Hövzə Xəbər Agentliyinin Mia.az xəbər portalına istinadən verdiyi məlumata görə, İranın sabiq Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində Azərbaycandan nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.
Qeyd edək ki, Ayətullah Seyid Əli Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehranda yerləşən Müsəlla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.
Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.
Xatırladaq ki, Ayətullah Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə şəhid olmuşdur. Daha sonra onun yerinə oğlu Ayətullah Seyid Müctəba Xamenei seçilib.
Rəyiniz