cümə 2 yanvar 2026 - 21:42
Milli media İslam maarifini dəqiq elmi-fiqhi əsaslara söykənən infrastruktur çərçivəsində mənimsəməli və əks etdirməlidir / Bütün hövzə fəaliyyətlərində strateji və müasir media tələblərini nəzərə alan baxışın vacibliyi

Elmi hövzələrin rektoru “Səda və Sima” media təşkilatının sədri ilə görüşündə elmi hövzələrlə milli media arasında davamlı və məqsədyönlü şəkildə əməkdaşlığın zəruriliyini vurğulayaraq bildirib ki, bu əməkdaşlıq İslam maarifinin gənc nəslə ötürülməsinə, eyni zamanda İranın və İslam İnqilabının beynəlxalq müstəvidə rolunun gücləndirilməsinə mühüm töhfə verə bilər.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi, “Səda və Sima” media təşkilatının sədri Dr. Cəbəli ilə görüşündə müqəddəs Rəcəb ayını qeyd edərək, bu ayın mənəvi əhəmiyyətinə və əlaqədar mərasimlərinə diqqət çəkərək bildirib: Rəcəb ayı ilahi feyzlərlə dolu, Allahın lütfü ilə zəngin bir aydır və Şəban və Ramazan aylarına açılan bir mənəvi qapı rolunu oynayır. Bu ay dualar, ziyarətlər və mənəvi diqqətlərin təzahür etdiyi xüsusi bir yerə malikdir.
Elmi Hövzələrin rektoru əlavə edib ki, Rəcəb ayı insanı müqəddəs Ramazan ayına hazırlayan bir aydır. Dualar, ziyarətlər və bu ayın mənəvi bilikləri insanın Allah ilə bağlılığını əks etdirir.
Elmi Hövzələrin Ali Şurasının üzvü vurğulayıb ki, Rəcəb ayı mənəvi baxımdan insanın qayıdış, diqqət və mənəvi hazırlığı üçün xüsusi imkan yaradır və qarşıdakı müqəddəs aylardan faydalanmaq üçün önəmli bir hazırlıqdır.
Ayətullah Ərafi qeyd edib: Rəcəb ayı insanı Ramazan ayına çatdırır. Elə bir ay ki, dualar, mənəvi biliklər və ilahi təzahürlər bu ayın ziyarətlərində əks olunur və burada hərəkətli və coşğulu bir mənəvi dünyanın axını müşahidə edilir. Bu böyük potensial düzgün təqdim olunarsa və uyğun üslubla izah edilərsə, cəmiyyətin əhəmiyyətli bir hissəsinə təsir göstərə bilər. Təbii ki, bu yalnız ayın mənəvi və simvolik dəyərləri düzgün nümayiş etdirildiyi halda mümkündür.
 Ayətullah Ərafi, dini təfəkkürün inkişafında hövzənin tarixi roluna işarə edərək bildirib: “Mərhum Mirzə Naininin (r) Nəcəfdə keçirilən qurultayında min illik tarix boyunca iyirmidən çox mühüm tarixi hadisə araşdırıldı. Bu hadisələrdə din, şiəlik, ruhaniyyət və hövzə səlahiyyət orqanlarla qarşılıqlı əlaqə quraraq, ictimai və mədəni güc formalaşdırmış, dini və islam təfəkkürünün irəliləməsinə təsir göstərmişdir. Məsələn, Əllamə Həlili və Səfəvilər dövründə bu əməkdaşlıqlar geniş təsir yaratmışdır.
Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü əlavə edib: Bu tarixi dövrlər 50, 100 və ya 200 illik intervallarla baş verib və dini düşüncə insan həyatında tədricən təzahür edib, cəmiyyətlərin intellektual və mədəni gücü artıb. Lakin 62 il əvvəl İmam Xomeyninin əsasını qoyduğu layihə sadəcə 100-200 illik dövrü əhatə etmirdi. Nu, son min ilin yeni fəsli və dönüş nöqtəsi oldu.

Ayətullah Ərafi İmam Xomeyninin (r) inqilabındakı olan yeniliklərə diqqət çəkərək bildirib ki, İmam Xomeyni (r) İslamı həm düzgün, həm də təmiz bir şəkildə təqdim etdi. Bu təqdimat nə köhnəqorxulu, nə də radikal bir yanaşma ilə idi. Əksinə dini əhatəli bir nəzəriyyəyə çevirdi və bu nəzəriyyəni dövlət, səlahiyyət, mədəniyyət və cəmiyyət sahələrinə qədər genişləndirdi. Bu addım misilsiz idi. Kiçik qeybdən sonra, ilk dəfə olaraq Kitab və Sünnətdən düzgün metodla tam bir məntiq çıxarılmışdır.

Elmi hövzələrin rektoru əlavə edib: Bu fikir və məzmunun yaradılmasında əsas güc İslam düşüncəsi və onun insan həyatında tətbiqi idi. Hətta beynəlxalq səviyyədə də, inqilab 200 il ərzində İslam dünyasında baş verən bütün dəyişikliklərdən fərqli oldu.

Ayətullah Ərafi bu nəzəriyyənin sivilizasiyalararası qarşıdurmasına toxunaraq bildirib: Bu nəzəriyyə yalnız nəzəri sahə ilə məhdudlaşmır, eyni zamanda beş əsr boyunca Qərbdə formalaşmış fəlsəfi və elmi düşüncələrlə də üzləşmişdir. Qərb düşüncəsi insan həyatının hər sahəsinə nüfuz etmişdi və İmam Xomeyni (r) İslam nəzəriyyəsi yaradaraq sivilizasiyalararası bir qarşıdurma formalaşdırdı.

Elmi hövzələrin rektoru əlavə edib: Bununla yanaşı, İranın sivilizasiya tarixində yeri çox vacibdir və bu mövqenin düzgün dərk edilməsi, bizim və İran və İslamı sevənlərin vəzifəsini aydınlaşdırır. Bu dərk mədəni və sosial bütün hesablamaları dəyişdirir və sivilizasiyalar arenasında hərəkət və qarşılıqlı əlaqələrimizin istiqamətini müəyyən edir.

Ayətullah Ərafi vurğulayıb: Hövzə ilə milli media arasındakı hərəkət və qarşılıqlı əlaqələr belə müəyyən edilməli və planlaşdırılmalıdır ki, bu əlaqə möhkəmlənsin və uzunmüddətli məqsədlər reallaşdırılsın, İran və İslam düşüncəsi daha geniş şəkildə tanıdılıb izah edilsin.

Hövzə və milli media arasındakı əməkdaşlığın zəruriliyi

Elmi hövzələrin rektoru İslam İnqilabının İranın mövqeyinin yüksəlməsində və İslam düşüncələrinin dünyada yayılmasında misilsiz roluna diqqət çəkərək bildirib: Hövzə ilə milli media arasındakı əməkdaşlıq, gənc nəsil və bu günkü cəmiyyət üçün düşüncə, mədəniyyət və media imkanlarından istifadədə əsas rol oynayır.

Ayətullah Ərafi inqilabın nailiyyətlərinə toxunaraq bildirib: İslam İnqilabı İranın xeyrinə olmuş və ölkənin gücünü müxtəlif sahələrdə artırmışdır. Bu əsaslı düşüncə İranın gücünü inkişaf etdirərək dünya səviyyəsində mövqeyini yüksəltmişdir.

Ali Şura üzvü əlavə edib: Digər mühüm məqam isə budur ki, bu düşüncə İranın, İslam İnqilabının və Əhli-Beyt (ə) maarifinin dünyada misilsiz şəkildə yayılmasına xidmət etmişdir. Xüsusilə Fars dili və ədəbiyyatının təbliği sahəsində, Əl-Mustafa Beynəlxalq Universiteti və bəzi digər qurumların fəaliyyəti nəticəsində yüz minlərlə insan dünyada Fars dili və İslam elmləri ilə tanış olmuşdur.

Ayətullah Ərafi qeyd edib: Ölkənin daxili potensiallarının çoxu, xüsusən İslam İnqilabı və İranla bağlı olanlar, hələ də dünyada tam tanınmayıb. Bu imkanlar tanındıqda, qərb mediasının ağır təsirlərindən qorxmayacağıq.

O davam edib: Cənub-Şərqi Asiya, Afrika, Qafqazdan Avropa və Amerikaya qədər inanılmaz dəyişikliklər və potensiallar meydana çıxıb. Hətta avropalılar Hamburqda bir İslam mərkəzini belə qəbul etmək istəmirlər. Halbuki bu İslam mərkəzlərinin real sərvəti və gücü çox təsirlidir.

Elmi hövzələrin rektoru Ayətullah Ərafi çıxışının digər bir hissəsində bildirib ki, hazırkı dövr çox mürəkkəb və çətin bir zaman kəsitidir. Sərhədlər və bariyerlər görünüşdə yox olmuş, məlumat və biliklər isə geniş və ümumi şəkildə əlçatan olmuşdur. Bir çox monopoliyalar aradan qaldırılmış, haqq ilə batili ayırd etmək isə getdikcə çətinləşmişdir. Bu yeni şəraitdə inqilaba qarşı hücumlar və düşmənçilik artmış, süni intellekt kimi yeni texnologiyalar isə düşüncə və sosial sahələrimizi təsir altına almışdır. Bütün bunlar xüsusi idarəetmə tələb edir.

Ayətullah Ərafi əlavə edib: Bu gün qarşı-qarşıya olduğumuz gənc nəsil düşüncə və mədəni sahələrin idarə olunmasını çətinləşdirir. Ölkədə müxtəlif düşüncə və sənədlər istehsal edilsə də, bütün tələblərə cavab vermək hələ də çətindir. Hər bir fəaliyyət, hətta böyük potensiallarla da, kifayət etmir. Biz başqa minlərlə peşə və sahələrdə fəaliyyətimizi tam güclə davam etdirməliyik.

Ayətullah Ərafi hövzə və milli media arasında əməkdaşlığın əhəmiyyətinə diqqət çəkərək deyib: Ruhaniyyət və hövzə böyük sərvətlərə malikdir, lakin hər biri digərinin imkan və potensiallarına ehtiyac duyur. Bu əməkdaşlıq İslam maarifini tanıtmaq, dini düşüncəni inkişaf etdirmək və gənc nəsilə cavab vermək üçün media imkanlarından istifadə etmək imkanıdır.

O əlavə edib: Biz hamımız bütün varlığımızı müqəddəs ideallara, yəni sistemin, inqilabın və İslam düşüncəsinin yüksəlməsinə həsr etməliyik. Bu baxımdan hövzə ilə milli media əməkdaşlığı ölkədə və dünyada dönüş və sıçrayış üçün başlanğıc nöqtəsidir.


Ayətullah Ərafi hövzənin müxtəlif imkanlarının planlı şəkildə istifadə olunmasının vacibliyini vurğulayaraq deyib: Bütün proqramlar planlı və məqsədyönlü olmalıdır ki, cəmiyyət və dünyada əhəmiyyətli təsir yaratsın. 
Elmi Hövzələrin rektoru həmçinin qeyd edib ki, biz güclü kadrlar yetişdirməli və lazımi ixtisasları planlaşdırmalıyıq. Mövcud imkanlar hövzənin müxtəlif institutlarında müəyyən edilməli və işə cəlb olunmalıdır. Bu proqramlar planlı və məqsədyönlü olmalıdır. Məsələn, 2026-2027-ci illər üçün beş yaxşı fəaliyyətin praktik nəticələrə çevrilməsi planlaşdırılsın. İncəsənət, film və digər sahələrdə bu nəticələr nümayiş etdirilsin.

Ayətullah Ərafi əlavə edib: Hövzənin beş illik proqramlarında müxtəlif sahələr üzrə fəaliyyət istiqamətləri müəyyən olunub. Təhsil sahəsində on altı proqram var ki, onlardan biri təxminən 15 min səriştəli və bacarıqlı dini təbliğçinin məktəblərə göndərilməsini əhatə edir. Bu kadrlar şagirdlərlə ünsiyyət və dini biliklərin çatdırılmasında əsas rol oynayacaqlar.

O, hövzə layihələrinə də diqqət çəkərək bildirib: Hicrət layihəsi və digər müxtəlif layihələr hamısı media yönümlü olmalıdır. Bu, hövzə fəaliyyətlərinin təsirli olması üçün vacibdir.


Ayətullah Ərafi  təkid edərək vurğulayıb: Hamımız bu məqsədlərin həyata keçirilməsində iştirak etməli və bütün imkanlardan istifadə etməliyik ki, gözlənilən nəticələr əldə olunsun. Əsas işlər, o cümlədən araşdırma, təhsil və fikir formalaşdırılması da daxil olmaqla fundamental işlərə üstünlük verilməlidir.

O əlavə edib: Hövzə fəaliyyətlərində strateji və media baxışının zəruriliyini vurğulayaraq bildirib: İslam maarifinin milli media və virtual mühitdə təzahürü böyük bir potensialdır və bu potensial dini bilikləri bu günün nəsli ilə paylaşmağa, həmçinin hövzənin cəmiyyətdə və dünyada təsirini gücləndirməyə imkan verir.

Ayətullah Ərafi hövzə fəaliyyətlərinin müxtəlif sahələrində geniş potensialın əhəmiyyətini vurğulayaraq bildirib: Kələm, fəlsəfə, hədis, təfsir, tarix və digər İslam elmləri hövzə ixtisaslarının şaxələndiyi bir ağac sistemi şəklində tərtib olunub və böyük sərvətlər yaratmışdır. Biz inanırıq ki, insanın xoşbəxtliyi Quran və sünnətin əks olunmasında görünür və bu biliklər ictihad və müasir yanaşma ilə istifadə edilməlidir.

O, milli medianın mövqeyinə toxunaraq deyib: Milli media düşüncə formalaşdırmaq, ideya yaratmaq və ictimai diskurs qurmaq baxımından mərkəzi rol oynayır. Bu böyük potensial müqəddəs müdafiə dövründə də özünü aydın göstərmişdir. Biz müxtəlif xütbələr və iclaslarda Səda və Sima və media idarəçiliyinin mürəkkəb dövrlərdəki xidmətlərini yüksək qiymətləndirmişik.
Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü əlavə edib: Həmişə həm milli, həm digər mediada, həm də virtual məkanlarda media baxışının vacibliyini vurğulamışam. Bu baxış proqramlara daxil edilməsə, hövzənin böyük sərvətləri kənarda qalır.

Ayətullah Ərafi qeyd edib: Bütün hövzə fəaliyyətləri media baxımından və bu fəaliyyətlərin mediada əks olunması ilə müşayiət olunmalıdır. Bu, İslam biliklərinin və dini düşüncənin media və virtual mühitdə təzahürünü təmin edən geniş strateji bir yanaşmadır və bütün hövzə fəaliyyətlərinə təsir edir.

Ayətullah Ərafi əlavə edib: Biz ‘Bəlğe Mubin' (aydın təbliğat) kimi bəyan edirik. Bu isə, hövzənin bütün işlərinin media yönümlü, mesajı çatdıran və məzmunu əks etdirən şəkildə həyata keçirilməsini tələb edir. Bu yanaşma bütün fəaliyyətləri transformasiya edə bilər.

Ayətullah Ərafi vurğulayıb: Bu nümayiş və mediaya diqqət bütün fəaliyyətlərdə nəzərə alınmalı, yollar, xəritələr, təlimlər və proqramlar buna uyğun planlaşdırılmalıdır.

O qeyd edib: Milli media İslam biliklərini dəqiq elmi və fiqhi əsaslara söykənən infrastrukturu ilə qəbul etməli və əks etdirməlidir. Bu yanaşma artıq mövcuddur və vəzifəmiz odur ki, müəyyən qaydalar çərçivəsində tələbləri və tənqidləri mediaya çatdıraraq düzəliş və izah edilməsini təmin edək.

Ayətullah Ərafi əlavə edib: Milli medianın qurumlardan lazımi tələb və sorğu aparması da vacibdir. Bu, həm qarşıdurmaları idarə etməyə, həm də xalqın ehtiyac və problemlərini əks etdirməyə, icraedici sahədəki zəiflikləri müəyyən etməyə imkan verməlidir.

O, həmçinin qeyd edib: İran xalqı, dövlət və hövzə ilə əlaqələri gücləndirmək önəmlidir. Dr. Cəbəli qeyd etdiyi kimi, bir anlaşma sistemi formalaşıb ki, bu da dəqiq prioritetləşdirmə və əlavə tədbirləri tələb edir. Bunun üçün güclü kadrlar və fikir istehsalı lazımdır.

Ayətullah Ərafi nəzəri biliklərin auditoriyaya çatdırılması üçün vasitəçi nəzəriyyələrin əhəmiyyətinə toxunaraq deyib: Şəhid Mütəhhəri vasitəçi nəzəriyyələrə diqqət yetirirdi. Biliklər düzgün işlənməli və müasir yanaşma ilə təqdim olunmalıdır.

Ayətullah Ərafi çıxışını İslam biliklərinin düzgün işlənməsi və media imkanlarından səmərəli istifadə olunmasının əhəmiyyətini vurğulayaraq yekunlaşdırıb və bildirib: Bu yol planlaşdırma, təlim və davamlı əməkdaşlıq tələb edir ki, praktik və təsirli nəticələr əldə olunsun və İslam elmləri bu günün nəsli ilə paylaşılmış olsun.

 Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha