“Teologiya və süni intellekt” adlı əsərin təqdimatı
Hövzə Xəbər Agentliyinin məlumatına görə, “Teologiya və süni intellekt” adlı kitab bir qrup müəllif tərəfindən hazırlanaraq Elmi Hövzələrin «Tədqiqatlar və Şübhələrə Cavab Mərkəzi»ndə tərtib edilmişdir və İslam Sisteminin Zəruri Araşdırmalar katibliyinin dəstəyi ilə Elmi Hövzələrin Nəşriyyatı tərəfindən çap olunmuşdur.
Əsər iki məqalə (giriş və ön söz olmaqla) və səkkiz elmi müzakirənin mətnindən ibarətdir.
Birinci məqalədə süni intellektin anlayışına nəzər salınır;
İkinci məqalədə isə İslam dini baxımından süni intellekt etikası təhlil olunur;
Kitabın üçüncü bölməsi “Süni intellektlə tanışlıq və onun teologiya ilə kəsişmə nöqtələri” adlı çıxışın mətninə aiddir;
Dördüncü bölmə “Süni intellekt və din” mövzusunu əhatə edir;
Beşinci bölmə “Güclü süni intellekt və onun İlahiyyatla bağlı müzakirələrdə mümkünlüyü” adlı elmi müzakirənin mətnidir;
Altıncı bölmə “Süni intellekt və şüur fenomeni” mövzusunda çıxışa həsr olunub;
Yeddinci bölmədə “Güclü süni intellektin tələbləri və İslam dininin güclü süni intellektə yanaşması” təqdim edilib;
Səkkizinci bölmə isə “Xristianlıqda süni intellekt və din” mövzusunda elmi müzakirənin nəticəsidir;
Doqquzuncu bölmə “Allah-Təalaya inam və süni intellekt”,
Onuncu (sonuncu) bölmə isə “Süni intellekt və teizm” mövzusunda elmi müzakirəyə əsaslanır.
Qeyd edək ki, bu dəyərli əsərin 1403-cü (2024) ildə Ayətullah Ərafi tərəfindən təqdimat mərasimi keçirilib.
Kitabı almaq istəyənlər onu Qum şəhərinin Müəllim bulvarı, 9-cu küçəsində yerləşən Elmi Hövzələr Nəşriyyatının daimi sərgisindən əldə edə bilərlər.
Səid Məsudi
Rəyiniz