Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumatına əsasən, İsrailin 13-cü kanalı, İsrailin Qətərə edilən hücumun uğursuzluğundan sonra qarşı-qarşıya olduğu dərin siyasi və diplomatik böhranı və artan beynəlxalq təcridi açıqladı.
İsrailin 13-cü kanalı İsrailin hazırda üzləşdiyi vəziyyəti “siyasi sunami” kimi təsvir edib və Qətərə uğursuz hücumdan sonra bu rejimin təcridinin artdığını qeyd edib.
İsrail kanalı əlavə edib: Əvvəllər özlərini İsrailin dostu hesab edən və gələcəkdə onunla ortaq bir gələcəyə malik ola biləcək ölkələr, məsələn, Səudiyyə Ərəbistanı, Misir və İordaniya indi İrana yaxınlaşırlar və İsrailin müttəfiq olduğuna artıq əmin deyillər.
İsrailin 13-cü kanalı bildirib ki, şübhəsiz burada bir diplomatik problem mövcuddur və əlavə edib ki, hələ İsrailin BMT-dəki təcridinin təsiri barədə müzakirə aparılmayıb.
Qeyd etmək lazımdır ki, İsrailin Dohaya etdiyi hücum Həmas liderlərini hədəfə almaq məqsədi uğursuz oldu və bir neçə ölən və yaralanan oldu. Bu hücum həmçinin beynəlxalq səviyyədə və ərəb dünyasında geniş şəkildə pisləndi.
Bu kontekstdə, Ərəb və İslam ölkələrinin xarici işlər nazirləri bazar günü keçirilən təcili iclasda vurğuladılar ki, Qətərin təhlükəsizliyi “Ərəb və İslam milli təhlükəsizliyinin ayrılmaz hissəsidir.
Qətərin baş naziri və xarici işlər naziri bildiriblər ki, İsrailin Dohaya vəhşicəsinə hücumunda beynəlxalq qanunların davamlı şəkildə pozulması açıq-aşkar görünürdü və bu hərəkəti yalnız “dövlət terrorizmi” kimi xarakterizə etmək olar.
Xəbərin sonu
Rəyiniz