bazar ertəsi 15 iyun 2026 - 19:06
İslam cəmiyyəti hazırda sivilizasiya xarakterli bir mübarizənin mərkəzində yer alıb

Hövzə | Camiətüz-Zəhra (s.ə) Universitetinin direktoru vurğulayıb ki, universitetdə bütün fəaliyyətlər, eləcə də inzibati işlər belə insan tərbiyəsi və Əhli-Beyt (ə) maarifinin yayılmasına xidmət edir və bunun təsirləri həm ölkə daxilində, həm də beynəlxalq miqyasda görünür.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, texnologiya sahəsi üzrə bir qrup qadınların iştirakı ilə keçirilən görüş Camiətüz-Zəhra (s.ə) Universitetinin direktoru, doktor Zəhra Burqei ilə baş tutub.

Görüşdə texnologiya sahəsi üzrə qadınlar komandasının illik fəaliyyətləri, eləcədə proqram və əldə etdiyi nailiyyətlər barədə hesabat təqdim olunub. Həyata keçirilən işlərin gedişi nəzərdən keçirilib, həmçinin qadınların texnoloji fəaliyyətlərinin inkişafı üçün imkanlar, mövcud potensial və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Camiətüz-Zəhra (s.ə) Universitetinin direktoru Zəhra Burqei bu görüşdə vəzifələrin icrasında məsuliyyət hissinin əhəmiyyətinə toxunaraq bildirib: Şəhid Ayətullah Seyid Əli Xamenei daim vurğulayırdı ki, harada işləyirsinizsə, elə hiss edin ki, ora dünyanın mərkəzidir. Bu baxış peyğəmbərlərin və ilahi övliyaların təlimlərindən qaynaqlanır və insana hər bir məsuliyyəti dəqiq, gözəl və ixlasla yerinə yetirməyi öyrədir.

O, Peyğəmbərin (s) həyat tərzindən nəql olunan rəvayətlərə istinad edərək əlavə edib ki, İslam təlimlərində işlərin dəqiq və möhkəm şəkildə görülməsi xüsusi şəkildə vurğulanır və bu yanaşma bütün xidmət sahələrində nəzərə alınmalıdır.

Camiətüz-Zəhra (s.ə) Universitetinin direktoru texnologiya sahəsi üzrə qadınların fəaliyyətlərini yüksək qiymətləndirərək qeyd edib ki, bütün fəaliyyətlər çox gözəldir, lakin bəzi xidmətlərin fərqi onların təsir dairəsinin genişliyindədir. Bu müəssisədə həyata keçirilən xidmətlər son nəticədə insan resurslarının yetişdirilməsinə və Əhli-Beyt (ə) maarifinin təbliğinə xidmət edir və onların təsiri gələcəkdə daha geniş şəkildə özünü göstərəcək.

 Zəhra Burqei Camiətüz-Zəhra (ə) Universitetinin geniş imkanlarına toxunaraq bildirib ki, bu gün Camiətüz-Zəhra (s.ə) Universitetinin on minlərlə məzunu və hazırda təhsil alan minlərlə tələbəsi var. Bu universitetdə hər hansı xidmət İran və dünyanın müxtəlif ölkələrində təsir və dəyişiklik yarada bilər.

O, xaricdə fəaliyyət göstərən məzunlardan nümunələr gətirərək qeyd edib ki, müxtəlif səfərlərində İndoneziya və Pakistan kimi ölkələrdə bu məzunların geniş mədəniyyət və təlim-tərbiyə sahələri üzrə fəaliyyətlər göstərdiyini müşahidə edib. Onlardan bəziləri İndoneziyada təhsil mərkəzləri, uşaq bağçaları və xeyriyyə fondları yaradaraq həm təhsil xidmətləri göstərir, həm də Qurani-Kərim və Əhli-Beyt (ə) maarifinin ötürülməsi üçün şərait yaradıblar.

Camiətüz-Zəhra Universitetinin direktoru çıxışının davamında bildirib ki, Pakistan və digər ölkələrdə bu universitetin məzunlarının səyi ilə bir çox dini elmi hövzələr formalaşıb və həmin hövzələrdə minlərlə tələbə təhsil almaqdadır. Bu səbəbdən Camiətüz-Zəhra Universitetində xidmət göstərən bütün şəxslər bu geniş fəaliyyətlərin nəticə və bərəkətində zəhmətləri var.

O, həmçinin şəhid Ayətullah Seyid Əli Xameneinin Camiətüz-Zəhra Universitetinə verdiyi xüsusi diqqətinə toxunaraq qeyd edib ki, bu universitetin fəaliyyətləri barədə hər dəfə şəhid Ayətullah Seyid Əli Xameneiyə məlumat təqdim olunduqda, o xüsusi diqqət və maraqla bu universiteti xatırlamış, onu qadın tələbələrin rol oynaması üçün ümidverici bir imkan kimi qiymətləndirmişdir.

Zəhra Burqei çıxışının digər hissəsində özünəinamın zəruriliyini vurğulayaraq deyib ki, bu universitetdə çalışan heç bir əməkdaş öz rolunu kiçik hesab etməməlidir. Çünki istənilən hər hansı bir fəaliyyət, o cümlədən inzibati və texniki işlər belə, mədəni, sosial, təhsil və tərbiyə sahələrində təsirli kadrların yetişdirilməsinin böyük zəncirinin bir hissəsidir.

O, bu gün İslam cəmiyyətinin mədəni və sosial baxımdan bir sivilizasiya və mədəniyyət mübarizəsi içində olduğunu bildirərək qeyd edib ki, düşmən müxtəlif vasitələrdən istifadə edərək dini, mədəni və əxlaq dəyərlərini zəiflətməyə çalışır. Belə bir şəraitdə cəmiyyətin bütün sahələri mədəni və ideoloji cəbhənin gücləndirilməsində rol oynamalıdır.

Zəhra Burqei əlavə edib ki, necə ki, müharibə meydanında arxa cəbhə və təminat mühüm əhəmiyyət daşıyır, eyni şəkildə mədəni sahədə də imanlı və inanclı insanların yetişməsi üçün şəraitin yaradılması mühüm və dəyərli məsuliyyətdir.

O, “bərəkət” anlayışına toxunaraq bildirib ki, əsas məsələ yalnız maddi imkanlar deyil, ilahi bərəkətdir. Ömür, zaman, imkan və nəsildə bərəkət insanın fəaliyyətlərinə davamlı və dərin təsir göstərə bilər.

Zəhra Burqei vurğulayıb ki, tarix boyu bir çox elmi və mədəni xidmətlərin davamlılığı məhz ilahi bərəkətin nəticəsidir və insan daim Allahdan öz həyat, zaman, imkan və nəslinə bərəkət verməsini diləməlidir.

Camiətüz-Zəhra Universitetinin direktoru sonda dini təhsil almış qadın tələbələrin fəaliyyətlərini yüksək qiymətləndirərək bütün xidmətçilərə uğur, müvəffəqiyyət və bu yolda sabitqədəmlik arzulayıb.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha