Hövzə Xəbər Agentliyinin məlumatına görə «İdeal cəmiyyətə doğru» məhdəviyyət mövzuları adlı məqalələr silsiləsi İmam Zaman (ə.f) ilə bağlı bilgi və maarifin yayılması məqsədilə siz dəyərli oxucuların diqqətinə təqdim olunur.
Görəsən kiçik qeybət dövrünün sonu və böyük qeybət dövrünün başlanğıcı ilə "imamət məqamı" sona çatdımı? Ya bu məsələ İmam Məhdinin (ə) zühurundan sonra yenidən ortaya çıxacaq və imamət məqamı davam edəcəkmi?
İmamət məqamı ilahi və sarsılmaz bir məqamdır və bu vəzifədə fasiləsiz olaraq və hər zaman və dövrdə mövcuddur. Bu məqam və vəzifə, Məhəmməd Peyğəmbərin (s) dövründən yaranıb və bu zamana kimi davam etməkdədir. Dünya mövcud olduğu müddətcə də davam edəcək. Əmirəl-möminin (ə) buyurduğu kimi:
(Nəhcül-Bəlağa, Hikmət 147)
لَا تَخْلُو الْأَرْضُ مِنْ قائِم لِلهِ بِحُجَّهٍ؛ إِمَّا ظَاهِراً مَشْهُوراً، أَوْ خَائِفاً مَغْمُوراً، لِئَلَّا تَبْطُلَ حُجَجُ اللهِ وَبَیِّناتُهُ. (نهجالبلاغه، حکمت ۱۴۷)
Yer üzü Allah üçün höccət və hidayətçi olan bir Qaimdən heç vaxt boş qalmayacaq. Allahın dəlilləri və aydın sübutları batil olub yox olmasın deyə, bu Qaim ya aşkar və məşhur, ya da gizli və qorxulu olar.
Hər kəs üçün vacibdir ki, imamət məqamını tanısın və ona iman gətirsin. Hər zaman və hər yerdə insanlar yalnız bu məqama itaət etməlidirlər.
Hər kəsin öz həyatında və bütün işlərində hansı sistemə tabe olduğunu və hansı hakimiyyətə itaət etdiyini aydın şəkildə müəyyənləşdirməsi zəruridir. İnsan bilərək müəyyən etməlidir ki, Allahın hakimiyyətinə tabe olan bir mömin, yoxsa tağutun hakimiyyətini qəbul edən bir şəxsdir.
Təəssüf ki, əksər müsəlmanlar bu mühüm məsələyə kifayət qədər diqqət yetirməyib, “vilayət” anlayışının mahiyyətini dərk etməmiş və onun əsas xüsusiyyəti olan itaətdən xəbərsizdirlər. Hətta dini baxımdan çox təqvalı və məsuliyyətli olan şəxslər belə, yalnız bir sıra ibadət və vacibatı yerinə yetirmək, haramdan çəkinməklə kifayətlənirlər.
Şiə məzhəbinə görə, imamət məqamı daimidir və fasiləsizdir. Hər zaman və bütün şəraitlərdə, şəri hökmlərə tabe olmaq əsas dini vəzifə hesab olunur.
Hakimiyyət yalnız Allaha məxsusdur:
«إِنِ الْحُکْمُ إِلَّا لِلّٰهِ.»
(Höküm yalnız Allaha məxsusdur.)
Yalnız Allah ibadət edilməli və ona itaət edilməlidir. İtaət saf və təmiz şəkildə yalnız ona olmalı və insanlar onun hakimiyyəti qarşısında təslim olduqlarını göstərməlidirlər:
«أَمَرَ أَلَّا تَعْبُدُوا إِلَّا إِیَّاهُ.»
(Siz yalnız ona ibadət edin.)
Düz və doğru din budur:
«ذَلِکَ الدِّینُ الْقَیِّمُ.» (سوره یوسف، آیه ۴۰)
(Yusuf surəsi, 40)
(Bu isə doğru və sabit dindir.)
İmamət məqamı, yəni Allahın hakimiyyəti, on iki İmam (ə) mövcud olduğu dövrlərdə qəsbkarlar onların rəsmi işlərinə müdaxilə etməsinə, və ya böyük qeyb dövründə imam Zaman (ə) qeybətdə olub-olmamağına baxmayaraq onun hökmünə tabe olmaq və onun hakimiyyəti altında yaşamaq və digər hakimiyyətləri qəbul etməmək deməkdir. Buna görə də hər bir müsəlman yalnız imamət məqamına tabe olmalıdır.
Çünki imamət məqamına inanmaq, Allahın birliyinə, onun hakimiyyətinə və haqqın hakimiyyətinə inanmaqla sıx bağlıdır. Hər kəs öz dövründəki İmamını tanımadan ölsə, cahiliyyət dövründə ölmüş kimidir, deyə Peyğəmbər (s) buyurmuşdur:
«مَنْ مَاتَ وَلَمْ یَعْرِفْ إِمَامَ زَمَانِهِ مَاتَ میْتَهً جَاهِلِیَّهً.» (بحارالانوار، ج ۳۲، ص ۳۲۱)
Hər kəs öz zəmanəsinin İmamını tanımadan ölsə, sanki cahiliyyət dövründə olan adam kimi ölmüşdür (Biharul-Ənvar, c.32, s.321)
Çünki başqa hakimiyyətə itaət, həm düşüncə, həm də əməl baxımından bir növ şirktir. İmam Sadiq (ə) buyurur:
«لَا دِینَ لِمَنْ دَانَ اللهَ بِوِلایَهِ إِمَامٍ جَائِرٍ لَیْسَ مِنَ اللهِ.» (کافی، ج ۱، ص ۳۷۵)
«Kim Allahı, Allah tərəfindən olmayan zülmkar bir başçının vasitəsilə tanıyarsa, onun dini yoxdur.»
(Kafi, c.1, s.375)
Bu hədislərdən aydın olur ki, imamət məqamı məhdud deyil, fasiləsiz və əbədidir vətəkcə imamın iştirakı ilə bağlı deyil. O, hər zaman mövcud olmuş və heç vaxt dayandırılmamışdır.
Bu mövzuların ardı var…
Mətn: Ayətullah Safi Gülpayiqaninin əsəri olan “İmamət haqqında on sualın cavabı” kitabından, müəyyən dəyişikliklərlə..
Rəyiniz