsrin ən misilsiz dəfn mərasimi», «misli görünməmiş qəhrəmanlığın yaradılması», «qələbə yürüşü», «iyirmi milyonluq izdihamın iştirakı», «tənliklərin dəyişməsi» və «küçələrin düşmənin təbliğat ruporlarına qarşı ləngimədən ucaltdığı hayqırtı» kimi ifadələrin hamısı İran İslam Respublikasında böyük və heyrətamiz bir hadisənin gerçəkləşdiyini göstərir.
Dəfn mərasimində iştirak edən bütün insanlara təşəkkür və minnətdarlığımı bildirərkən, qeyd etmək lazımdır ki, ən mühüm məsələ bu misilsiz hadisənin daşıdığı mesajların düzgün dərk olunması və onların qorunmasıdır. Çünki bu mesajlar tanınmalı və onların keşiyində dayanılmalıdır.
Bu günlərdə əziz ölkəmizin yaşadıqları genişmiqyaslı bir sınaq idi. Dinə bağlılığın, vilayətə sədaqətin və vətən sevgisinin sınağı. Heç bir şübhə yoxdur ki, düşmən təhrif, yalan təbliğatı və ixtilaf yaratmaq yolu ilə bu təqdirəlayiq ab-havanı dəyişməyə çalışır. Buna görə də düşməni bu sahədə də uğursuz etməli və bu mənəvi ab-havanının özündə əks etdirdiyi mesajları qoruyub saxlamalıyıq.
Bu mesajların bir hissəsi aşağıdakılardır:
1. Dinə etiqad və dini dəyərlərə sevgi mesajı: Xalq öz hüzünlü halı və dili ilə elan etdi ki, İslam dininin yanında dayanıb və bundan sonra da dayanacaq.
2. Mərcəiyyətin İslam Respublikası ilə həmrəyliyi mesajı: Böyük təqlid mərcələri istər bəyanatlar verməklə, istərsə də şəhid Ayətullah Seyid Əli Xameneinin və ailə üzvlərinin cənazə namazını qılmaqla bu bağlılığı bir daha vurğuladılar.
3. Dinə və İslam vətəninə sevginin ayrılmazlığını göstərən mesaj: Xalq bütün varlığı ilə bu iki qiymətli xüsusiyyəti ən yüksək səviyyədə özündə birləşdirən böyük şəxsiyyəti ehtiramla yad etdi və onu «ən böyük vətənsevər» adlandırdı.
4. İnqilabın kinli düşmənlərinə nifrət və intiqam mesajı: Bu mərasim düşmənlərə qarşı nifrətin əks-sədası idi. Qaldırılan qırmızı intiqam bayraqları göstərirdi ki, bu tələb təkcə Qurani-Kərimin və fiqhin məntiqindən qaynaqlanmır, həm də beynəlxalq hüquqda qəbul olunmuş danılmaz bir hüquqdur.
5. Vilayətin canişini, həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə beyət mesajı – صالح بعد از صالح (salehin ardınca gələn saleh): O, İmam Xomeyni və şəhid Ayətullah Seyid Əli Xameneinin yolunu ləyaqətlə və möhkəm iradə ilə davam etdirən, bu müqəddəs bayrağı daim uca tutan böyük şəxsiyyətdir.
6. Prinsiplərdə birlik – İmam Xomeyni və şəhid Ayətullah Xameneinin mirası: Birlik və həmrəylik yalnız prinsiplər əsasında məna qazanır. Fikir ayrılığı parçalanmaya səbəb olmadıqca zərərli deyil. Lakin bu gün şahidi olduğumuz hadisə «prinsiplərdə birlik»dir. Bu, mərhum İmam Xomeyni və şəhid Ayətullah Xameneinin daim tövsiyə etdiyi birlikdir və onu bütün varlığımızla qorumaq borcumuzdur.
7. Şəhid Ayətullah Xameneinin anım mərasimində Qurani-Kərimin və Əhli-beytin (ə) tövsiyələrinin təcəssümü: Son aylardakı müqəddəs toplantılarda olduğu kimi, şəhid Ayətullah Xameneinin anım mərasimində də xalqın müqavimət və yorulmazlıq mesajı bir daha göstərdi ki, bu yol Qurani-Kərimin və Əhli-beytin (ə) tövsiyə etdiyi yoldur. Şübhəsiz ki, yorğunluğu belə yorğun salan və sərv ağacı kimi məğrur dayanan bir ümmət sonda qələbə qazanacaq.
Sonda böyük iftixarla bildirirəm ki, İslamı və Əhli-beyt (əleyhimus-səlam) məktəbini uca tutan bu ümmətin səmimi xidmətçisi və ehtiramla əlini öpənlərdən biriyəm.
Allahın rəhmət və bərəkəti sizin üzərinizə olsun.
Seyid Əhməd Xatəmi
Rəyiniz