cümə axşamı 15 yanvar 2026 - 15:48
Biz qlobal imperializmə qarşı mübarizə aparırıq və heç vaxt geri çəkilməyəcəyik. Əli (ə) şiəsi və Hüseynçi olmağmız iqtisadi və hərbi imperializmə qarşı həmrəyliyimizin təməlidir

Hövzə / Qum şəhər sakinlərinin toplandığı tədbirdə çıxış edən Ayətullah Əraki, Əli (ə) şiəsi və Hüseynçi kimliyinə sadiqlikdən danışaraq, iqtisadi və hərbi imperializmə qarşı möhkəm dayanmağın vacibliyini vurğuladı. O, həmçinin ölkə rəhbərlərinə müraciət edərək xalqın sosial və maddi rifahının təmin olunması üçün ciddi tədbirlər görmələrinin zəruriliyini qeyd etdi.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Qum şəhərində xalqın genişmiqyaslı yürüşü dövlət və Ali Rəhbərə dəstək vermək, həmçinin son qarışıqlıqları qətiyyətlə pisləmək məqsədilə keçirilmişdir. Bu geniş toplantıda Qum Elmi Hövzənin Ali Şurasının üzvü Ayətullah Əraki, xalqın möhtəşəm iştirakını qeyd etdikdən sonra bir neçə əsas istiqamət üzrə siyasi, dini və iqtisadi mesajlarını çatdırdı.

Ayətullah Əraki yürüşdə iştirak edən şəhər sakinlərinə  istinad edərək deyib: Bu böyük milləti təbrik etmək lazımdır. Onlar Hüseynçi olmaqlarına və Əhli-beyt ilə bağladıqları əhdə sadiq qalaraq bu gün də möhkəm dayanırlar.

O əlavə etdi: Xalqın bu möhtəşəm iştirakı Qum cəmiyyətinin İslam İnqilabının prinsipləri ilə möhkəm bağlılığını göstərir və xalq öz dəstəyinin dövlət və Ali Rəhbər üçün necə qətiyyətli olduğunu bir daha təsdiqləyir.

Ayətullah Əraki qeyd etdi ki, bütün küçələrdə xalq, ölkədaxili casusların, ABŞ və İsrailin qanlı siyasətinin, eləcə də satqınların törətdiyi qarışıqlıqlara qarşı nifrətini nümayiş etdirdi. Bu şəxslər, xalqın ibadət məkanı olan məscidlər, Qurani-Kərim və imamzadələrə zərər vermişdir.

O vurğuladı: Bu gün millətin sözü budur ki, biz Hüseyçi kimliyimizə sadiqik və İslam İnqilabının Ali Rəhbəri Ayətullah İmam Xameneinin rəhbərliyinə itaət edirik. Bu sadiqlik Allah və onun peyğəmbəri ilə bağladığımız əhdin təzahürüdür.

Şiəliyin iki əsas xüsusiyyəti

Ayətullah Əraki bildirdi: Şiəliyin birinci xüsusiyyəti Allah ilə sıx əlaqəyə sahib olmaqdır. Şəhidlərin fədakarlıqları bu prinsipi ən yaxşı şəkildə göstərir. Şəhidlər İran xalqının üzərində böyük haqları var. Buna görə onların ailələrinə hörmət göstərilməli və fədakarlıqları qiymətləndirilməlidir.

O, daxili və xarici təhlükələr qarşısında hüquq-mühafizə orqanları, silahlı qüvvələr, məhkəmə və digər idarəedici strukturların roluna diqqət çəkərək əlavə etdi: Şiə məzhbinə sahib olan xalqımız tarix boyunca hər zaman dövlətin yanında dayanmışdır.

Ayətullah Əraki sözlərinə davam edərək bildirdi: Şiə məzhəbinin ikinci xüsusiyyəti isə düşmənə təslim olmamaqdır. Kafirlərin qarşısında əyilmirik və mübarizədən geri çəkilmirik, lakin imanlı və qəlbləri Allah sevgisi ilə dolu olan insanlara qarşı təvazökar və mülayim oluruq. Bu keyfiyyətlər şəhid Qasim Süleymani və bütün əziz döyüşçülərimizin əməlində açıq şəkildə görünür.

O vurğuladı: Biz hələ də imperializmə qarşı mübarizə aparırıq. Düşmənlər dövlətimizə qarşı bütün iqtisadi vasitələrdən istifadə edirlər. Lakin bu gün xalqın meydandakı möhtəşəm iştirakı bir daha göstərdi ki, bizim düşmənimiz öz iqtisadi təzyiqlərinə baxmayaraq yenədə məğlub oldular.

Ayətullah Əraki sözlərini belə davam etdirdi: Biz öz dövlət məmurlarımıza inanırıq. Bilirik ki, onlar mömin və iman əhlidirlər. Lakin onlardan xahiş edirik ki, iqtisadi problemləri daha sürətlə həll etmək, qiymətləri endirmək və xalqın yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün daha çox səy göstərsinlər. Məqsədimiz budur ki, bütün xalq İslam Respublikasının çərçivəsində nisbətən rifah dolu həyat yaşasın.

O əlavə etdi: Qum şəhərinin sakinləri bir daha, Allah, Peyğəmbər və İmam Hüseynə (ə) bağlılığlarını göstərdi. Şiə və Hüseynçi kimliyi həmişə qələbə qazanır və heç vaxt sarsılmır. Biz bilirik ki, qlobal imperializmə qarşı mübarizədəyik və geri çəkilməyəcəyik. Bu, bizim kimliyimizin göstəricisidir və əminik ki, bütün cəbhələrdə qalib gələcəyik.

Ayətullah Əraki vurğuladı: İslam dövləti xalqın dəstəyinə, İslam hökumətə və ictimai iradəyə əsaslanır və bu xalq İslam, Qurani-Kərim, Peyğəmbər (s) və İran İslam Respublikasına sadiq və möhkəm bağlıdır.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha