bazar 25 may 2025 - 11:14
İspaniya İsrailin Qəzzaya hücumlarının dərhal dayandırılmasını tələb etdi

Hövzə/ İspaniyanın Baş naziri《Qəzza fələstinlilərə məxsusdur》 deyə vurğulayaraq, sionist rejimin Qəzzaya qarşı hücumlarının 《dərhal dayandırılmasını》tələb etdi.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, İspaniyanın Baş naziri Pedro Sançez İstanbulda keçirilən “Beynəlxalq Sosialistlər Partiyasının açılış iclasında çıxışı zamanı bildirib: Qəzzadakı vəziyyət qəbuledilməzdir. Biz susmayacağıq, çünki laqeydlik beynəlxalq ictimaiyyət üçün seçim deyil.

O əlavə edib: Biz İsraildən tələb etməliyik ki, Qəzzanı işğal etməyə yönəlmiş hərbi əməliyyatlarını dərhal dayandırsın. Qəzza fələstinlilərə məxsusdur.Onlar bu torpaqlardan çıxmağa məcbur ediliblər və öz yurdlarından qovulublar.

Sançez vurğulayıb: Bu beynəlxalq humanitar qanunların pozulması deməkdir.

O, həmçinin sionist rejimdən “mühasirəyə son qoymağı” və “yüzlərlə, minlərlə insanın üzləşdiyi dəhşətli humanitar böhrana cavab olaraq Qəzzaya humanitar yardımın göndərilməsinə dərhal icazə verilməsini” tələb edib.

Sançez qeyd edib: “İspaniya Fələstinlə birlikdə BMT Baş Assambleyasında İsraili humanitar yardımların çatdırılması üçün qeyri-hökumət təşkilatları və BMT qurumlarının əlçatanlığını təmin etməyə təşviq edən qətnamə layihəsini təqdim edəcək.

O əlavə edib: Mən açıq şəkildə demək istəyirəm ki, humanitar ədaləti müdafiə etmək kiməsə qarşı çıxmaq demək deyil.

İspaniyanın Baş naziri həmçinin vurğulayıb: Sionist rejim bir soyqırım hökumətidir və bizim belə bir rejimlə ticarət əlaqəsi qurmaqdan imtina etmək haqqımız var.

Sançezin bu bəyanatı Madrid ilə Tel-Əviv rejimi arasındakı diplomatik gərginliyi dahada  artırmışdır. Sionist rejim Sançezin tənqidlərinə cavab olaraq İspaniyanın işğal olunmuş torpaqlardakı səfirini etirazını bildirmək üçün çağırmışdır.

Sançez həmçinin keçən şənbə günü Bağdadda keçirilən Ərəb Dövlətləri zirvə görüşündə çıxışı zamanı bildirib: Qəzzadakı zorakılıq və gərginlik dayandırılmalıdır. Fələstinlilərin qanı gözlərimizin qarşısında axıdılır.

Əl-Ərəbi Əl-Cədid xəbər portalının məlumatına görə, BMT-nin Qəzza zolağında ağırlaşan humanitar vəziyyətlə bağlı verdiyi xəbərdarlığa baxmayaraq bu bölgə hələ də sionist rejimin hava və quru qüvvələrinin şiddətli atəşi altındadır. Bunun nəticəsində daha bir neçə fələstinli şəhid olmuş və yaralanmışdır.

Qəzza zolağında humanitar böhranın daha da kəskinləşdiyi bir dövrdə Beynəlxalq Miqrasiya Təşkilatı bəyan etmişdir ki, yalnız bir həftə ərzində 172 mindən çox fələstinli vətəndaş işğalçı qüvvələrin hücumlarının artması və məcburi təxliyə xəbərdarlıqları səbəbilə evlərini tərk etməyə məcbur olmuşdur. Ümumilikdə, cari ilin mart ayından  etibarən məcburi köçkünlərin sayı 610 min nəfəri keçmişdir. Təşkilat mülki əhaliyə heç bir dəstək göstərilmədiyi şəraitdə vəziyyətin daha da pisləşməsi ilə bağlı ciddi xəbərdarlıq etmişdir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha