çərşənbə 17 iyun 2026 - 10:17
Məhdəviyyət mövzuları (57) | Həzrət Məhdinin (ə.f) əlyazma məktubları

Hövzə / Məsələlərin müəyyənləşdirilməsi və şübhələrin aradan qaldırılmasının yollarından biri həzrət Məhdinin (ə.f) etibarlı şəxslərə yazdığı təvqiələrdən və əlyazma məktublarından istifadə etmək və onların göstərişlərindən bəhrələnməkdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” adlı məhdəviyyət mövzuları həzrət Məhdi (ə.f) ilə bağlı təlim və maarifin yayılması məqsədilə dəyərli oxuculara təqdim olunur.

Həzrət Məhdinin (ə.f) (təqviləri) məktubları 

Şübhəsiz ki, yer üzü heç vaxt ilahi höccətdən boş qalmamışdır və hər zaman insanlar arasında höccətin tamamlanması, eləcə də ilahi hökmlərin bəyanı və izahı üçün bir məsum mövcud olmuşdur. Həzrət Məhdinin (ə.f) qeybəti dövründə isə o, zahirən insanlar və cəmiyyətlər arasında tanınmış şəkildə olmasa da, bununla belə, o həzrətin xeyir-bərəkəti daim insanlara yetişməkdədir.

Məsələlərin müəyyənləşdirilməsi və şübhələrin aradan qaldırılmasının yollarından biri də o həzrətin göstərişlərindən istifadə etmək və etibarlı şəxslərə yazdığı məktublar və göstərişlərdən faydalanmaqdır.

Təvqi nədir?

Təvqi — haşiyə yazısı mənasını verir və istilahda xilafət və padşahların müxtəlif şəxslərə yazdığı göstəriş və məktublara deyilir. Şiə alimlərinin kitablarında isə qeybət dövründə İmam Məhdi (ə.f) tərəfindən şiələrə ünvanlanan məktub və göstərişlərə “təvqi” deyilir və burada nəzərdə tutulan da məhz budur.

Təvqiələrin növləri

İmam Məhdinin (ə.f) təvqiələri iki hissəyə bölünür:

a) Kiçik qeybət dövrünün təvqiələri

Məhdud Kiçik Qeybət dövründə dörd naib (Osman ibn Səid, Məhəmməd ibn Osman, Hüseyn ibn Ruh və Əli ibn Məhəmməd Səməri) vasitəsilə sual və şübhələrə cavab olaraq təvqiələr göndərilirdi. Bu təvqiələrin əsas məzmunu şiələr üçün vəzifələrin müəyyən edilməsi idi və həzrət İmam Zaman (ə) onları çaşqınlıqdan xilas etməyə çalışırdı.

b) Böyük qeybət dövrünün təvqiələri

Böyük qeybət dövründə şiələrlə o həzrət arasında əlaqə birbaşa deyil, dolayısı ilə mövcuddur və bu əlaqə yollarından biri də bəzi xüsusi şəxslərə və şiə böyüklərinə ünvanlanan şərif təvqiələrdir. Bu dövrün təvqiələrində iki mühüm məqam mövcuddur:

Belə təvqiələr yalnız zərurət hallarında açıqlanır və hər kəs onların məzmununa çıxış əldə edə bilməz.

Şübhələrin cavablandırılması, şəxslərin dəyərləndirilməsi, dövrün məsələlərinin təhlili və s. bu təvqiələrin əsas mövzularındandır.


Həzrət Məhdinin (ə.f) təvqiələri öz mübarək xətti ilə olubmu?

Cavab budur ki, bütün təvqiələri Həzrətin öz xətti ilə hesab etmək də, hamısını inkar etmək də doğru deyil. Bəzi alimlərin fikrincə, bəzi təvqiələr həzrət İmam Zamanın (ə.f) öz mübarək xətti ilə yazılmışdır və hətta o xətt dövrün yaxın səhabələri və alimləri arasında tanınmışdı və onlar onu yaxşı tanıyırdılar. Bu iddianı təsdiqləyən dəlillər də mövcuddur.

Məsələn, İshaq ibn Yəqub deyir:
 

«سألت محمد بن عثمان العمری أن یوصل لی کتاب قد سألت فیه عن مسائل أشکلت علی فوقع التوقیع بخط مولانا صاحب الدار.»
(Biharül-Ənvar, c. 51, s. 349)

Mənə çətin olan məsələlər barədə məktub yazdım və onu Məhəmməd ibn Osman vasitəsilə İmam Məhdiyə (ə.f) göndərdim. Cavab isə həzrət İmam Zamanın (ə.f) öz mübarək xətti ilə gəldi.

Digər tərəfdən, bəzi dəlillərə əsasən, bütün təvqiələrin İmam Məhdinin (ə.f) öz xətti ilə olmadığı qənaəti də mövcuddur.

Misal olaraq Əbu Nəsr Hibatullah deyir:

«وَکَانَتْ تَوْقِیعَاتُ صَاحِبِ الْأَمْرِ عَلَیْهِ السَّلَامُ تَخْرُجُ عَلَی یَدِ عُثْمَانَ بْنِ سَعِیدٍ وَابْنِهِ أَبِی جَعْفَرٍ مُحَمَّدِ بْنِ عُثْمَانَ إِلَی شِیعَتِهِ ... بِالْخَطِّ الَّذِی کَانَ یَخْرُجُ فِی حَیَاةِ الْحَسَنِ عَلَیْهِ السَّلَامُ.»
(Biharül-ənvar, c. 51, s. 346)

Həzrət Sahibəz-Zəmanın (ə.f) təvqiələri Osman ibn Səid və onun oğlu Əbu Cəfər Məhəmməd ibn Osman vasitəsilə şiələrə çatdırılırdı və həmin yazılar İmam Həsən Əsgəri (ə) dövründə istifadə olunan xətt ilə eyni idi.

Məzmunu

Həzrət Məhdinin (ə.f) təvqiələrində olan sözlər və göstərişlər müxtəlif mövzu və xüsusiyyətlərə malikdir. Onlardan bəziləri aşağıda qeyd olunur:

Böyük qeybət və zühur əlamətləri

Həzrət Əli (ə) ibn Məhəmməd Səməriyə buyurur:

«فَقَدْ وَقَعَتِ الْغَیْبَةُ الثَّانِیَةُ فَلَا ظُهُورَ إِلَّا بَعْدَ إِذْنِ اللَّهِ عَزَّ وَجَلَّ وَذَلِکَ بَعْدَ طُولِ الْأَمَدِ وَقَسْوَةِ الْقُلُوبِ وَامْتِلَاءِ الْأَرْضِ جَوْراً.»
(Kəmalüddin, c. 2, s. 516)

Bu mətndə ikinci qeybətin başlandığı, zühurun yalnız Allahın izni ilə mümkün olacağı, bunun isə uzun müddət, qəlblərin sərtləşməsi və yer üzünün zülmlə dolmasından sonra baş verəcəyi bildirilir.

Şiələrin vəziyyəti barədə məlumat

Həzrət Şeyx Müfidə yazır:

«فَإِنَّا یُحِیطُ عِلْمُنَا بِأَنْبَائِکُمْ وَلاَ یَعْزُبُ عَنَّا شَیْءٌ مِنْ أَخْبَارِکُمْ وَمَعْرِفَتُنَا بِالزَّلَلِ الَّذِی أَصَابَکُمْ مُذْ جَنَحَ کَثِیرٌ مِنْکُمْ إِلَی مَا کَانَ السَّلَفُ الصَّالِحُ ... إِنَّا غَیْرُ مُهْمِلِینَ لِمُرَاعَاتِکُمْ وَلاَ نَاسِینَ لِذِکْرِکُمْ وَلَوْلاَ ذَلِکَ لَنَزَلَ بِکُمُ اللَّأْوَاءُ وَاصْطَلَمَکُمُ الْأَعْدَاءُ فَاتَّقُوا اللَّهَ جَلَّ جَلاَلُهُ.»
(Biharül-ənvar, c. 53, s. 174)
İmam (ə.f) buyurur ki, biz sizin bütün vəziyyətinizdən xəbərdarıq, heç bir şey bizdən gizli deyil. Biz sizi nəzarətsiz buraxmırıq və unutmuruq; əgər belə olmasaydı, çətinliklər sizə üz verər və düşmənlər sizi məhv edərdi. Buna görə Allahdan qorxun, təqvalı olun.

İddia edilən görüş və əlaqələrin inkarı

Həzrət Əli ibn Məhəmməd Səməriyə buyurur:

«وَسَیَأْتِی شِیعَتِی مَنْ یَدَّعِی الْمُشَاهَدَةَ أَلَا فَمَنِ ادَّعَى الْمُشَاهَدَةَ قَبْلَ خُرُوجِ السُّفْیَانِیِّ وَالصَّیْحَةِ فَهُوَ کَاذِبٌ مُفْتَرٍ.»
(Kəmalüddin, c. 2, s. 516)
Ərəb mətni tam şəkildə belədir:

«وَسَیَأْتِی شِیعَتِی مَنْ یَدَّعِی الْمُشَاهَدَةَ أَلَا فَمَنِ ادَّعَى الْمُشَاهَدَةَ قَبْلَ خُرُوجِ السُّفْیَانِیِّ وَالصَّیْحَةِ فَهُوَ کَاذِبٌ مُفْتَرٍ.»

 “Tezliklə şiələrim arasında mənimlə görüşdüyünü iddia edənlər olacaq. Agah olun ki, Süfyani və səmavi səs (صيحة) çıxmazdan əvvəl kim belə görüş iddia edərsə, o yalançı və iftiraçıdır.”

Şübhələrin aradan qaldırılması

Həzrət buyurur:

«أَنَّهُ أُنْهِيَ إِلَيَّ ارْتِیَابُ جَمَاعَةٍ مِنْکُمْ فِی الدِّینِ وَمَا دَخَلَهُمْ مِنَ الشَّکِّ وَالْحَیْرَةِ فِی وُلَاةِ أَمْرِهِمْ فَغَمَّنَا ذَلِکَ لَکُمْ لَا لَنَا وَسَاءَنَا فِیکُمْ لَا فِینَا لِأَنَّ اللَّهَ مَعَنَا.»
(İhticac, Təbərsi, c. 2, s. 278)
“Mənə çatdırıldı ki, sizdən bir qrupun din barəsində şəkkə və özlərinin rəhbərləri (vilayət sahibləri) haqqında tərəddüd və heyrətə düşməsi baş vermişdir. Bu vəziyyət bizi kədərləndirdi, lakin bu kədər bizim üçün deyil, sizin üçündür, bizə deyil, sizə aiddir və bu hal bizi narahat etdi, lakin bu narahatlıq bizim üçün deyil, sizin üçündür. Çünki Allah bizimlədir.”

Şiələrin xüsusi təsdiqi və tərifi

Həzrət İmam Zaman (ə.f) Şeyx Müfidə ünvanladığı bir təvqiədə onu belə tanıtdırır:

«لِلْأَخِ اَلسَّدِیدِ وَ اَلْوَلِیِّ اَلرَّشِیدِ اَلشَّیْخِ اَلْمُفِیدِ ... سَلاَمٌ عَلَیْکَ أَیُّهَا اَلْوَلِیُّ اَلْمُخْلِصُ فِی اَلدِّینِ اَلْمَخْصُوصُ فِینَا بِالْیَقِینِ... .»
(İhticac, c. 2, s. 495)

“Sağlam qardaşa, doğru yolun rəhbəri və hidayət olunmuş vəli olan Şeyx Müfidə... Sənə salam olsun, ey dində ixlaslı olan və bizə qarşı etiqadında yəqinlə seçilən dost.”

Dua öyrədilməsi və təvəssül qaydası

Rəvayət olunur ki, Abdullah ibn Cəfər Hümeyri həzrət İmam Zamandan (ə.f) təvəssül və diqqət qaydasını soruşdu. Həzrət təvqiə ilə belə buyurdu:

«...بَعْدَ صَلَاةِ اثْنَتَیْ عَشْرَةَ رَکْعَةً تَقْرَأُ قُلْ هُوَ اللَّهُ أَحَدٌ فِی جَمِیعِهَا رَکْعَتَیْنِ رَکْعَتَیْنِ ثُمَّ تُصَلِّی عَلَی مُحَمَّدٍ وَآلِهِ، وَتَقُولُ قَوْلَ اللَّهِ جَلَّ اسْمُهُ: سَلَامٌ عَلَی آلِ یَاسِینَ...»
(Biharül-ənvar, c. 53, s. 174)

“On iki rükət (altı iki rükətli namaz) qıldıqdan sonra, hər rükətdə ‘Qul huvəllahu əhəd’ surəsini oxu, sonra Məhəmməd və Ali-Məhəmmədə salavat göndər və belə de: ‘Salam olsun Ali-Yasinə...’”

Zühurun tezləşməsi üçün dua tövsiyəsi

Həzrət İshaq ibn Yəquba ünvanladığı təvqiədə buyurur:

«إِنِّی لَأَمَانٌ لِأَهْلِ اَلْأَرْضِ کَمَا أَنَّ اَلنُّجُومَ أَمَانٌ لِأَهْلِ اَلسَّمَاءِ فَأَغْلِقُوا بَابَ اَلسُّؤَالِ عَمَّا لاَ یَعْنِیکُمْ وَ لاَ تَتَکَلَّفُوا عِلْمَ مَا قَدْ کُفِیتُمْ وَ أَکْثِرُوا اَلدُّعَاءَ بِتَعْجِیلِ اَلْفَرَجِ فَإِنَّ ذَلِکَ فَرَجُکُمْ.»
(Kəmalüddin, c. 2, s. 483)

“Mən yer əhli üçün bir əmanətəm, necə ki ulduzlar səma əhli üçün əmanətdir. Sizə aid olmayan sualları bağlayın, sizə kifayət edilən şeylərdə özünüzü çətinliyə salmayın və zühurun tezləşməsi üçün çox dua edin. Həqiqi qurtuluşunuz ondadır.”

Rədd və inkar edən müxaliflərin, bidət əhli olanların cavablandırılması, şübhələrin aradan qaldırılması və fiqhi hökmlərin izahı, eləcə də təqvaya, Əhli-beyt (ə) məhəbbətinə və s. çağırışlar da bu təvqiələrin digər mühüm məzmunları sırasındadır.

Bu mövzuların ardı var...

Mənbə: “Mahiyyət Şenasie Təqviyyat həzrət Məhdi (ə.f)” məqaləsindən müəyyən dəyişiklərlə.. 

Müəllif: Qulamrza Salehi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha