Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam Respublikasının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei verdiyi sərəncamla doktor Möhsün Rzaini özünün Milli Təhlükəsizlik Ali Şurasındakı nümayəndəsi təyin edib.
İslam Respublikasının Ali Məqamlı Rəhbərinin sərəncamının tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
Hörmətli qardaş, cənab doktor Möhsün Rzai!
Sizin dəyərli təcrübələrinizi nəzərə alaraq, səkkizillik şərəfli İraq İran müharibəsi dövrünün öncüllərindən biri kimi, Zati-alinizi özümün Milli Təhlükəsizlik Ali Şurasındakı nümayəndəm təyin edirəm. Ümidvaram ki, bu mühüm məsuliyyətin icrasında tam uğur qazanacaqsınız.
Həmçinin, əziz qardaş, cənab doktor Məhəmmədbaqir Zülqədrə gecə-gündüz göstərdiyi səylərə görə təşəkkürümü bildirirəm.
İnşallah, ağamız həzrət İmam Zamanın (ə.f) diqqət və inayəti sayəsində daim şərəfli İran xalqının fədakar mücahid əsgəri olasınız.
Seyid Müctəba Xamenei

Möhsün Rzayi “Milli Təhlükəsizlik Ali Şurasının katibi” təyin edildi
Prezident Aparatının Kommunikasiya və İnformasiya üzrə müavini Seyid Məhdi Təbətəbai bildirib ki, Məhəmmədbaqir Zülqədərin Milli Təhlükəsizlik Ali Şurasının katibliyi vəzifəsindən istefası və yeni məsuliyyət qəbul etməsi ilə əlaqədar İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın sərəncamı ilə Möhsün Rzayi Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edilib.
Xəbərin sonu
Rəyiniz