cümə 7 noyabr 2025 - 19:48
Məhdəviyyət mövzuları (20) | İmam Məhdinin (ə.f) qlobal hakimiyyətinin müddəti

Hövzə/ İmam Məhdinin (ə.f) quracağı ədalətli nizam elə bir hökumətdir ki, ondan sonra artıq başqa bir dövlət mövcud olmayacaq. Həqiqətdə isə bu hadisə insan həyatında yeni bir tarixin başlanğıcı olacaqdır. Elə bir dövr olacaq ki, bütövlükdə ilahi hakimiyyətin idarəsi altında keçəcək.

Hövzə Xəbər Agentliyinin məlumatına əsasən, “İdeal Cəmiyyətə Doğru” adlı Məhdəviyyət mövzuları silsiləsi, İmam Zaman ( Allah-taala zühurunu tezləşdirsin) haqqında olan elmləri və təlimləri yaymaq məqsədilə siz dəyərli ziyalılara təqdim olunur.

Bəşəriyyət uzun və çətin bir zülm və haqsızlıq dövrünü geridə qoyduqdan sonra, Allahın sonuncu höccətinin zühuru ilə dünya xeyirxahlığın və ədalətin hakimiyyətinə doğru addımlayacaq. Hakimiyyət saleh və nəcib insanların ixtiyarına veriləcək. Bu isə uca Allahın dəyişməz vədlərindən biridir.

İmam Mehdinin (ə.f) rəhbərliyi ilə başlanacaq bu salehlərin dövləti dünyanın sonuna qədər davam edəcək və zülm dövrləri bir daha təkrarlanmayacaq.

Ulu Tanrı İslam Peyğəmbərinə (s) sonuncu məsum rəhbərin hakimiyyəti müjdəsini verərək buyurur:

«لَأُدِیمَنَّ مُلْکَهُ وَ لَأُدَاوِلَنَّ الْأَیَّامَ بَیْنَ أَوْلِیَائِی إِلَی یَوْمِ الْقِیَامَةِ.»

“(İmam Məhdi əleyhis-salam hakimiyyətə çatdıqdan sonra) Mən onun dövlətini davamlı edəcəyəm və Qiyamət gününə qədər zamanları və yer üzünün hakimiyyətini öz dostlarım arasında dövr etdirəcəyəm.”
(Kəmalud-din, c.1, s.256)

Beləliklə, İmam Mehdinin (ə.f) quracağı ədalətli nizam elə bir hökumətdir ki, ondan sonra artıq başqa bir dövlət mövcud olmayacaq. Həqiqətdə isə bu hadisə insan həyatında yeni bir tarixin başlanğıcı olacaq elə bir dövr ki, bütövlükdə ilahi hakimiyyətin idarəsi altında keçəcək.

İmam Baqir (əleyhis-salam) buyurur:

«دَوْلَتُنَا آخِرُ الدُّوَلِ وَ لَنْ‌ یَبْقَ أَهْلُ‌ بَیْتٍ لَهُمْ دَوْلَةٌ إِلَّا مُلِّکُوا قَبْلَنَا لِئَلَّا یَقُولُوا إِذَا رَأَوْا سِیرَتَنَا إِذَا مُلِّکْنَا سِرْنَا مِثْلَ سِیرَةِ هَؤُلَاءِ.»

“Bizim dövlətimiz bütün dövlətlərin sonuncusudur. Elə bir nəsil sahibi qalmayacaq ki, bizdən əvvəl hakimiyyətə gəlməsin. Bu isə ona görədir ki, (bizim hökumətimiz bərqərar olduqda) onlar bizim idarəçilik üsulumuzu gördükdə deməsinlər: "Əgər biz də hakim olsaydıq, eyni qaydada davranardıq.’”
(Əl-Qeybə, Şeyx Tusi, s.473)

Beləliklə, zühurdan sonra bərqərar olacaq ilahi nizamın davamı, İmam Məhdinin (ə.f) şəxsi hakimiyyət müddətindən ayrı bir mərhələdir. Rəvayətlərə görə, İmam Məhdi (ə.f) ömrünün qalan hissəsində dünyaya rəhbərlik edəcək və sonda dünyadan köç edəcəkdir.

Şübhə yoxdur ki, onun hakimiyyət müddəti elə uzun olmalıdır ki, bütün dünyada ədalətin bərpası və ümumbəşəri islahatların gerçəkləşməsi mümkün olsun. Lakin bu məqsədin neçə il ərzində reallaşacağı barədə qəti fikir söyləmək mümkün deyil. Bu məsələdə yalnız məsum imamların rəvayətlərinə əsaslanmaq olar. Bununla yanaşı, həmin ilahi rəhbərin qeybi yardımlar, ilahi lütf və saleh səhabələrin köməyi ilə bəşəriyyətin mənəvi və ictimai hazırlığından istifadə etməsi, onun missiyasının nisbətən qısa bir zaman ərzində gerçəkləşə biləcəyini ehtimal etməyə əsas verir.

İmam Məhdinin (əleyhis-salam) hakimiyyətinin müddəti barədə rəvayətlər müxtəlifdir. Bəzi mənbələrdə bu müddət 5 il, bəzilərində 7 il, digərlərində isə 8, 9 və 10 il olaraq qeyd olunur. Həmçinin bir sıra rəvayətlərdə onun hakimiyyətinin 19 il və bir neçə ay, 40 il, hətta 309 il davam edəcəyi bildirilmişdir.

Bu rəvayətlər arasından real hakimiyyət müddətini müəyyənləşdirmək çətindir. Lakin bəzi şiə alimləri, yeddi illik müddəti bildirən rəvayətlərin çoxluğu və məşhurluğuna əsaslanaraq, bu fikri üstün saymışlar. Bəzi digər alimlər isə belə rəvayətlərə əsaslanaraq demişlər ki, İmam Məhdinin (əleyhis-salam) hakimiyyəti 7 il çəkəcək, lakin bu illərin hər biri bizim illərimizlə müqayisədə 10 il qədər uzun olacaqdır.

Bu müzakirələrin ardı var....

Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha