Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, 28 Mordad çevrilişindən 72 il keçir. Bu müddət ərzində, sözsüz ki, bu mühüm hadisə barədə müxtəlif təhlil və fikirlər irəli sürülmüş, çoxsaylı kitab və məqalələr dərc olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, ölkəmizin müasir tarixində bu mühüm gün hələ də dərslər və ibrətlərlə doludur.
Sənədlər göstərdi ki, bu çevrilişdə ABŞ və İngiltərənin kəşfiyyat qurumları birbaşa iştirak ediblər. Belə ki, illər sonra Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və Britaniya kəşfiyyatı tərəfindən “məxfilikdən çıxarılmış sənədlər” adı ilə yayılan materiallar açıq şəkildə sübut etdi. Özlərini saxta və yalançı rəmzi şüarlar altında təqdim edən hegemon qüvvələr əslində xüsusi məqsədlər və planlı siyasətlə İran üzərində hökmranlıq qurmaq üçün bu çevrilişdə birbaşa rol oynamışlar.
Hər halda diqqətəlayiq məqam odur ki, Hicri şəmsi təqviminin 1332-ci ilin 28 Mordadında baş verən çevrilişi İranın müasir tarixində bir dönüş nöqtəsi hesab edilir. Çünki bu acı hadisə, İran milli hökumətinin süqutuna, monarxiya istibdad rejiminin davam etməsinə səbəb oldu və hegemon dövlətlər tərəfindən İran xalqına ikiqat təzyiq göstərildi. Onun təsirləri isə uzun illər boyu mədəni, siyasi və iqtisadi sahələrdə özünü göstərdi.
Daxili ixtilaflardan düşmənin sui-istifadəsi
Şübhəsiz ki, doktor Müsəddiq və Ayətullah Kaşani hər ikisi yad qüvvələrə bağlı olmayan, lakin fərqli düşüncə tərzinə sahib şəxslər idi.Ayətullah Kaşani (r) mübarizəni İslam düşüncəsinə əsaslanaraq aparmağın tərəfdarı idi, Müsəddiq isə bütün məsələlərə dini meyarlardan kənar, sırf siyasi yanaşırdı.
Müsəddiq, Ayətullah Kaşaninin (r) dəstəyi və müşayiəti ilə İranın baş naziri olmuşdu. O, 1331-ci ilin 30 tir qanlı qiyamına qədər Ayətullah Kaşaninin tövsiyə və baxışlarına xüsusi diqqət yetirirdi. Lakin bu xalq hərəkatı Kaşaninin müdrik rəhbərliyi və İran xalqının fədakarlıqları sayəsində yenidən hakimiyyətə gəlməsindən sonra Müsəddiq başqa bir yol seçdi, nəticədə isə ruhaniyyətdən və xalq kütləsindən uzaqlaşdı. Beləcə, bu məsələ ölkə tarixində məlum olduğu kimi formalaşdı.
Təəssüf doğuran məqam budur ki, doktor Müsəddiq “dinin siyasətdən ayrılması” şüarını irəli sürərək, açıq şəkildə alimlərin siyasi işlərə müdaxiləsinə öz narazılığını bildirirdi. Nəticədə, onun hökuməti dövründə Ayətullah Kaşaniyə (r) qarşı məhdudiyyətlər daha da artdı. Mətbuat həyasızcasına ona təhqirlər yağdırdı, hətta bir qrup avara və quldurlar onun evinə hücum etdi. Halbuki mərhum Ayətullah Kaşani (r) və digər alimlər, neftin milliləşdirilməsi hərəkatının əvvəlində, İran xalqının haqlarını müdafiə etməkdə Müsəddiqin ciddi dəstəkçiləri idilər. Lakin zamanla elə bir şərait yarandı ki, nəticədə çevrilişçilər və daxili quldur dəstələri milli hökuməti devirməyi bacardılar.
ABŞ-ın çevrilişdən sonra hegemon məqsədlərinin təqibi
Əlbəttə, eyni zamanda nəzərə almaq lazımdır ki, ABŞ 28 Mordad çevrilişində və Pəhləvi monarxiyasının avtoritar davamını dəstəkləyərək, bölgədə, o cümlədən İranda təsirini davam etdirmək üçün uzunmüddətli məqsədlər güdürdü. Bəzi nəzəriyyəçilər də bildirirlər ki, bu çevrilişi təşkil etməyin əsas motivi ABŞ neft şirkətlərinin İran üzrə maraqlarını möhkəmlətmək idi.
Yalnız 28 Mordad çevrilişi deyil, ABŞ-ın zorakı və təcavüzkar siyasəti, o cümlədən Təbəsə uğursuz hərbi müdaxiləsi və İslam İnqilabından sonra baş tutmamış “Niqab” çevrilişi də göstərdi ki, Ağ Ev rəhbərləri bölgədə təsiri artırmaq üçün çevriliş siyasətini əsas strategiya kimi davam etdirmişlər.
Bu siyasət yalnız İrana məxsus olmasa da, ABŞ-ın İran üzərində təsirini genişləndirmək üçün ən əsas vasitələrdən biri 28 Mordad çevrilişi təşkil etmək olmuşdur.
Obamanın ABŞ-ın çevrilişdə iştirakının etirafı
ABŞ-ın sabiq prezidenti Barak Obama 2009-cu ildə Qahirə Universitetində etdiyi çıxışda açıq və sərt şəkildə 1932-ci ildə baş verən çevrilişdə bu ölkənin rolunu etiraf etdi. Bu çevriliş nəticəsində doktor Müsəddiqin milli hökuməti devrildi və şahın hakimiyyəti növbəti 25 il boyunca möhkəmləndi.
Maraqlıdır ki, ABŞ-ın ilk qaradərili prezidenti 2013-cü ildə BMT Baş Assambleyasında etdiyi çıxışda da ABŞ-ın İranda müdaxiləsini bir daha təsdiqlədi.
O, həmçinin 2006-cı ildə, senator olduğu dövrdə yazdığı “Cəsarəte omid” adlı kitabında 28 Mordad çevrilişinə toxunmuş və bu addımı ABŞ-ın digər ölkələrin daxili işlərinə həddindən artıq müdaxiləsinin nümunəsi kimi qiymətləndirmişdir.
Əlbəttə, ABŞ-ın İran qarşısında düşmənçiliyi heç vaxt dayanmamışdır. Tarixi və təcrübə göstərir ki, bu düşmənçilik həmişə olubdur. Son illərdə də müxtəlif bəhanələrlə İranın milli maraqlarına qarşı zərərverici hərəkətlərini təkrarlamış və hər bir buna bənzər macəralar ABŞ-ın xarici siyasət tarixində təcavüz və ləkə kimi qalır.
Maraqlıdır ki, Demokrat Partiyasının nümayəndəsi Bernie Sanders bir müddət əvvəl “CNN” şəbəkəsinə verdiyi müsahibədə 28 Mordad çevrilişi ABŞ-ın müdaxiləsi barədə belə demişdir:
Seçilmiş baş nazir Müsəddiqin demokratik proses nəticəsində devrilməsi faciə idi. Buna görə də mən hesab etmirəm ki, ABŞ qanuni və ya etik baxımdan digər hökumətləri devirməyə haqq sahib olsun. Bu cəhdlərin çoxu əks nəticə verib və müxtəlif regionlarda böyük sabitsizlik yaradıb.
ABŞ-ın müstəqil və güclü İranla daim düşmənçiliyi
Beynəlxalq münasibətlər sahəsində ədalətli və məlumatlı bir çox analitiklərin fikrinə görə, Amerika Birləşmiş Ştatları heç bir halda İran İslam Respublikasının müstəqil dövlət kimi bölgədə ABŞ-ın hegemon siyasətlərinin qarşısını almasını istəmir. Hazırkı mərhələdə Tramp administrasiyasının təhdid və təcavüzkar addımları da bu həqiqəti təsdiqləyir. 12 günlük müharibə isə göstərdi ki, ABŞ-ın və onun əsas tərəfdaşı İsrailin əsas problemi müstəqil, güclü və xalqına söykənən İran İslam Respublikasıdır.
28 Mordad çevrilişinin əhəmiyyəti ondan ibarətdir ki, əsas təşkilatçıların siyasi məqsədlərindən kənar, ABŞ-ın əsl təbiətini İran xalqı üçün açıq şəkildə ortaya qoydu və bu baxımdan İranda xarici müdaxilələrin tarixi nöqtəsi kimi yadda qaldı.
Bununla belə, bu hadisədən çıxarılan ən vacib ibrət dərsi odur ki, heç vaxt yad qüvvələrə arxalanmamaq, ABŞ kimi hegemonların hiylə və planlarından xəbərsiz qalmamaq və eyni zamanda düşmənin öz tərəfdarlarının xalq sıralarında yaratdığı manipulyasiyalara qarşı diqqətli olmaq lazımdır.
Xəbərin sonu
Rəyiniz