çərşənbə axşamı 12 avqust 2025 - 20:04
İslam alimləri və beynəlxalq təşkilatlar Qəzzanın işğal olunmasının qarşısını alsınlar

Hövzə / Ayətullah Ərafi verdiyi bəyanatda Qəzzanın tam işğalını pisləyərək dedi: Biz bütün dövlətlərdən, xalqlardan, alimlərdən, mütəfəkkirlərdən, hüquqi qurumlardan və beynəlxalq təşkilatlarından xahiş edirik ki, Qəzzanın tam işğalını pisləsinlər və onu qanunsuz və etibarsız elan etsinlər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi sionist işğalçı rejimin Qəzzanı tam işğal etmək cəhdini pisləyən bir bəyanat yayıb.

Bəyanatın bir hissəsində belə deyilir: Biz bütün dövlətlərdən, xalqlardan, alimlərdən, mütəfəkkirlərdən, hüquqi qurumlardan və beynəlxalq təşkilatlardan xahiş edirik ki, Qəzzanın tam işğalını pisləsinlər və onu qanunsuz və etibarsız elan etsinlər.

Bəyanatın tam mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

Həmd olsun Aləmlərin Rəbbinə və salavat salam olsun peyğəmbərlərin və elçilərin Ağası Məhəmmədə, onun pak Əhli-beytinə və seçilmiş səhabələrinə.

İslam ümməti, azad xalqlar və dünyanın bütün azadfikirliləri...

Bu gün müasir tarixin ən iyrənc və ən həyasız cinayətlərindən birinin qarşısındayıq; İşğalçı və qəsbkar sionist rejim, açıq şəkildə hegemon qüvvələrin dəstəyi ilə Qəzzanı tam işğal etmək, fədakar Fələstin xalqını ümumiyyətlə məhv etmək və onların tarixi coğrafiyasından kimliyini və mövcudluğunu tamamilə silmək niyyətindədir. Bu addım təkcə açıq-aydın ərazi işğalı və təşkilatlanmış soyqırım deyil, həm də bütün hüquqi, insani və şəri qaydaların qlobal miqyasda açıq şəkildə pozulmasıdır.

İslam fiqhinin dəyişməz prinsiplərinə əsasən, işğal olunmuş torpaqları müdafiə etmək və məzlum Fələstin xalqını dəstəkləmək bütün müsəlmanların və dünyanın azad düşüncəli insanlarının üzərinə düşən vacib bir şəri vəzifədir.
Qurani-Kərimdə buyurulur:
 “Sizə nə olub ki, Allah yolunda aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? 
(Nisa surəsi, 75-ci ayə)

Beynəlxalq hüquq baxımından, sionist rejimin son addımı BMT Nizamnaməsinin xüsusilə gücdən istifadənin qadağan olunması prinsipinin, müharibə zamanı mülki əhalinin qorunmasına dair IV Cenevrə Konvensiyasının, həmçinin Fələstinlə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının çoxsaylı qətnamələrinin açıq şəkildə pozulmasıdır. Bu cinayətlər Beynəlxalq Cinayət Məhkəməsinin (Roma) Nizamnaməsinə görə, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırımın bariz nümunəsidir.

Biz bütün dövlətlərdən, xalqlardan, alimlərdən, mütəfəkkirlərdən, hüquqi qurumlardan və beynəlxalq təşkilatlardan tələb edirik ki:

1. Qəzzanın tam işğalını pisləsinlər və onu qanunsuz və etibarsız elan etsinlər.

2. Təcavüzü dayandırmaq üçün bütün hüquqi, siyasi, iqtisadi və hətta qanun çəkindirici vasitələrdən istifadə etsinlər.

3. Qəzza xalqına təcili humanitar, ərzaq və dərman yardımlarının çatdırılması yollarını heç bir şərt olmadan açsınlar.

4. Sionist rejimin liderlərini beynəlxalq məhkəmələrdə hərbi cinayətkar kimi təqib etsinlər.

Elmi Hövzələr, müqavimət fiqhinə əsaslanaraq və Əhli-beyt məktəbinin təlimləri əsasında, qəhrəman Fələstin xalqı ilə tam həmrəyliklərini bildirir və vurğulayırlar ki, müqavimət Fələstin torpaqlarının, müqəddəs Qüdsün və bütün İslam və xristian müqəddəs yerlərinin tam azad olunmasına qədər davam edəcək.

Bilin ki, işğalçılar müqavimətçi xalqların iradəsi və Allahın pozulmaz vədi qarşısında məğlub olacaqlar:
Onlar hiylə qururlar.Mən də hiylə qururam. Ona görə də kafirlərə möhlət ver! Onlara bir az da möhlət ver!

(Tariq surəsi, 17-ci ayə)

Allahın bütün saleh bəndələrinə salam olsun.

Əlirza Ərafi 
Elmi Hövzələrin rektoru

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha