şənbə 19 aprel 2025 - 23:37
Qurani-Kərimə bağlılıq yalnız bu mübarək Kitabı tilavət etməklə deyil, ona əməl etməklə mümkündür.

Hövzə/ Xanım Sacidə Məhəmməd bildirdi: Qurani-Kərimin təcvid qaydalarına uyğun şəkildə tilavətinə nə qədər önəm verilirsə, onun təlimlərinə də bir o qədər diqqət göstərilməlidir.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Maldiv Prezidentinin həyat yoldaşı xanım Sacidə Məhəmməd, Maldivdəki Tacuddin məktəbində keçirilən “İqab Cəmiyyəti 1446” adlı ilk Quran müsabiqəsinin bağlanış mərasimindəki çıxışında hər kəsi Qurani-Kərimin hidayətverici prinsiplərinə əsaslanaraq həyatın bütün sahələrində gözəllik və kamillik axtarmağa təşviq etdi.

O vurğuladı ki, bu cür davranış tərzinin həyat tərzi kimi qəbul edilməsi təkcə cəmiyyət üzvlərinin fərdi həyatına deyil, ümumilikdə bir millətin də müsbət istiqamətdə dəyişməsinə səbəb ola bilər.

Maldiv Prezidentinin həyat yoldaşı həmçinin Quran tilavəti üzrə müsabiqələrin artan sayını təsdiqlədi və bunu ümidverici bir irəliləyiş kimi qiymətləndirdi.

Bu Maldivli Xanım vurğuladı ki, Maldiv uşaqları və bütövlükdə Maldiv xalqı Qurani-Kərimin təlimləri ilə istiqamətlənir və bu onlara sülh və təhlükəsizlik hissi verir.

Bu mərasimdə sosial inkişaf sahəsindəki səylərə təşəkkür olundu və hər bir fərdin cəmiyyətdə xoşbəxtliyin artırılmasına kömək etməkdə məsuliyyətin əhəmiyyətini vurğulandı.

Bu yarışma keçən Ramazan ayında keçirildi və çoxsaylı könüllülər, o cümlədən Tacuddin məktəbinin şagirdləri Quran mətninin tilavəti kateqoriyasında iştirak etdilər.

Bu mərasimdə, Xanım Sacidə Məhəmməd birinci və üçüncü yerləri qazanan tələbələrə mükafatlar təqdim etdi.

Quran müsabiqəsini təşkil edənlər tərəfindən təqdim olunan hesabatda, hökumətin cəmiyyət və  sosial fəaliyyətlərinə dəstəyinə təşəkkür edilib və yaxın gələcəkdə daha böyük bir Quran müsabiqəsi təşkil etmək üçün proqramlar təqdim olunub. Bu müsabiqə oxuma və hafizlik qruplarını da əhatə edəcək.
 
Mətnin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha