Hövzə xəbər agentliyinin məlumatına görə, Dini Hövzə Mərkəzlərinin rəhbəri Ayətullah Əlirza Ərafi bəyanat yayaraq, SuriyadaTəhrir əş-Şam tərəfindən silahlı qruplaşma günahsız insanların qətlə yetirilməsini və kütləvi qırğınlarını şiddətlə pisləmişdir. O, İslam dünyasının agah və cəsarətli alimlərini, eləcə də digər dinlərin böyük şəxsiyyətlərini bu şəriətə və qanuna zidd əməlləri açıq şəkildə pisləməyə və qəti mövqe sərgiləməyə çağırmışdır. Həmçinin, beynəlxalq təşkilatlardan və insan hüquqları qurumlarından Suriyada baş verən hərbi cinayətlərin dayandırılması üçün ciddi və əməli addımlar atmağı tələb etmişdir.بسم الله الرحمن الرحیم
وَلا تَقْتَلُوِا النّفْس الَّتِی حَرَمَ اللهُ إِلاّ بِالْحَقِّ وَمَنْ قُتِلَ مَظْلُوِمًا فَقَدْ جَعَلْنَا لوَلِیْهِ سٌلْطَانًا فَلا یُسْرِفْ فِی القَتْلِ إِنّهُ کَانَ
مَنْصُورًا(٣٣)/ الإسرا
Bəyanatın mətni belədir:
Bismillahir-Rahmənir-Rahim
"Və Allahın haram buyurduğu cana, haqlı səbəb olmadıqca qəsd etməyin! Hər kəs zülmə məruz qalaraq öldürülsə, Biz onun sahibinə (qisas almaq üçün) ixtiyar vermişik. Lakin o da qisas alarkən həddi aşmamalıdır. Çünki o (qisas hüququ ilə) yardım olunmuşdur."
(İsra surəsi, 33-cü ayə)
İslam dini, insan həyatının, malının və ləyaqətinin qorunmasına böyük önəm verən bir din olaraq, heç vaxt günahsız insanların qətlə yetirilməsini qəbul etmir. Qüdrətli və Hikmət sahibi Allah Qurani-Kərimdə açıq şəkildə buyurur:
وَلا تَقْتُلُوا النفْس الّتِی حَرّمَ اللهُ إلاّ بالحَقّ» (سوره اسرا آیه ۳۳).
"Və Allahın haram buyurduğu cana, haqlı səbəb olmadıqca qəsd etməyin!" (İsra surəsi, 33-cü ayə)
Bu ayə, xüsusilə günahsız insanların qətlə yetirilməsinin haram olduğunu açıq şəkildə vurğulayır. Buna görə də, günahsız insanların həyatına qəsd edilməsi, xüsusilə Suriyada baş verənlər kimi hallar, dini təlimatların açıq-aşkar pozulması deməkdir.
Tahrir əş-Şam silahlı qruplaşmasının Suriya xalqına qarşı törətdiyi qırğınlar təkcə İslam prinsiplərinə zidd deyil, həm də İslam ümmətinin parçalanmasına və ona ciddi zərər dəyməsinə səbəb olur.
Beynəlxalq insan hüquqları qanunlarına, o cümlədən Cenevrə Konvensiyasına və Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktına əsasən, günahsız insanların qətlə yetirilməsi və mülki vətəndaşlara, xüsusilə qadınlara, uşaqlara və dinc insanlara qarşı təşkil olunmuş zorakılıq qəti şəkildə pislənir.
Cenevrə Konvensiyalarının 3-cü maddəsinə görə, münaqişələr və silahlı toqquşmalar beynəlxalq humanitar prinsiplərə uyğun aparılmalıdır və mülki insanlara qarşı hər cür hücum qadağandır. Bu prinsiplərin pozulması, Təhrir əş-Şam kimi qrupların törətdiyi əməllərdə olduğu kimi, açıq şəkildə hərbi cinayət sayılır və beynəlxalq məhkəmələrdə hüquqi təqibə məruz qala bilər.
Buna görə də, Suriyadakı bütün silahlı qruplaşmalardan tələb edirəm ki, İslam və insanlıq prinsiplərinə sadiq qalsınlar, hər cür zorakılıqdan və günahsız insanların qətlə yetirilməsindən çəkin sinlər.
Bu həssas şəraitdə, böyük şeytan Amerika və onun bölgədəki murdar övladı – sionist uşaq qatili rejimi, əsl İslama zərbə vurmaq niyyətindədir. Suriyadakı böhrana son qoymağın yeganə yolu barış və milli birliyə nail olmaqdır.
Sionist uşaq qatili rejimi əsl İslama zərbə vurmaq niyyətindədir. Suriyadakı böhrana son qoymağın yeganə yolu barış və milli birliyə nail olmaqdır.
İslamın ali mesajı həmişə sülh, əmin-amanlıq və parçalanmaların aradan qaldırılması olmuşdur. Qurani-Kərim ayələri və İslam hədisləri bizə öyrədir ki, hər bir müharibə və qarşıdurmanın məqsədi sülh və təhlükəsizliyin bərqərar olması olmalıdır, günahsız insanların qətlə yetirilməsi deyil.
Mən, Suriyada baş verən amansız qətliamlar və günahsız insanların öldürülməsi ilə bağlı dərin hüzn və kədərimi bildirir, bu dəhşətli cinayətləri qətiyyətlə pisləyirəm. İslam dünyasının agah və cəsarətli alimlərini, eləcə də digər dinlərin böyük şəxsiyyətlərini bu insanlığa və şəriətə zidd əməlləri açıq şəkildə pisləməyə və qəti mövqe sərgiləməyə çağırıram.
Eyni zamanda, beynəlxalq təşkilatlardan və insan hüquqları qurumlarından tələb edirəm ki, Suriyada baş verən hərbi cinayətlərin dayandırılması üçün ciddi və əməli addımlar atsınlar və insan hüquqlarını pozan cinayətkar qrupları beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb etsinlər.
والسلام علی من اتبع الهدی
"Və sülh, doğru yolda gedənlərin üzərinə olsun."
Ayətullah Əlirza Ərafi
Rəyiniz