çərşənbə axşamı 20 may 2025 - 15:06
Hövzə İslamın yeni sivilizasiya quruculuğunda öncül olmalıdır.

Hövzə/Hörmözqan əyalətindəki qadınlara məxsus elmi hövzənin müdiri, Ali Rəhbərin çıxışlarına istinad edərək, qadınlara məxsus elmi hövzələrdə bəsirət, səmərəlilik və proqramların müasirləşdirilməsi zərurətinə toxundu.

Hövzə Xəbər Agentliyinin Hörmözqandakı müxbirinin verdiyi məlumata əsasən, xanım Abbasi İnqilab Rəhbərinin 2014-cü ildəki çıxışını xatırladaraq bildirib: Bəsirət idrak və mədəniyyət sahələrində təsirli olmaq üçün ilk və əsas şərtdir. Zamanının fərqində olmayan insan düşmən əvəzinə dostu hədəfə ala bilər.Ali Rəhbərin buyurduğuna görə, düşməni tanımaq və dəqiq təhlillə "Təbliğ Cihadı" meydanına daxil olmaq lazımdır.

O, Ali Rəhbərin strateji bəyannaməsinə istinad edərək dedi: Qum hövzəsinin yüz illiyi münasibətilə Ali Rəhbərin müraciəti, hövzələr üçün dəqiq proqramlaşdırmaya əsas ola biləcək 60-dan çox əsas və mühüm nöqtələri ehtiva edir. Bu əsas və mühüm nöqtələr aşağıdakı üç əsas istiqamətdə izah olunmalıdır:

1. İnqilabçı nəslin yetişdirilməsi və təşviqi.
2. İslam maarifi və düşüncəsinin ictimai, iqtisadi və mədəni sistemlərdə yaradılması və yayılması.
3. İslam sivilizasiyasının qurulmasında yenilik və yaradıcılıq.

Hörmözqan əyalətindəki qadınlara  məxsus elmi hövzənin müdiri əlavə etdi: Hövzədə səmərəli və əxlaqlı müəllimlər yetişdirilməlidir. Çünki savadlı və dindar insan yetişdirilməsi, İslam dəyərlərinin yayılmasında uğurun əsas zəmanətidir. Hövzə İslamın iqtisadi mədəni və ictimai sistemləri üçün təklif verən bir qurum olmalıdır. Bu vəzifə hazırkı şəraitdə daha da böyük əhəmiyyət kəsb edir.

O, İslam sivilizasiyasında uğurlu elmi modellərə, o cümlədən İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövrlərinə istinad edərək dedi: Yenilik və sivilizasiya baxışından uzaq olan bir sistem quruculuğu mümkün deyil. Əgər hövzələrin nəticəsi təsirli təbliğatçı, müəllim və düşüncə adamı olmazsa, hövzənin əsas vəzifəsi yerinə yetirilmiş sayılmaz.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha