Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, mərhum şəhid professor Mürtəza Mütəhhərinin Hicab məsələsi və Qərb dövlət adamlarının qadın çılpaqlığını müdafiə etmələrinin fəlsəfəsi” adlı əsərindəki bəyanatlarından seçmələri siz oxuculara təqdim edirik.
Məsələ zahirdə belə görünür ki, qadın nə etməlidir?
Örtülü şəkildəmi çölə çıxmalı, yoxsa açıq-saçıq?
Yəni mövzu qadının adı ilə irəli sürülür və bəzən də məsələ guya qadına yazığı gəlirmiş kimi bu tərzdə qoyulur: Görəsən, qadının azad olması daha yaxşıdır, yoxsa məhkum və əsir olaraq hicabda qalması?
Lakin işin mahiyyəti və batini tamam başqadır.
Əslində söhbət ondan gedir ki, kişi qadından cinsi istismarda (zina istisna olmaqla) tam azadlığa malik olmalıdır ya yox?
Başqa sözlə, bu məsələdə əsas fayda götürən qadın deyil, kişidir; ən azı, kişi qadından daha çox fayda əldə edir.
Vil Durantın ifadəsi ilə desək:
Qısa ətəklər bütün dünya üçün, dərzilər istisna olmaqla bir nemətdir.
Beləliklə, məsələnin ruhu budur: Cinsi ləzzətlərin yalnız ailə mühitinə və qanuni həyat yoldaşına məhdudlaşdırılması, yoxsa onların sərbəst buraxılıb ictimai mühitə daşınması.
İslam baxımından isə cinsi ləzzətlərin ailə mühitinə və qanuni yoldaşlara məhdudlaşdırılması bir sıra mühüm nəticələr doğurur:
Psixoloji baxımdan cəmiyyətin ruhi sağlamlığına kömək edir;
Ailə baxımından ailədaxili münasibətlərin möhkəmlənməsinə və ər-arvad arasında tam səmimiyyətin yaranmasına səbəb olur;
Sosial baxımdan cəmiyyətin əmək və fəaliyyət gücünün qorunmasına və səmərəli istifadəsinə şərait yaradır;
Qadının kişi qarşısındakı mövqeyi baxımından qadının dəyərinin kişiyə nisbətdə yüksəlməsinə səbəb olur.
Mənbə: Mürtəza Mütəhhəri, hicab məsələsi, s. 75–76
Rəyiniz