Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən Höccətül-İslam vəl-müslimin Ayətullah Ərafi tərəfindən mərcəiyyətin müqəddəs mövqeyini müdafiə etmək məqsədilə verilmiş bəyanatın mətni:
بسم الله قاصم الجبارین و مبیر الظالمین والحمدلله و الصلاه علی رسول الله (ص) و آله الاطهار (ع) سیما بقیه الله فی العالمین
Zalımları məhv edən Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi olan Allaha.
Allahın salamı olsun Peyğəmbərinə (s) və onun pak Əhli-Beytinə (ə) həmçinin yer üzündə olan Höccətinə (ə.f)
İndi oyanışın, bəsirətin, dayanış və müqavimətin zamanıdır. Allahın köməyi ilə müdrik və uzaqgörən İran xalqı və bu xalqın qəhrəman və qeyrətli gəncləri, şanlı silahlı qüvvələrin bütün təbəqələri əziz vətənin və İslam İnqilabının müdafiəsi uğrunda həlledici meydanda geniş iştirak edirlər.
Bütün mərceyi-təqlidlər,möhtərəm alimlər və elmi hövzə müəssisələri tarixin müdafiəsi yolunda bələdçi və yoldaşdırlar.
Hövzə müəssisələri mərcəi-təqlidlərə tabe olaraq, milli və islami həmrəyliyin zəruriliyini Silahlı Qüvvələrin Ali Baş Komandanı və İslam İnqilabının Ali Rəhbərinin başçılığı ilə bir daha vurğulayır.
Bu çərçivədə xalqın səhnədə fəal iştirakı, silahlı qüvvələrin dəstəklənməsi, təhlükəsizlik qurumları ilə əməkdaşlıq, xalqın və məsul qurumların hərtərəfli hazırlığı, xalqın rahatlığı və əmin-amanlığı üçün zəruri tədbirlərin qabaqcadan görülməsi İslamın izzət və şərəfinin müdafiəsi yolunun davamlılığının göstəricisidir.
Buna əsasən şiə mərcəiyyətinin müqəddəs mövqeyinin müdafiəsi hövzələrin, İran xalqının, İslam ümmətinin, bütün müsəlman xalqların və dövlətlərin, habelə müqavimət cəbhəsi və azadlıqsevərlərin qəti və dəyişməz şəri vəzifəsi olaraq elan olunur.
Dünya istibdadının başçıları və qan içən Hitler yönlü sionistlərin İslamın uca mərcəiyyətinə, eləcə də İslam İnqilabının Ali Rəhbərinin (Allah onu qorusun) müqəddəs məqamına qarşı etdiyi son sərsəm və nalayiq ifadələr əsrlər boyu görülməmiş ən çirkin hadisələrdən biri sayılır.
Bu hərəkət misilsiz, utancverici olmaqla yanaşı, bütün İran xalqının və İslam ümmətinin qəzəbinə səbəb olmuşdur.
Bu alçaq hərəkət dünya ölkələrinin rəsmi rəhbərlərinə yönəlmiş təhdid, xüsusilə də elm, düşüncə və şiə mərcəiyyətinin ali məqamına tuşlandıqda, bütün beynəlxalq qanunlara, qaydalara və beynəlxalq normalara ziddir.
Biz beynəlxalq təşkilatlardan, dövlətlərdən və dünya xalqlarından, habelə elmi və mədəni qurumlardan və İslam ölkələrindən tələb edirik ki, bu məsələdə qətiyyətli mövqe bildirsinlər. Belə ləyaqətsiz və təhqiramiz davranışların təkrarının qarşısını alsınlar.
Eyni zamanda İran İslam Respublikasının hökumət qurumlarının rəhbərliklərindən, məxsusən Xarici İşlər Nazirliyindən bu məsələnin ciddi şəkildə araşdırılmasını və beynəlxalq səviyyədə qaldırılmasını istəyirik.
Qum Elmi Hövzəsi ölkə daxilindəki və İslam dünyasındakı bütün hövzələr, alimlər, ilahiyyatçı şəxsiyyətlər, mərceyi-təqlidlər eləcə də elmi, mədəni, dini və universitet qurumları həmçinin dünya azadlıqsevərləri bu rüsvayçı hərəkəti şiddətlə pisləyir və bu uca məqamın mərcəiyyətin həyat bahasına belə müdafiə olunacağını vurğulayırlar.
Sərsəm danışanlar bilməlidirlər ki, bu cür təhqirlərin təkrarı fərqli qərarların qəbuluna səbəb ola bilər və İslam dünyasının qəzəb alovlarını daha da alovlandıra, həmçinin öncədən təxmin və təsəvvür edilməyən nəticələrə yol aça bilər.
وَمَكَرُوا وَمَكَرَ اللَّهُ ۖ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ
Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır.
(Ali-İmran surəsi, ayə 54)
Əlirza Ərafi
Elmi Hövzələrin rektoru
Rəyiniz