bazar 31 avqust 2025 - 18:52
İmam Həsən Əskərinin (ə) müdrik tədbirləri – Qeyb dövründə zühurun zəminəsi

Hövzə/ Borazcan şəhərinin qadınlara məxsus elmi hövzəsinin müəlliməsi bildirib ki, İmam Əskərinin (ə) imamət dövrü hərçənd şiddətli hökumət təzyiqləri şəraitində keçmişdir, lakin İmam özünün müdrik və uzaqgörən tədbirləri ilə şiə cəmiyyətini azğınlıqlardan qorumuş və dəqiq proqramlaşdırma vasitəsilə Həzrət Mehdinin (ə.f) qeyb və zühur yolunun asanlaşması üçün müəyyən tədbirlər vermişdir.

Borazcan şəhərində yerləşən qadınlara məxsus elmi hövzənin müəlliməsi Asiyə Həməti Hövzə Xəbər Agentliyi ilə müsahibəsində Abbasi xilafəti dövründə İmam Həsən Əskərinin (ə) çəkdiyi şiddətli təzyiqlərə işarə edərək, imamətin davamı, qeyb dövrünə hazırlıq və Həzrət Mehdinin (ə.f) zühuru üçün zəminələrinin formalaşdırılması mövzusunu izah etmişdir. Müsahibənin mətni aşağıdakı kimidir:

İmam Həsən Əskəriyə (ə) qarşı təzyiqlərin artmasına hansı amillər səbəb oldu?

Təzyiqlər iki əsas səbəbdən gücləndi. Həmin dövrdə şiələr İraqda mühüm təsir gücünə çevrilmişdi və xalq geniş şəkildə Abbasi xəlifələrinə etiraz edirdi. Bu isə Abbasi hakimiyyətinin legitimliyi üçün ciddi təhlükə hesab olunurdu. Digər tərəfdən, Abbasi xəlifələri İmam Həsən Əskərinin (ə) nəslindən olan İmam Mehdinin (ə.f) zühur edəcəyi barədə gələn çoxsaylı hədislərdən xəbərdar idilər və bu məsələ onlarda dərin narahatçılıq doğurmuşdu.


Bu məhdudiyyətlərə baxmayaraq, İmam Həsən Əskəri (ə) şiə cəmiyyətini qeybət dövrünə və İmam Zamanın (ə.f) imamətinə necə hazırladı?

İmam Həsən Əskəri (ə) mövcud təzyiqlərə baxmayaraq mühüm tədbirlər həyata keçirdi. Bunlara dini biliklərin və maarifin yayılması, 100-dən çox mahir tələbələrin tərbiyəsi, şiələr arasında geniş rabitə şəbəkəsinin qurulması daxil idi. Bundan əlavə, o həzrət gizli siyasi fəaliyyətlər və məxfi maliyyə dəstəyi ilə şiə cəmiyyətinin əsas sütunlarını möhkəmləndirərək onları qeyb dövrünün əsas mərhələsinə hazırladı.

İmam Zamanın (ə.f) gizli şəkildə dünyaya gəlməsinin şiə tarixi üçün hansı hikmətləri vardır?

İmam Zamanın (ə.f) gizli şəkildə dünyaya gəlməsinin səbəbi onun Abbasilər hakimiyyətinin təhlükəsindən qorunmasında mühüm rol oynadı. Çünki Abbasi hakimiyyəti ilahi nuru söndürmək və imamət nəslini aradan qaldırmaq fikirində idi və bu barədə olan hədislərdən xəbərləri var idi. İmam Həsən Əskəri (ə) xüsusi tədbirlər görərək övladının doğumunu elə gizli saxladı ki, hətta şiə alimlərinin bir qismi belə bundan xəbərsiz oldu. Bu tədbir İmam Zamanın (ə.f) həyatının qorunmasına və gələcəkdə mümkün fəsadların qarşısının alınmasına böyük töhfə verdi.

İmam Həsən Əskərinin (ə) şəhadətindən sonra şiələr hansı çətinliklərlə üzləşdi və bu problemlər necə idarə olunurdu?

Həzrətin şəhadətindən sonra şiələr ciddi çətinliklərlə qarşılaşdı. Bunların inanclarına qarşı siyasi təzyiqlərin artması get gedə şiddətlənirdi. Abbasi hökuməti bütün gücü ilə şiəliyi məhv etməyə çalışırdı və İmam Zamanın (ə.f) qeybtdə olduğu müddəti fürsət bilib şiddətli təzyiqlər tətbiq edirdilər. Bu şəraitdə şiə alimləri elmi fəaliyyətləri genişləndirərək dini maarifləri dəqiq şəkildə bəyan etdilər. Şiələr isə dini və ictimai məsələlərdə İmamın naiblərinə müraciət etməklə problemlərini həll edirdilər.

Kiçik qeybət (qeybəti suğra) dövründə dörd naibin rolu nədən ibarət idi və şiələrin onlara etimadı necə formalaşdı?

Dörd naib kiçik qeybət (qeybəti suğra) dövründə İmam Mehdinin (ə.f) xüsusi nümayəndələri kimi şiələrlə  imam arasında əsas vasitəçi idilər. Onlara olan ümumi etimad imamın açıq vəsiyyəti, görkəmli şiə alimlərinin onların etibarlılığını təsdiqləməsi və onların qüsursuz fəaliyyətləri sayəsində formalaşmışdı. Bu amillər nəticəsində şiələr tam əminliklə dini və ictimai vəzifələrini həmin naiblər vasitəsilə icra edirdilər.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha