Hövzə Xəbər Agentliyi | İmam Hüseyn (ə) Ərbəini sadəcə dini bir mərasim deyil; Bu hadisə bəşər tarixində ən böyük sevgi, fədakarlıq və müqavimət dastanının təcəllisidir. Dünyanın dörd bir yanından milyonlarla insan piyada və ən çətin şəraitdə Kərbəlaya doğru hərəkət etdikdə, bu sadəcə bir ziyarət deyil;Bu bir “Mənəvi inqilabdır."
Təəccübləndirici statistika:
Bir neçə gün ərzində müxtəlif millət, irq və məzhəbdən olan 20 milyondan artıq zəvvar Kərbəlaya gəlir.
Dünyanın ən böyük toplantıları ilə müqayisə:
Tarixdə heç bir hadisə bu qədər könüllü və eşqlə edilən iştirakı özündə cəmləməyib.
Hətta müharibə və təhlükəsizlik böhranları dövründə belə, Ərbəin karvanları heç vaxt dayanmayıb; Bu sarsılmaz imanın bir göstəricisidir.
Ərbəinin bugünkü dünyaya mesajı
Ərbəin yürüyüşü, İmam Hüseynin (ə) zülm qarşısında susmamaq üçün başladığı yolun davamıdır.
Sərhədləri aşan birlik:
Şiə, sünni, xristian və həmçinin dindar olmayan şəxslər bu yürüyüşdə birlikdə iştirak edirlər.
İnsanlıq hələ yaşayır
Maddi dəyərlərin ön planda olduğu bu dövrdə Ərbəin sübut edir ki, sevgi və fədakarlıq hələ də milyonlarla insanı birləşdirir.
Düşmənlər niyə Ərbəindən qorxur?
Şiəliyin yumşaq gücü: Heç bir silah belə insan axınına qarşı dura bilməz.
Ərbəin ümmətlərin oyanışı üçün bir nümunədir; Fələstindən Yəmənə qədər insanlar müqavimət dərsi alır.
Düşmənin ziyarətçilərə hücum kimi təfriqə yaratma cəhdləri həmişə uğursuzluğa düçar olub.
Ərbəin sadəcə baş vermiş bir “hadisə” deyil; Bu bir “Hərəkatdır"
Bu yürüyüş, İslam ümmətinin döyünən ürəyidir və hər il hayqırır:
“Hər gün Aşuradır, hər yer Kərbəladır və hər bir insan özü seçim etməlidir: Ya İmam Hüseynin (ə) tərəfdarı olacaq, ya da Yezidin!”
Şəhid Seyid Həsən Nəsrullahın dediyi kimi: Bu bir möcüzədir. Ancaq təkrarlanan möcüzə çünki Hüseynin (ə) qanı heç vaxt qurumaz.
Xəbərin sonu
Rəyiniz