bazar 17 avqust 2025 - 18:29
“Hüseyn (ə) yolunda xalq narrativ hərəkatı: Sevgi səfərinin rəvayətçiləri olaq”

Hövzə / Ərbəin ziyarəti ilə bağlı narrativ yazıları xüsusi önəm daşıyır. Bu, həmin böyük hadisədə gizlənən dəyərlərin və məfhumların gələcək nəsillərə və daha geniş auditoriyaya ötürülməsinə mühüm töhfə verir.

Hər il daha böyük əhəmiyyət kəsb edən bir zərurət:  “Hüseyn (ə) yolunda xalq narrativ hərəkatı: Sevgi səfərinin rəvayətçiləri olaq”

Ərbəin narrativləri və maariflərinin yayılması xüsusi əhəmiyyət kəsb edir. Ərbəin ziyarəti ilə bağlı narrativ yazıları xüsusi önəm daşıyır. Bu, həmin böyük hadisədə gizlənən dəyərlərin və məfhumların gələcək nəsillərə və daha geniş auditoriyaya ötürülməsinə mühüm töhfə verir.

Hövzə Xəbər Agentliyi xəbər verir ki, İlahi lütf sayəsində artıq bir neçə ildir Ərbəinlə bağlı media hərəkatı, incəsənət və ədəbiyyatın da müşayiəti ilə fəaliyyətə başlayıb. Bu prosesdə yalnız peşəkar yazıçılar deyil, həm də Ərbəin günlərində Hüseyn yolunda piyada ziyarətə müvəffəq olan sadə insanlar sosial şəbəkələrdə və virtual məkanda öz narrativlərini paylaşırlar.

Bu hərəkatın, Allah-Təalanın köməkliyi ilə gələcək illərdə daha sürətli və təsirli inkişaf etməsi gözlənilir. Bunun üçün media nümayəndələrinin dəstək verməsi və zəvvarların narrativ yazmağa təşviq olunması vacibdir.

Əlbəttə, bu hərəkatın geniş ictimaiyyətə tanıdılması və əhəmiyyətinin izahı ciddi fəaliyyət tələb edir. Bununla belə, hazırda “Ərbəin narrativləri” adı altında atılan bu kiçik addımlar dəyərli sayılmalıdır. Ümid var ki, belə təşəbbüslər daha güclü və kütləvi şəkildə inkişaf edəcək. Beləcə, Hüseyn (ə) Ərbəininin əzəməti daha geniş və təsirli formada təqdim oluna bilər.

Nə olursa-olsun, əsas məqam budur ki, Ərbəinlə bağlı narrativ yazıları və bu mövzuda maarifləndirmələrin yayılması xüsusi əhəmiyyət daşıyır. Çünki bu addım bu böyük hadisədə gizlənən məfhum və dəyərlərin gələcək nəsillərə və geniş auditoriyaya ötürülməsinə mühüm töhfə verir. Bundan başqa, bu fəaliyyət sayəsində Ərbəin hərəkatının əzəməti, mənəviyyatı və müxtəlif ölçüləri daha yaxşı dərk olunur və geniş kütlələr üzərində daha dərin təsir buraxır.

Səyahətnamə yazılarının imkanlarından istifadə zərurəti

Mədəniyyətşünas və yazıçı Dr. Həmid Hünərcu hesab edir ki, səyahətnamə janrından istifadə, İranın tarixi və mədəni ənənələri nəzərə alınaraq, Hüseyn (ə) Ərbəininin dünyaya tanıdılmasında ən vacib vasitələrdən biridir.

O bildirib ki, ötən günlərdə Qərbi Asiyada, başqa adla Yaxın Şərqdə, cəlbedici və mənalı bir ziyarət səfəri baş tutub. Bu səfər təkcə İran və başqa müsəlman ölkələrindən deyil, həm də digər müxtəlif ölkələrdən gələn həvəskar və motivasiyalı minlərlə insanı bir araya gətirib. Bu hadisə “Ərbəin”  adlanır, yəni Şəhidlər sərvəri İmam Hüseynin (ə) şəhadət gününün 40-cı günü ilə bağlı hər il baş tutan Kərbəla ziyarəti çərçivəsində baş verib.

Dr. Hünərcu əlavə edib ki, bu səfərin yay mövsümünə, xüsusilə də bu il bölgədə isti havaların pik nöqtəyə təsadüf etməsilə həm səbir və dözüm, həm də böyük məhəbbət tələb edirdi. Maraqlıdır ki, hər il zəvvarların sayı artır və elə həddə çatıb ki, ev sahibliyi edən ölkənin hökuməti milyonlarla zəvvar üçün aylar öncədən ciddi planlaşdırma işləri görməli olur.

Sevgi səfərinin hekayəçisi olaq

Yazıçı və mədəniyyətşünas Dr. Həmid Hünərcu bildirib ki, Kərbəlaya Ərbəin günlərində üz tutan bütün zəvvarlar öz xatirələrini yaddaşlarında və dil vasitəsilə qeyd edirlər. Onların hər biri ilə söhbət etsən, paylaşmağa dəyərli olan bir hekayə eşitmək mümkündür.

Zəvvarlar yolçuluğa çıxdıqları kənd və şəhərlərdən başlayaraq, Həzrət İmam Hüseynin (ə), Həzrət Əmirəl-möminin Əlinin (ə) hərəminə və İraqdakı digər müqəddəs ziyarətgahlara çatana qədər yaşadıqları bütün anlar, həmçinin zikr və dua məclisləri, qonşu ölkədə təsadüfi dost-tanış görüşləri və səfər boyu baş verən hadisələr həm vizual, həm də mətn formatında hekayəçi (narrator) rolunda təqdim oluna bilər.

Lakin yalnız az sayda zəvvar bu xatirələri tam, əhatəli və oxunaqlı şəkildə qeyd etməyə cəhd edir. Çünki maraqlı və mükəmməl səyahətnamə hazırlamaq, bütün müşahidə və hissləri dəqiq şəkildə birləşdirmək hər kəsin bacarığı deyil.

Dr. Hünərcu əlavə edib ki, səyahətnamə janrı, qısa videolar və sosial media üçün hazırlanmış materiallarla yeni bir sahə kimi ortaya çıxır. Əslində, xatirə və səyahətnamə yazmaq İran ədəbiyyatına tarixi iz buraxmış və güclü təsir göstərmişdir.

Mübarək mədəni bir axının mahiyyəti

Dr. Həmid Hünərcu həmçinin bildirib ki, media, kino və ədəbiyyatın istənilən janrı bu dini və xalq yönümlü hadisəni, həm düşüncə yönümlü, həm də səyahət və şirin xatirələrlə dolu narrativ və şərh baxımından təqdim edə bilər. Bu baxımdan, xatirə yazmaq, səyahətnamə və sənədli filmlər hazırlamaq İran incəsənətinin yenilənməsində əhəmiyyətli rol oynaya bilər.

O, belə əlavə edib: “Əminliklə deyə bilərik ki, xalqın dini-əqidəvi baxışları bu mədəni axının əsasını təşkil edir. Hər il müxtəlif baxışlara, inanclara və mədəniyyətlərə malik transsərhəd bir kütləni bir araya gətirir. Bu hadisə həm möhtəşəm, həm də spesifikdir və şübhəsiz ki, müasir zamanımızın incəsənət və ədəbiyyatının diqqətini özünə cəlb edir.”

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha