çərşənbə axşamı 14 iyul 2026 - 15:51
Ayətullah Şeyx İsa Qasim: İraq xalqı şəhid Ayətullah Seyid Əli Xameneinin vida və dəfn mərasimində möhtəşəm örnək nümayiş etdirib

Hövzə/ Bəhreyn İslam Hərəkatının rəhbəri Ayətullah Şeyx İsa Qasim İraq xalqının şəhid Ayətullah Seyid Əli Xameneinin cənazəsinin təntənəli dəfn mərasimində nümayiş etdirdiyi əzəmətli iştiraka görə İraq xalqına təşəkkür edib və onların bu tarixi mövqeyini yüksək qiymətləndirib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Bəhreyn İslam Hərəkatının lideri Ayətullah Şeyx İsa Qasim İraq xalqının İnqilabın  Ali Məqamlı sabiq Rəhbəri, şəhid Ayətullah Seyid Əli Xameneinin cənazəsinin dəfn mərasimindəki təsirli iştirakını yüksək qiymətləndirərək, şəhid Sədr məktəbinin davamçılarına və İraqın ali dini mərcəiyyətinə müraciətlə deyib: Ey şəhid Sədrin yolunun davamçıları və İraqın ali dini mərcəiyyətinin övladları! Siz bu misilsiz, əzəmətli və təsirli qarşılama, vida və İslam ümmətinin bu böyük və şəhid rəhbərinin dəfn mərasimində iştirak etməklə İslam qarşısında, eləcə də özünüzün bu gününü, gələcəyi, məqam, dünya və həmçinin axirətiniz qarşısında üzərinizə düşən vəzifəni layiqincə yerinə yetirdiniz.

O vurğulayıb ki, baş verənlər Allah-Taalaya, onun dininə və həzrət Peyğəmbərə (s) həqiqi vilayət ruhu ilə dolu milyonlarla insanın iştirak etdiyi əzəmətli və misilsiz bir qarşılama idi.

Ayətullah Şeyx İsa Qasimin müraciətinin  tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

اللهم صلِّ علی محمدٍ و آل محمد

“Allahım! Məhəmməd Peyğəmbər (s) və onun pak Əhli-beytinə (ə) salavat göndər.”

İmanlı, başıuca və qeyrətli İraqın Allah yolunda şəhid olan Ayətullah üzma İmam Seyid Əli Xameneini qarşılaması, onun ömrünün son anınadək Allah dininin ucalması, müsəlmanların izzəti, təkəbbürlü zalımların qüdrətinin sındırılması, məzlumlara yardım, insan ləyaqətinin və şərəfli, pak, uca və eləcədə azadlığın qorunması uğrunda ağır cihad apardığı bir halda, həqiqətən də əzəmətli bir qarşılanma idi.

Bu mərasim Allah-Taalaya, onun dininə, seçilmiş Peyğəmbərinə (s), onun pak və məsum Əhli-beytinə (ə), eləcə də onların varisləri olan böyük mərcə təqlidlərə, hidayətçi fəqihlərə, saleh alimlərə, İslam dini və möminlərin izzətini qoruyanlara və Allah yolunda cihad bayrağını daşıyanlara həqiqi vilayət ruhu ilə dolu milyonlarla insanın iştirak etdiyi möhtəşəm bir qarşılanma idi. Onlar yer üzündə haqq kəlməsinin hakim olması və bəşəriyyətin zalım və təkəbbürlü tağutların caynağından xilas edilməsi uğrunda ayağa qalxmışdılar.

Bu qarşılanma “böyük tövhid davası” uğrunda fədakarlıq və canından keçmə ruhunun aydın göstəricisi idi. Bu dava bütün hidayətin, möhkəmliyin, izzətin, ləyaqətin, qələbənin, ədalətin, təhlükəsizliyin, sülhün, gözəl əxlaqın və yaxşılığın sirridir. Həmçinin bu mərasim yüksək səviyyəli dərin bəsirətin, ayıq siyasi düşüncənin, düzgün mövqe müəyyənləşdirməyin və bütün insanların xeyri naminə mənafelərin birləşməsinə yol açan səmimi insani qardaşlığın nümunəsi idi.

Bu qarşılanma cəmiyyəti pozğunluqdan, fəsaddan, qarışıqlıqdan, istismardan, süqutdan və zəiflikdən qoruyan ən mühüm əsaslardan biri olan “düzgün seçimin” əhəmiyyətini xüsusi şəkildə nümayiş etdirdi. Bu seçim isə elmli, mütəxəssis, bacarıqlı, təqva, iffət, paklıq və dünya şəhvətlərindən uzaq olan bir rəhbərin seçilməsidir. Bu, Allah-Taalanın öz bəndələrini dəvət etdiyi və onlara göstərdiyi yoldur. Cəmiyyətin rəhbəri əvvəlcə həzrət Peyğəmbər (s), ondan sonra isə onun Əhli-beytindən olan məsum imamlar (ə), məsumun qeyb dövründə isə layiqli şəxslər hidayət sükanını əllərinə almalıdırlar.

Bu milyonlarla insanın iştirakı ilə keçirilən və əzəməti ilə bütün dünyanın diqqətini cəlb edən dəfn mərasimi, insanlara belə bir mesaj verdi: Ümmətin rəhbərliyə vilayəti – Allahın ümmətə rəhmət olaraq vacib buyurduğu vilayət – ilahi şərtləri ən yüksək səviyyədə özündə daşıyan (qeyb dövründə isə əsas və ya ikinci dərəcəli şərtlərə malik olan) saleh nümunəyə olan vilayətdir. Bu, saleh rəhbərliyin davamı ilə yaşayıb davam edən, heç vaxt zəifləməyən, daim ciddi, fəal və fədakar qalan bir vilayətdir.

Bu əzəmətli vida mərasimi bütün varlığı ilə bu günü və gələcəyi aydınladan dərsləri və yol göstərişlərini bəyan edir. Bu elə bir dərslərdir ki, hər zaman və hər məkanda onlara ehtiyac vardır.

Bu dəfn mərasimi dünyaya sanki belə bir çağrış edirdi: “Onların göz yaşlarına, hayqırtılarına, işarələrinə, dualarına, vədlərinə və təhdidlərinə qoşulun. Hamımız Allahın yardımçıları, Onun dininin köməkçiləri və Allahın razı olduğu rəhbərliyin tərəfdarlarıyıq. Biz bu yolu heç vaxt heç nə ilə dəyişməyəcəyik və Allahdan başqasını əvəz seçməyəcəyik. Bu, dərin və səmimi imanla bağlandığımız idealımızdır və yaşadığımız müddətcə bu ideal bizim yolumuz olacaqdır.”

Hamımız o cümlədən, kişilər və qadınlar, qocalar və gənclər, yeniyetmələr və uşaqlar bu ideala sadiqik. Bu yolda möhkəm dayanır və bütün nəsillərimizi bu aydın yolda bir araya gətiririk.

Ey İraq ölkəsinin ixlaslı gəncləri! Ey risalət məktəbinin, Qurani-Kərimin və həzrət peyğəmbərin (s) sünnəsinin davamçıları! Ey İmam Əlinin (ə), İmam Hüseynin (ə) və onun nəslindən olan hidayətçi və doğru yola yönəldən imamların (ə) məktəbinin övladları! Ey şəhid Sədr məktəbinin davamçıları, ey  müqəddəs Nəcəf şəhərindəki ali dini mərcəiyyətin övladları, ey din mərcələrinin, fəqihlərin və Allah yolunda cihad edən alimlərin möhkəm dayağı!

Siz bu möhtəşəm, əzəmətli və təsirli vida, eləcədə İslamın Ali Məqamlı sabiq Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etməklə İslam, özünüz bu gününü, gələcəyi, məqamınız, dünya və axirətiniz naminə böyük xidmət göstərdiniz. İnşallah, bu əməl tam ixlasla və uca Allahın razılığı üçün yerinə yetirilmişdir. Bu əzəmətli əməl, əldə olunacaq böyük və müsbət nəticələr qarşısında kiçik görünsə də, Allahın savabı daha böyükdür. Uca Allahın yaxşı əməl sahiblərinə vəd etdiyi böyük mükafat, sonsuz mərhəmət, gözəl ehtiram, böyük ilahi yardımlar və tükənməz nemətlər qarşısında onun dəyəri olduqca ucadır.

Bütün möminlər, bütün məzlumlar və bütün vəfalı azad insanlar adından sizə təşəkkür edirəm. Çünki sizin hürr iradənizlə görülən bu işin faydası hamıya aiddir və hər kəs onu düzgün dərk edib haqqını yerinə yetirdiyi ölçüdə bu bərəkətdən bəhrələnəcəkdir.

Allahın rəhmət və bərəkəti sizin üzərinizə olsun.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha