bazar 19 oktyabr 2025 - 15:48
İspaniyada fəhlə və tələbə ictimaiyyətinin Fələstinə dəstək məqsədilə keçirdiyi tətil.

Hövzə/ İspaniyanın dini, fəhlə və tələbə camiəsi 15 oktyabr tarixində Fələstinə dəstək məqsədilə möhtəşəm və genişmiqyaslı bir yürüş təşkil ediblər. Bu yürüşdə İspaniyanın müxtəlif bölgələrindən on minlərlə insan iştirak edib.

Hövzə Xəbər Agentliyinin  tərcümə qrupunun məlumatına əsasən, İspaniya xalqı həmçinin hökumət başçısı Pedro Sançesə qarşı da tənqidi mövqe nümayiş etdirib. Onlar hökumətin Qəzzadakı həyata keçirilən soyqırımı rəsmi şəkildə pisləməsinə baxmayaraq, İsrailə qarşı sanksiyaların tətbiqi üçün zəruri və praktik qərarların qəbulunda aciz qalmasını qınayıblar.

Bu hadisələr İspaniyada, İtaliyada baş vermiş iki ümumi tətil aksiyasından cəmi bir neçə həftə sonra gerçəkləşib. Həmin aksiyaların da məqsədi İsrailin təcavüzkar siyasətini dayandırmaq və Fələstinə həmrəylik nümayiş etdirmək idi. Cəmiyyət nümayəndələrinin fikrincə, bu günlər Avropadakı ictimai hərəkatlar üçün həlledici məqamlardır.

Tələbə İttifaqının üzvü Koral Latorre yürüşlərdən birində verdiyi müsahibədə tələbə və gənclərin Fələstinlə həmrəylik hərəkatının davamlılığında oynadığı həyati rolu vurğulayıb. O bildirib ki, təkcə Madrid şəhərində keçirilən nümayişdə təxminən 25 min məktəbli və tələbə iştirak edib, minlərlə digər iştirakçı isə bu ayın əvvəlində Barselona, Tarraqona, Valensiya və digər şəhərlərdə keçirilən aksiyalara qoşulub.

Latorre deyib: Bu gün biz tələbələr təkcə tətil edən tərəf deyilik, işçi təbəqəsi də bizimlədir.
Onun sözlərinə görə, səhərin ilk saatlarından etibarən ölkənin müxtəlif bölgələrində tətil aksiyaları, yolların bağlanması, müəssisə və zavodlarda toplaşmalar baş verib. “Biz əvvəldən demişdik ki, hər şeyi dayandıracağıq və bu gün o gündür. Əgər siz yenə də İsrailə silah və texniki dəstək göndərsəniz və İsrail sizin gizli əməkdaşlığınızla humanitar yardım daşıyan gəmilərin qarşısını alsa, biz yenidən küçələrə çıxacağıq,” deyə o əlavə edib.

Bundan əlavə, etirazların alovlanmasına ABŞ Prezidenti Donald Tramp və İsrail rəsmiləri tərəfindən elan edilən son atəşkəs sazişinin mənasız və formal şəkildə təriflənməsi də səbəb olub. Aksiyada iştirak edənlər Avropa liderlərinin riyakarlığını kəskin şəkildə pisləyiblər.

Onlar bildiriblər ki, “Tramp və Avropa dövlətləri İsrailin hərəkətlərini guya pisləyirlər, lakin eyni zamanda ona silah və hərbi sursat satmaqdan çəkinmirlər.”

Mənbə: People’s Dispatch (Xalqların İctimai Xəbər Agentliyi)

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha