şənbə 4 oktyabr 2025 - 22:50
Çili Respublikası sionist rejim tərəfindən “Sumud” qlobal donanmasının müsadirə edilməsinə qarşı ciddi etiraz bildiri

Hövzə / Çili Respublikası Qəzzaya humanitar yardımlar aparmaqda olan “Sumud” adlı qlobal donanmanın sionist rejim tərəfindən ələ keçirilməsindən dərin narahatlıq ifadə edərək, bu addımı beynəlxalq hüquqa zidd adlandırıb və göndərilən yardımların dərhal azad edilməsini tələb edib

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına əsasən, Çili Respublikası çərşənbə günü rəsmi bəyanat yayaraq, mühasirədə olan Qəzza əhalisinə humanitar yardım aparan “Sumud” adlı qlobal donanmanı izləyib ələ keçirməsi ilə bağlı sionist rejimin hərəkətlərindən ciddi narahatlığını ifadə edib.

Bəyanatda vurğulanıb ki, “Sumud” karvanına aid gəmilər Qəzzadakı mülki əhaliyə xüsusilə də hücumlar və mühasirədən zərər çəkmiş qadınlar və uşaqlara təcili humanitar yardım çatdırmaq məqsədilə yola çıxmışdılar. Sionist rejimin bu addımı isə dəniz hüququ haqqında konvensiyada təsbit olunmuş dəniz naviqasiyası azadlığının açıq şəkildə pozulması, həmçinin beynəlxalq humanitar hüququn prinsipləri ilə ziddiyyət təşkil edir.

Çili Respublikası bildirib: Humanitar hüququn normaları bütün dövlətləri mülki əhaliyə humanitar yardımların maneəsiz çatdırılmasını asanlaşdırmaq və təmin etməyə məcbur edir. Hökumət vurğulayıb: “Bu karvanın ələ keçirilməsi qanunsuz bir addım olmaqla yanaşı, beynəlxalq səviyyədə tanınmış öhdəliklərin pozulması deməkdir.

Çili Respublikası həmçinin “Sumud” donanmasının könüllüləri və heyət üzvlərinin təhlükəsizliyi və sağlamlığının dərhal təmin olunmasını, eləcə də humanitar yardımların Qəzza zolağına sərbəst və təxirəsalınmadan çatdırılması üçün şərait yaradılmasını tələb edib. Həmçinin beynəlxalq ictimaiyyəti bu kimi qanunsuz addımlara qarşı qəti mövqe nümayiş etdirməyə çağırıb.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha