Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah üzma Sübhani Ayətullah üzma Şübeyri Zəncaninin vəfatı münasibətilə başsağlığı bəyanatı yayıb. Bəyanatın mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ
Biz Allaha məxsusuq və ona qayıdacağıq!
Əhli-beyt (ə) məktəbinin fəqihi, Rəbbani alim həzrət Ayətullah üzma Seyid Musa Şübeyri Zəncaninin (r) vəfatı böyük təəssüf və kədərə səbəb oldu.
Həmin böyük şəxsiyyət elmi hövzələrin əsas sütunlarından biri olmaqla yanaşı, bir çox İslam elmləri sahəsində dərin elmi baxışlara və möhkəm elmi prinsiplərə malik görkəmli alim idi. O, Ayətullah üzma Burucerdi və Ayətullah üzma Damad kimi böyük hövzə ustadlarının seçilən tələbələrindən biri hesab olunurdu.
Mən bu böyük müsibət münasibətilə başda həzrət İmam Zaman (ə.f) olmaqla, Elmi hövzələrin ustadlarına, alimlərinə və tələbələrinə, eləcə də Ayətullah Şübeyri Zəncaninin ailə üzvlərinə, xüsusilə alim və fəzilətli övladlarına başsağlığı verirəm. Uca Allahdan mərhum üçün yüksək məqam və pak Əhli-beyt (ə) ilə birlikdə məhşur edilməsini diləyirəm.
عاش سعیداً و مات سعیداً.
“O, xoşbəxt yaşadı və xoşbəxt vəfat etdi.”
Qum şəhəri — Cəfər Sübhani
21 sentyabr 2026-cı il
Rəyiniz