Hövzə Xəbər Agentliyi | İmamın mühüm xüsusiyyətlərindən və əsas şərtlərindən biri “ictimai idarəçilik” və “gözəl əxlaqa" sahibi olmaqdır
İmamın ictimai idarəçiliyi
İnsan ictimai bir varlıq olduğundan, cəmiyyət onun ruhuna, düşüncəsinə və davranışlarına dərin təsir göstərir. Bu səbəbdən, insanın düzgün tərbiyəsi və Allah-Taalaya yaxınlaşma yolunda inkişafı üçün sağlam ictimai mühit yaradılmalıdır. Belə bir mühitin formalaşması isə yalnız ilahi hakimiyyətin qurulması ilə mümkündür. Buna görə də imam və xalqın rəhbəri cəmiyyəti idarə etmək bacarığına malik olmalı, Qurani-Kərim və Peyğəmbər (s) sünnəsindən bəhrələnərək, səriştəli şəxslərin köməyindən istifadə etməklə islam dövlətinin əsaslarını möhkəmləndirməlidir.
İmamın gözəl əxlaqa sahib olması
İmam, cəmiyyətin rəhbəri və öndəri olaraq bütün pisliklərdən və mənəvi rəzilətlərdən uzaq olmalı, əvəzində isə bütün əxlaqi fəzilətləri ən yüksək dərəcədə özündə birləşdirməlidir. Çünki o, kamil insan olaraq öz ardıcılları üçün ən gözəl nümunə sayılır.
İmam Rza (ə) bu barədə buyurur:
لِلْإِمَامِ عَلاَمَاتٌ یَکُونُ أَعْلَمَ اَلنَّاسِ وَ أَحْکَمَ اَلنَّاسِ وَ أَتْقَی اَلنَّاسِ وَ أَحْلَمَ اَلنَّاسِ وَ أَشْجَعَ اَلنَّاسِ وَ أَسْخَی اَلنَّاسِ وَ أَعْبَدَ اَلنَّاسِ.» (الخصال، ج ۲، ص ۵۲۷)
İmamın bir neçə nişanələri vardır: O, insanların ən elmlisi, ən hikmətli, ən təqvalı, ən dözümlü, ən cəsur, ən səxavətli və ən çox ibadət edən şəxs olmalıdır.»
(Əl-Xisal, c. 2, s. 527)
Bundan əlavə, İmam (ə) Peyğəmbərin (s) canişini olaraq insanlara elm və tərbiyə vermək missiyasını daşıyır. Bu səbəbdən o, hər kəsdən əvvəl və daha çox miqdarda ilahi əxlaqla sahib olmalıdır.
İmam Əli (ə) bu mövzuda belə buyurur:
مَنْ نَصَبَ نَفْسَهُ لِلنَّاسِ إِمَاماً، [فَعَلَیْهِ أَنْ یَبْدَأَ] فَلْیَبْدَأْ بِتَعْلِیمِ نَفْسِهِ قَبْلَ تَعْلِیمِ غَیْرِهِ؛ وَ لْیَکُنْ تَأْدِیبُهُ بِسِیرَتِهِ قَبْلَ تَأْدِیبِهِ بِلِسَانِهِ.» (نهج البلاغه، حکمت ۷۳)
Kim özünü (Allahın əmri ilə) insanlar üçün imam təyin edərsə, gərək başqalarını öyrətməzdən əvvəl özünü tərbiyə etməyə başlasın. O, insanları dili ilə tərbiyə etməzdən öncə, davranışı ilə ədəb-ərkan öyrətməlidir. (Nəhcül-Bəlağə, hikmət 73)
Bu müzakirələrin ardı var....
Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə
Rəyiniz