çərşənbə axşamı 31 mart 2026 - 18:09
Ayətullah Ərafi Moskva və bütün Rusiyanın Patriarxı Kirillə məktubunda ABŞ və sionist rejiminin insanlıq əleyhinə cinayətlərini pisləməyə çağırıb

Ayətullah Ərafi Moskva və bütün Rusiyanın Patriarxı Kirillə məktub yazaraq ABŞ və sionist rejimin insanlıq əleyhinə törətdiyi cinayətlərin qətiyyətlə pislənməsinə çağırış etmişdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Ayətullah Ərafi din və məzhəblər üzrə ofisi, həmçinin dini təhsil ocaqlarının beynəlxalq əlaqələr üzrə müavini vasitəsilə Moskva və bütün Rusiyanın Patriarxı Kirillə ünvanladığı məktubda yüksək İslam aliminin şəhadəti və Minab şəhərində yerləşən tam orta məktəbin bombalanması ilə bağlı dərin hüzn və təəssüf hisslərini ifadə etmiş, ABŞ və sionist rejimin insanlıq əleyhinə törətdiyi cinayətlərin qətiyyətlə pislənməsinə çağırış etmişdir.
Elmi hövzələrin rektoru məktubunda qeyd etmişdir ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin düşmən qüvvələr tərəfindən qəsdən hədəfə alınması bütün ilahi dinlərə qarşı açıq hörmətsizlik olmaqla yanaşı, dünya dini liderləri üçün də ciddi təhlükə mənbəyidir. O, Pravoslav Kilsəsinin ruhani rəhbəri Patriarx Kirilldən sözügedən cinayəti qətiyyətlə pisləməsini, Minab şəhərində günahsız uşaqların qətlə yetirilməsinə münasibətdə humanist mövqe sərgiləməsini, həmçinin dini liderlərin hədəfə alınmasının doğurduğu təhlükələr barədə beynəlxalq ictimaiyyəti xəbərdar etməsini xahiş etmişdir.


Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha