cümə axşamı 14 avqust 2025 - 09:32
Ərbəin, İmam Zamanın (ə.f) zühuruna zəmin yaradır.

Hövzə / Müqəddəs Cəmkəran Məscidinin sədri bildirib ki, Həzrət Mehdinin (ə.f) zühuru, yalnız İmam Hüseynin (ə) mərifətinin qəlblərdə yer tutması zamanı baş verəcək. O əlavə edib ki, Ərbəin hərəkatı bu mərifətin formalaşmasında böyük zəmin yaratması ilə yanaşı Həzrət Mehdinin (ə.f) qlobal hökumətinin yaranmasına da zəmin yaradır.

Hövzə Xəbər Agentliyinin verdiyi  məlumata əsasən, Müqəddəs Cəmkəran Məscidinin sədri,Höccətül-İslam vəl-müslimin Seyid Əli Əkbər Ocaq Nejat, Həzrət Məsumənin (s.ə) müqəddəs hərəminin adına olan xeyməsində Ərbəin ziyarətçilərinin qarşısında çıxış edib.

O, Əhli-beytin (ə) matəm günləri ilə bağlı başsağlığı verərək Həzrəti Fatimeyi-Məsumənin (s.ə) xeyməsinin xidmətçilərinin çəkdiyi zəhmətlərə görə təşəkkür etdi və İmam Hüseyn (ə) Ərbəininin böyük bir nemət olduğunu bildirdi. O əlavə etdi ki, bu nemət yalnız Allah-Təalanın İmam Hüseynə (ə) verdiyi bir məqamdır və heç bir başqa peyğəmbər və ya imam belə bir məqama malik deyil.

Höccətül-İslam vəl-müslimin Ocaq Nejat, Aşura hərəkatının davamlılığında Həzrət Zeynəbin (s.ə) misilsiz roluna toxunaraq bildirib: Aşura hadisəsinin yarı hissəsi İmam Hüseyn (ə) şəhid olana qədər onun əliylə qabağa getdi və qalan yarı hissəsi isə Kərbəla şəhidlərindən sonra Həzrət Zeynəbin (s.ə) göstərdiyi cihadlarla tamamlandı. Matəm və Ərbəin ziyarəti bu hərəkatın davamlılığının iki əsas faktorudur və hər ikisinin əsasını Həzrət Zeynəb (s.ə) qoymuşdur.


O bildirib ki, İslam dini Peyğəmbər (s) tərəfindən qurulmuş və İmam Hüseyn (ə) tərəfindən isə  qorunmuşdur.Tarix boyunca düşmənlər Aşuranı aradan qaldırmağa çalışıblar.Hərəmin dağıdılması, qəbrə su verilməsinin qarşısının alınması və ziyarət etmək üçün qadağaların qoyulması kimi hadisələr düşmənçiliyin nümunələridir. Lakin Ərbəin və Aşura matəmi bu günədək yaşadıb.

Müqəddəs Cəmkəran Məscidinin sədri davam edərək Aşura gecəsi yoldaşların seçilməsinə toxunaraq bildirib: İmam Hüseyn (ə) yalnız təmiz qəlbli və haqsızlıq etməyən insanları öz tərəfinə götürdü və Aşura səhəri öz sözləri ilə düşmən ordusundan bir neçə nəfəri öz tərəfinə cəlb etdi. Kərbəla döyüşündə saf iman bütöv küfrə qarşı dayanmış oldu.

O, bu gün haqqın bayrağının Həzrət İmam Mehdinin (ə.f) və onun yardımçısı İmam Xamneyi tərəfindən daşındığını vurğulayaraq əlavə edib: “Hər gün Aşura və hər yer Kərbəladır”, yəni haqq və batilin mübarizə meydanı hər gün açıqdır. Bizim vəzifəmiz düşməni tanımaq, Allahın vəlisinə itaət etmək və Kərbəlada göstərilən yolu qorumaqdır.

Höccətül-İslam vəl-müslimin Ocaq Nejat çıxışının sonunda vurğuladı: Həzrət İmam Mehdinin (ə.f) qeybəti yalnız İmam Hüseynin (ə) mərifəti qəlblərdə yer tutana qədər davam edəcək. Bu gün Ərbəin hərəkatı bu mərifətin formalaşmasında böyük zəmin yaratması ilə yanaşı Həzrət Mehdinin (ə.f) qlobal hökumətinin yaranmasına da zəmin yaradır.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha