cümə axşamı 18 dekabr 2025 - 20:44
Məhdəviyyət mövzuları (26) | Rəcət anlayışının bəzi xüsusiyyətləri

Hövzə / İmam Məhdinin (ə.f) zühurundan öncə vəfat etmiş bütün möminlər və onun zühurunu gözləyənlər üçün dünyaya rəcət (yenidən qayıdış) imkanı mövcuddur və onlar İmam Məhdini (ə.f) dəstəkləmək və ona yardım göstərmək şərəfinə nail olacaqlar.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, “ideal cəmiyyətə doğru” adlı məhdəviyyət mövzular silsiləsi İmam Zaman (ə.f) ilə bağlı elm və maarifin yayılması məqsədilə siz hörmətli oxucuların diqqətinə təqdim olunur.

Mövcud çoxsaylı rəvayətlər əsasında rəcət (ölümdən sonra müəyyən şəxslərin yenidən dünyaya qayıdışı) mövzusunda aşağıdakı məqamları qeyd etmək olar:

1. Rəcət Allahın günlərindən sayılan əsas və mühüm hadisələrdəndir

Rəcət, ilahi miqyasda mühüm əhəmiyyət kəsb edən günlərdən biri olub, Quran və dini terminologiyada «ایّام الله» (Allahın günləri) kimi yad edilmişdir.

İmam Sadiq (ə) bu barədə buyurur:  «أَیَّامُ اَللَّهِ ثَلاَثَةٌ یَوْمٌ یَقُومُ اَلْقَائِمُ عَلَیْهِ السَّلاَمُ وَ یَوْمُ اَلْکَرَّةِ وَ یَوْمُ اَلْقِیَامَةِ » 
(بحارالانوار، ج ۵۳، ص ۶۳)

Tərcümə:
Allahın üç günü var: Qaimin (ə.f) qiyam etdiyi gün, rəcət günü və Qiyamət günü. (Biharul-ənvar, c. 53, s. 63)

2. Rəcətə etiqad Əhli-beyt (ə) şiələrinin əlamətlərindəndir

Rəcətə inanmaq, Əhli-beyt (ə) məktəbinin mühüm etiqadi əsaslarından biri hesab olunur.

İmam Sadiq (ə) buyurur:   لَیْسَ مِنَّا مَنْ لَمْ یُؤْمِنْ بِکَرَّتِنَا.  (بحارالانوار، ج ۵۳، ص ۹۲)
Tərcümə:
Bizim rəcətimizə iman gətirməyən bizdən sayılmaz.

(Biharul-ənvar, c. 53, s. 92)

3. Rəcət ümumi xarakter daşımır, yalnız xüsusi şəxslərə məxsusdur

Rəcət bütün insanları əhatə edən ümumi hadisə deyil, yalnız xüsusi qruplara şamil edilir.

İmam Sadiq (ə) bu barədə belə buyurur:

  «إِنَّ اَلرَّجْعَةَ لَیْسَتْ بِعَامَّةٍ وَ هِیَ خَاصَّةٌ لاَ یَرْجِعُ إِلاَّ مَنْ مَحَضَ اَلْإِیمَانَ مَحْضاً أَوْ مَحَضَ اَلشِّرْکَ مَحْضاً » 
(بحارالانوار، ج ۵۳، ص ۳۹)

Tərcümə:
Rəcət hamıya aid deyil. Bu yalnız imanı tam xalis olan möminlərə və küfr edən kafir və münafiqlərə məxsusdur.
(Biharul-ənvar, c. 53, s. 39)

4. Rəcət edən möminlər sırasında peyğəmbərlər və məsum imamlar da vardır

Rəcət edən möminlər arasında ilahi peyğəmbərlər və məsum imamlar (ə) da yer alır. Rəcət dövründə və İmam Məhdidən (ə.f) sonra ədalətli böyük hakimiyyəti ilk dəfə icra edən imam, həzrət İmam Hüseyn (ə) olacaq və uzun illər hökmranlıq edəcəkdir.

İmam Sadiq (ə) buyurur:

«أَوَّلُ مَنْ یَرْجِعُ إِلَی اَلدُّنْیَا اَلْحُسَیْنُ بْنُ عَلِیٍّ عَلَیْهِ السَّلاَمُ فَیَمْلِکُ حَتَّی یَسْقُطَ حَاجِبَاهُ»
(بحارالانوار، ج ۵۳، ص ۴۶)

Tərcümə:
Dünyaya rəcət edəcək ilk şəxs Hüseyn ibn Əli (ə) olacaq və o qədər uzun müddət hökmranlıq edəcək ki, qocalıqdan qaşlarının tükləri gözlərinin üzərinə düşəcəkdir. (Biharul-ənvar, c. 53, s. 46)

5. İmam Məhdinin (ə.f) zühurundan öncə vəfat edən möminlər üçün rəcət və ona yardım imkanı olacaqdır.

İmam Məhdinin (ə) zühurunu eşq ilə gözləyən və zühurdan əvvəl dünyadan köçən bütün möminlər üçün rəcət və İmam Məhdiyə (ə.f) yardım etmək imkanı olacaqdır.

İmam Sadiqdən (ə) rəvayət olunur ki, kim qırx gün “Əhd duasını” oxuyarsa, Qaimimizin (ə.f) köməkçilərindən olar. Əgər zühurdan öncə vəfat edərsə, Allah-taala onu qəbirdən çıxarar ki, Həzrət İmam Məhdiyə (ə.f) xidmət etsin.
(Məfatihul-cinan, Əhd duasının müqəddiməsi)

Əhd duasından bir hissə:

 «... اللّٰهُمَّ إِنْ حالَ بَیْنِی وَبَیْنَهُ الْمَوْتُ الَّذِی جَعَلْتَهُ عَلَیٰ عِبادِکَ حَتْماً مَقْضِیّاً فَأَخْرِجْنِی مِنْ قَبْرِی ...» (مفاتیح‌الجنان؛ بحارالانوار، ج ۹۹، ص ۱۱۱)

İlahi! Əgər bəndələrin üçün qəti qərar verdiyin ölüm mənimlə İmam Məhdi (ə.f) arasında mane olarsa, məni qəbirdən çıxar…

(Məfatihul-cinan; Biharul-ənvar, c. 99, s. 111

6. Kafirlərin və münafiqlərin rəcəti məcburi, möminlərin rəcəti isə ixtiyari olacaqdır 

Kafirlər və münafiqlər dünyaya öz istək və iradələri ilə deyil, məcburən qaytarılacaqlar. Lakin möminlərin rəcəti onların öz ixtiyarına buraxılacaqdır.

İmam Sadiq (ə) buyurur:

 «إِذَا قَامَ أُتِیَ اَلْمُؤْمِنُ فِی قَبْرِهِ فَیُقَالُ لَهُ یَا هَذَا إِنَّهُ قَدْ ظَهَرَ صَاحِبُکَ فَإِنْ تَشَأْ أَنْ تَلْحَقَ بِهِ فَالْحَقْ وَ إِنْ تَشَأْ أَنْ تُقِیمَ فِی کَرَامَةِ رَبِّکَ فَأَقِمْ »
(الغیبة، شیخ طوسی، ج ۱، ص ۴۵۸)

Tərcümə:
İmam Məhdi (ə.f) qiyam etdiyi zaman möminin qəbrinə müraciət edilər və ona deyilər: Ey Allahın bəndəsi! Sənin mövlan zühur etmişdir. İstəyirsənsə ona qoşul, istəsən Rəbbinin kəramətində (bərzəx nemətlərində) qal. Hər ikisi də sənin ixtiyarındadır.

(Əl-Qeybə, Şeyx Tusi, c. 1, s. 458)

Bu müzakirələrin ardı var....

Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha