Ayətullah Məhəmməd Məhdi Şəbzendedar Qum şəhərində axşam saatlarında keçirilən xalq toplantılarında iştirak edib və Şəhid Ayətullah Səduqi (r) adına olan küçələdə qurulan xeyməyə baş çəkdikdən sonra Hövzə Xəbər Agentliyinin müxbiri ilə söhbətində, dəyərlərin müdafiəsi və xidmət sahəsində iştirak edən bütün insanlara səmimi təşəkkürünü bildirib. O qeyd edib ki, bu xalqın xidmətləri təqdirəlayiqdir və uca Allah öz lütfü ilə bu xidmətləri həzrət İmam Zamana (ə) xatir qəbul etsin
Elmi hövzələrin Ali Şurasının katibi xalqın ölkə, dövlət və rəhbərliyə dəstəyinə toxunaraq bu həmrəyliyi ilahi yardımın əsas amillərindən biri kimi qiymətləndirərək əlavə edib: Mərhum İmam Xomeyninin (r) və şəhid Ayətullah Seyid Əli Xameneinin xatirəsi, eləcə də bu yolun davam etdirilməsi düşmənlər qarşısında müqavimət göstərməyi daha da gücləndirir.
Ali-İmran surəsinin 200-cü ayəsində uğur və nicatın dörd əsas amili
Qum Elmi hövzəsinin Müəllimlər Birliyinin üzvü çıxışında Qurani-Kərimin
«یَا أَیُّهَا الَّذِینَ آمَنُوا اصْبِرُوا وَصَابِرُوا وَرَابِطُوا وَاتَّقُوا اللَّهَ لَعَلَّکُمْ تُفْلِحُونَ
“Ey iman gətirənlər! Səbir edin, (düşmənə qarşı) möhkəm olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Ali İmran, 200) ayəsinə istinad edərək bu ayədə göstərilən dörd əsas amili izah edib.
O bildirib ki, birinci amil fərdi səbirdir. Səbr edin yəni, (“اصبروا”) insanın çətinliklər qarşısında dözümlü və möhkəm olmasıdır və bu, digər amillərin əsasını təşkil edir.
Ayətullah Şəbzendedar “صابروا” ifadəsinin iki məna daşıdığını qeyd edib: birincisi, geri çəkilməyən düşmən qarşısında müqavimət göstərmək, ikincisi isə cəmiyyətin bütün təbəqələrinin çətinliklər qarşısında kollektiv səbir nümayiş etdirməsidir.
Məsum İmamla mənəvi bağlılığın zəruriliyi
O, hədislərə əsaslanaraq “رابطوا” sözünü Məsum İmamla (ə) mənəvi əlaqə və istimdad kimi izah edərək vurğulayıb ki, İmam Məhdidən (ə.f) yardım diləmək və onu şəfaətçi qərar vermək bu bağlılığın əsas şərtlərindəndir.
Elmi hövzələrin Ali Şurasının katibi təqvanın müxtəlif təzahürlərinə də toxunaraq bildirib: vVzifələrin düzgün yerinə yetirilməsi, ictimai məsələlərdə düzgün mövqe seçmək, eləcə də ehtikar və süni bahalaşma kimi hallardan çəkinmək təqvanın nümunələrindəndir. Hətta çətin şəraitdə yüksək qazancdan imtina etmək də bu əxlaqcasına yanaşmanın bir hissəsidir.
O, Ayətullah Seyid Hüseyn Bürucerdinin qıtlıq illərində şəxsi mirasından əldə etdiyi vəsaiti buğda və çörəyə çevirərək xalqa paylamasını sosial məsuliyyət və təqvanın praktik nümunəsi kimi xatırladıb.
Yolun qətiyyətlə davam etdirilməsinə çağırış
Ayətullah Şəbzendedar sonda İslam İnqilabı rəhbərlərinin müəyyən etdiyi yolun davam etdirilməsinin vacibliyini vurğulayaraq bildirib: Bu yol möhkəmliklə, səbir və bəsirətlə davam etdirilməli, çünki məhz bu amillər qələbənin açarıdır.
Xəbərin sonu
Rəyiniz