Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, elmi hövzələrin “Bəlağe Mubin” hibrid müharibə qərargahının 17 nömrəli bəyanatında amerikalılar, uşaq istismarçısı və cinayətkar Tramp tərəfindən danışıqlar barədə xəbərlərin yayılmasına toxunaraq, təbliğatçılar, mədəniyyət və media fəallarından xalqa bəzi məsələlərin izah edilməsini xahiş edib. Qərargah bildirib ki, İran İslam Respublikası iki dəfə danışıqlar yolunu sınaqdan keçirib, lakin hər iki halda Amerika tərəfi danışıqlar zamanı sionist rejimin iştirakı ilə İrana hücum etmiş, başqa sözlə desək, danışıqlar masasını bombalamış, bununla da heç bir halda etibarlı olmadığını və olmayacağını göstərmişdir.
Ölkənin siyasi axınları arasında “danışıqlara bəli, müharibəyə yox” ikiliyini yaratmaqla ixtilaf və parçalanma yaratmaq, inqilabçı, ayıq-sayıq və zamanın tələblərini anlayan xalq arasında ruh düşkünlüyü toxumu səpmək və onların meydanlardakı iştirakını zəiflətmək, eləcədə sionist rejimin iştirakı ilə hərbi əməliyyat çərçivəsində digər addımların həyata keçirilməsi üçün aldatma və həmçinin çaşdırma yaratmaq Trampın digər üsul və uğursuz cəhdlərindəndir ki, “Bəlağe Mubin” qərargahı bunlara dair xəbərdarlıq etmişdir.
Elmi hövzələrin “Bəlağe Mubin” qərargahının bəyanatının mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
Ölkənin həssas şəraiti və danışıqlar mövzusunun ikiqat əhəmiyyəti nəzərə alınaraq, eləcə də amerikalılar və Tramp tərəfindən danışıqlar barədə xəbərlərin yayılmasının ardınca zəruridir ki, ölkə üzrə bütün təbliğatçılar, mədəniyyət fəalları və media sahəsinin nümayəndələri aşağıdakı məqamlara diqqət yetirsinlər:
1- Amerika tərəfi ilə heç bir danışıqlar mövcud olmayıb və yoxdur. İran İslam Respublikası iki dəfə danışıqlar yolunu sınaqdan keçirmiş, lakin hər iki halda Amerika tərəfi danışıqlar zamanı sionist rejimin iştirakı ilə İrana hücum etmiş və belə demək mümkünsə, danışıqlar masasını bombalamış, bununla da heç bir halda etibarlı olmadığını və olmayacağını göstərmişdir.
2- Bu günlərdə amerikalılar tərəfindən irəli sürülən məsələ yalnız bəzi qonşu ölkələr vasitəsilə ötürülən mesajlara əsaslanır və bu, danışıqların davam etməsi anlamına gəlmir.
3- Əsas fərziyyə budur ki, Amerika hazırkı mərhələdə danışıqlar mövzusunu gündəmə gətirməklə aşağıdakı məqsədləri həyata keçirməyə çalışır:
a: İnqilabçı xalq arasında ruh düşkünlüyü yaratmaq və ayıq-sayıq, zamanın tələblərini anlayan xalqın meydanlardakı şüurlu və coşqulu iştirakını zəiflətmək
b: “Danışıqlara bəli, müharibəyə yox” ikiliyini yaratmaqla siyasi axınlar arasında ixtilaf və parçalanma yaratmaq
c: Sionist rejimin iştirakı ilə hərbi əməliyyat çərçivəsində digər addımların həyata keçirilməsi üçün aldatma və çaşdırma yaratmaq
4- İranın tələbləri həyata keçirilməyincə, heç bir danışıqların mövcud olmadığı xüsusi məsələ xalqa izah edilməlidir
Xalq, məsul şəxslər və silahlı qüvvələr güclü və qüdrətli şəkildə meydandadır və düşmənin məğlubiyyətinədək geri çəkilməyəcəklər.
Rəyiniz