bazar ertəsi 21 sentyabr 2026 - 23:59
Ayətullah üzma Şübeyri Zəncaninin vəfatı ilə bağlı Müəllimlər Birliyinin mesajı / Əxlaq və fiqh zirvəsində dayanan mərcəyi-təqlid

Qum Elmi hövzəsinin Müəllimlər Birliyi Ayətullah üzma Şübeyri Zəncaninin vəfatı münasibətilə başsağlığı verərək bildirib: Ayətullah Şübeyri Zəncani elm və əxlaq məqamı, eləcə də mənəvi keyfiyyət və kamilliklər baxımından çox üstün idi.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Qum Elmi hövzəsinin Müəllimlər Birliyinin böyük təqlid mərcələrindən olan Ayətullah üzma Şübeyri Zəncaninin vəfatı ilə bağlı başsağlığı mesajının tam mətni aşağıdakı kimidir:

بسم الله الرحمن الرحیم

انا لله و انا الیه راجعون

Bağışlayan və mehriban Allahın adı ilə

“Həqiqətən, biz Allahınıq və Ona da qayıdacağıq.”

İmam Sadiq (ə) buyurub:

«إِذَا مَاتَ اَلْمُؤْمِنُ اَلْفَقِیهُ ثُلِمَ فِی اَلْإِسْلاَمِ ثُلْمَةٌ لاَ یَسُدُّهَا شَیْءٌ»

“Fəqih mömin vəfat etdikdə İslamda elə bir yarıq və boşluq yaranar ki, heç bir şey onu doldura bilməz.”

Şiə məzhəbinin böyük mərcəyi-təqlidi həzrət Ayətullah üzma Seyid Şübeyri Zəncaninin (Allah ona rəhməti eləsin) vəfatı böyük kədər və üzüntüyə səbəb oldu.

Həmin təqvalı fəqih elmi və əxlaqi məqam, eləcə də mənəvi keyfiyyət və kamilliklər baxımından zirvədə dayanırdı. Onun dərs kürsüsü İslam elmlərini öyrənən tələbələr üçün məzmun baxımından zəngin və böyük maraq doğuran dərs kürsülərindən biri hesab olunurdu.

Saysız-hesabsız alimlər və elm adamları həmin böyük mərceyin elmi və əxlaqi keyfiyyətlərindən bəhrələnmişlər və illər boyu elm və fiqhə susamış insanlar onun çeşməsindən bəhrələnərək doyacaqlar.

Həmin təvazökar, zahid və sadə həyat tərzi sürən ustad ictihad sahəsindəki yüksək imkanları, fiqhə və fəqihlərin görüşlərinə geniş bələdliyi, fiqhi qüdrəti və dəqiqliyi ilə misilsiz alimlərdən biri idi. O, rical elmində isə müasir dövrün ən seçilən və görkəmli alimlərindən biri hesab olunurdu.

Qum Elmi hövzəsinin Müəllimlər Birliyi bu böyük müsibət münasibətilə İslam İnqilabının Ali Məqamlı Rəhbərinə (Allah-Təala onu qorusun), böyük təqlid mərcələrinə (Allah-Təala onların bərəkətli ömürlərini davamlı etsin), Elmi hövzələrə, eləcə də rəşadətli İran xalqına, xüsusilə illər boyu həzrət Məsumənin (s.ə) müqəddəs hərəminə gələrək onun imam camaat namazının mənəviyyatından bəhrələnən möhtərəm Qum əhalisinə, eləcə də həmin təqvalı alimin möhtərəm ailəsinə və alim, möhtərəm övladlarına başsağlığı verir.

Qum Elmi hövzəsinin Müəllimlər Birliyi Ayətullah Şübeyri Zəncani üçün yüksək məqam, onun ailə üzvləri, yaxınları, sevənləri və müqəllidləri üçün isə Allahdan səbir diləyir.

Qum Elmi hövzəsinin Müəllimlər Birliyi


 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha