Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumatına əsasən,İslam məzhəbləri birlik cəmiyyətinin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Cəmşidi, Rusiyanın Sankt-Peterburq beynəlxalq iclasında bildirib ki, sionist rejim bütün fundamental prinsipləri tapdalayıb və heç bir qanun və qaydanı qəbul etmir. Buna görə də, ölkə başçıları və alimlər məzlum Qəzza xalqının faciələri qarşısında susmamalıdırlar.
O, tövhid (Tək Allaha inam) dinlərinin ortaq məxrəcə əsaslanan birliyini vurğulayaraq bildirib: Bu həmrəylik insanın kəraməti və ədalət kimi ortaq mənəvi prinsiplərə söykənir və bu birlik sadəcə birgəyaşayışdan ibarət olmayıb, bu günün dünyasında strateji bir zərurət hesab olunur.
Qumun Elmi Hövzələrinin müəllimlər cəmiyyətinin üzvü qeyd edərək ki, bəşəriyyət bu gün vahid bir səsə və insani-mənəvi dəyərlərin dirçəlişinə möhtacdır, belə dedi: Bu ortaq dəyərlər ətrafında dialoq aparmaq və bütün məzhəblər və dinlər arasında əlaqələrin asanlaşdırılması, qlobal çağırışlardan çıxış üçün həyati bir strategiyadır.
O, ixtilaf və parçalanmanı əsas problemlərin və birlikdə olan qrupların mövqeyinin zəifləməsinin başlıca səbəbi hesab edərək əlavə etdi: Tələb olunur ki, yaxınlaşma, qarşılıqlı dəstək və birliyin möhkəmləndirilməsi üçün daha çox səy göstərilsin və dağıdıcı amillərdən uzaq durulsun.
Höccətül-İslam vəl-müslimin Cəmşidi müasir dünyanın çətinliklərinə, o cümlədən dünyapərəstlik və kamaldan,əxlaqdan uzaqlaşmağa işarə edərək əlavə etdi: Şübhəsiz ki, uca Allahın insana göndərdiyi bütün imkanlar və nemətlər onun tərəqqisi və maksimum faydalanması üçün, cəmiyyət və ailə təməlini möhkəmləndirmək məqsədilədir. Amma həmin nemətlər zülm və istibdad vasitəsinə çevriləndə, təəssüf ki, Qəzza xalqının istər müsəlmanların, istərsə də digər dinlərin ardıcıllarının acınacaqlı vəziyyəti ortaya çıxır. Sionist rejim bütün fundamental prinsipləri tapdalayıb və heç bir qanun-qaydanı tanımır.
İslam məzhəbləri birlik cəmiyyətinin nümayəndəsi yekunda vurğuladı: İslam dünyasının hökmdarları, alimləri düşüncə sahibləri və ziyalıları, həmçinin tövhid dinlərinin ardıcılları və peyğəmbərlər məktəbinin yolunda gedənlər, məzlum Qəzza xalqının faciələri qarşısında susmamalı, haqq axtarışını dünya ictimaiyyətinə çatdırmalı və öz ilahi və insani vəzifələrini ciddi şəkildə yerinə yetirməlidirlər.
Xəbərin sonu.



Rəyiniz