Hövzə Xəbər Agentliyinin İsfahandan verdiyi məlumata əsasən, Höccətül-İslam vəl-müslimin Abbasəli Fərrux Fal dünən günorta İmam Hadi (ə) və Qədir Xum bayramı münasibətilə İsfahan hövzəsinin idarəetmə mərkəzində keçirilən tədbirdə çıxış edərək, Qədir Xum gününün mənəvi mövqeyinə dair rəvayətlərinə toxunub. Həmçinin bu günü bütün həqiqətlərin aşkar olması və "Fərəc" (qurtuluş) zamanı kimi dəyərləndirdi. O, bildirdi: Bizim ən böyük sərvətimiz Əmirəl-möminin Əlinin (ə) vilayətidir və Qədir Xum hadisəsini qoruyub saxlamaq tövhid dəyərlərinin qorunmasıdır.
O, Əhli-Beyt (ə) məqamına inamla bağlı iki zərərli cərəyana diqqət çəkərək bildirib: Birinci qrup aşkar düşmənçilik edənlərdir. Baxmayaraq ki, geniş təbliğatlarla şiəyə hücum edirlər, halbuki onların zərəri qorxulu deyil.
Hövzə müəllimi əlavə etdi: İkinci qrup isə ifrata varanlardır ki, bu dəstə əsasən elmi və dini çevrələrdən təbliğatçılar, müctəhidlər və tələbələrdən ibarətdir. Onlar ifratçılıq və səhv maarif təqdim etməklə Əhli-Beyt (ə) məqamına daha təhlükəli bir zülm edirlər.
Höccətül-İslam vəl-müslimin Abbasəli Fərrux təbliğatda yaranan azğınlığın əsas səbəbini savadsızlıq, araşdırma aparmadan və Əhli-Beyt (ə) məqamını düzgün anlamamaq kimi adlandıraraq əlavə edib: Təəssüf ki, bəzi təbliğatçılar dərin hövzə təhsili almadan minbərə çıxır və bəzən tanınmış xətiblər kimi ya Əhli-Beyti (ə) İlahilik səviyyəsinə qaldırmaqla, ya da məntiqsiz fikirlər irəli sürməklə insanları azğınlığa sürükləyirlər.
O, Peyğəmbərin (s) “Biz insanlarla onların başa düşdükləri tərzdə danışırıq” hədisinə istinad edərək, maarifin cəmiyyətin ağlı tərəfindən dərk edilə biləcək şəkildə ötürülməsinin vacibliyinə diqqət çəkərək bildirib ki, cəmiyyətin hidayəti Əmirəl-möminin (ə) elminə və düşüncələrinə ehtiyacı var.Həzrət buyurmuşdur: İnsanların ehtiyac duyduğu hər bir şeyi bilirəm.
Hövzə müəllimi qeyd etdi ki, rəvayətə əsasən Quranın sirlərini tam doğru şəkildə yalnız İmam Əli (ə) bəyan edə bilər. Əhli-beyt (ə) haqqında olan hər bir rəvayət Quran ayələrinə uyğun olmalıdır.
O, həmçinin Quran əsaslı və ağıla söykənən təbliğ yoluna təkid edərək, bu sahədə hövzələrin vəzifəsinə toxunaraq vurğulayıb ki, mənbərlərdə deyilən mövzuların nəzarətdə saxlanılması və xətib şəxslərə nəzarət edilməsi hövzələrin əsas vəzifələrindəndir.
Höccətül-İslam vəl-müslimin Abbasəli Fərrux Fal əlavə edib ki, ruhani şəxslər elm və gözəl əxlaqla xalqın zövqünü ağıla yönəltməlidirlər və qəlblərə nüfuz yalnız ağıl ilə mümkündür.
Xəbərin sonu.
Rəyiniz