Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata əsasən Qum Elmi Hövzəsinin İslam təbliğat idarəsinin başçısı Höccətül-İslam vəl-müslimin Əhməd Vaizi bazar günü yəni 22 iyun 2025-ci il tarixində Qum Elmi Hövzəsinin İslam təbliğat idarəsinin elmi və mədəniyyət komitəsinin idarə heyətinin iclasında bildirib: Ölkənin elmi və hərbiçi şəhidləri o kəslərdir ki, bütün ömürlərini, elmi sərmayələrini və böyük hərbi təcrübələrini ölkənin ucalmasına elmi, hərbi və təhlükəsizlik potensialının möhkəmləndirilməsinə sərf etdilər və şəhidlik şərəfi ilə bu dünyadan köçdülər.
Mədəniyyət sahəsi üzrə İslam İnqilabının Ali Şurasının üzvü əlavə edib: Bu günlərdə yaşadığımız vəziyyətlə bağlı bir neçə nöqtə ağlıma gəlir ki, onları qeyd etmək istəyirəm. Onlardan biri budur ki, bir ölkənin milli təhlükəsizliyinin ən böyük amili, xalqın siyasi sistem və müxtəlif siyasi hakimiyyət qurumları ilə olan birliyi, milli həmrəyliyi, möhkəm əlaqəsi və dərin bağlılığıdır. Bu daxili təhlükəsizliyin ən mühüm amilidir.
Ali Rəhbərin ətrafında birliyin formalaşması qaçılmaz və zəruridir
Qum Elmi Hövzəsinin İslam təbliğatı idarəsinin başçısı bildirib: İndi yaşadığımız belə bir şəraitdə milli həmrəyliyin qorunması, bu birliyin Ali Rəhbərin ətrafında formalaşması qaçılmaz və zəruridir.
Buna görə də müxtəlif dövlət qurumları, müxtəlif təbəqələr, universitet müəllimləri, İslam alimləri, mübəlliğlər və tribunada söz sahib olan, sosial media iştirakçıları və cəmiyyət arasında söz sahibi olan bütün şəxslər bu prinsipə diqqət etməlidir. Milli həmrəyliyi zəiflədə biləcək və bu birliyə zərbə vura biləcək hər hansı hərəkət, davranış və mövqedən çəkinməlidirlər. Belə bir şəraitdə bu yoldan uzaq durmaq lazımdır.
Höccətül-İslam vəl-müslimin Vaizi bildirib: İkinci nöqtə budur ki, İslam hakimiyyəti hikmət, tədbirlilik və zəka ilə bütün hüquqi və siyasi gücləri öz xeyrinə və bir növ İran millətinin xeyrinə istifadə etmişdir.Yəni küfr və iman arasındakı qarşıdurma şəraitində, Qərb və imperializmin bütün qüdrəti və nüfuzu ilə şərəfli İran xalqına, fələstinli məzlumlara və İslam dünyasının zülm altındakı insanlarına qarşı durduğu bir dövrdə və bizim bu şəraitdə şahid olduğumuz təcavüz və vəhşiliklərə görə dövlətimiz beynəlxalq qurumlara heç bir hüquqi və siyasi bəhanə verməmişdir.
Beynəlxalq insan hüquqları təşkilatı tarix boyu batil cəbhəsinin tərəfində yer alıblar.
Qum Elmi Hövzəsinin İslam təbliğatı idarəsinin başçısı vurğulayıb: Beynəlxalq insan hüquqları təşkilatı tarix boyu batil cəbhəsinin tərəfində dayanıblar və hazırkı şəraitdə bilərəkdən və qəsdən öz vəzifələrini təhrif edərək ona əməl etmirlər və ikili standartlarla bu hüquqi və siyasi biabırçılığı ortaya qoyublar. Lakin burada önəmli məqam ondan ibarətdir ki, İranın əlində olan bu hüquqi və siyasi üstünlük kartı dünya ictimai rəyinin İranı haqlı bilməsi və ümumilikdə təcavüzkarı öz daxilində və düşüncəsində məhkum etməsi bizi elə bir təsəvvürə salmamalıdır.Bu amil beynəlxalq münaqişələrdə və qarşıdurmalarda həlledici bir ünsürdür.
Elmlər Akademiyasının üzvü qeyd edib: Hüquqi və siyasi güclərin çəkisi beynəlxalq kəskin münaqişə balanslarında həlledici çəki deyil. Bu elə bir güc deyil ki, biz ona arxalanaq və düşünək ki, ictimai rəy bizim tərəfimizdədir, hüquqi və siyasi kartlar da bizim xeyrimizədir və biz bununla qarşı tərəfi çəkindirə bilərik. Bizim həqiqətən çəkindirmə gücümüz imanımızın qüdrəti, xalqın İslam ilə həmrəyliyi, birliyi və vəhdətidir. Məhz bu düşüncə və maarif, batilə qarşı haqq cəbhəsində bizim uğurumuzun göstəricisidir.
Hazırkı şərait təqlid etməyin yeridir ictihadın yox.
Höccətül-İslam vəl-müslimin Vaizi bildirib: Beynəlxalq münaqişələrdəki meydan reallıqları olduqca amansız və sərtdir. Bu yumşaq vasitələrlə bu reallıqları dəyişmək mümkün deyil. Ən vacib məsələ isə milli birliyə, güclü rəhbərliyə, hərbi gücə arxalanmaq, düşmənlə mübarizədə onun hiylələrinə qarşı agah olmaq, düşmənin başlatdığı psixoloji müharibəyə qarşı həssas və məlumatlı olmaq eləcə də bu informasiya və zehni savaşla düzgün şəkildə tanış olmaqdır. Məhz bu amillər güc vasitələridir və bu çətin münaqişə şərtlərində gedişatı dəyişə biləcək əsas amillərdir.
Qum Elmi Hövzəsinin İslam təbliğatı idarəsinin başçısı sözlərinə davam edərək deyib: Üçüncü nöqtə budur ki, mövcud şəraitdə ölkənin ümumi strategiya və əsas qərarlarında bütün etimadımız, inancımız ölkənin rəhbərlik sektorlarına və ali dərəcəli məmurlarına olmalıdır. Belə bir şərait təqlid yeridir ictihad yeri deyil. Belə bir şəraitdə əgər bəzi fərdlər və cərəyanlar hissə qapılaraq lazımı məlumat və agahlıq olmadan "İctihad dərəcəsində" təkliflər irəli sürsələr, bu zaman nizam və ictimai həmrəylik dağılacaq.
Gəlin İnqilabın Ali Rəhbərinin qərar və göstərişlərinə sadiq qalaq
O davam etdi: Burada məsələ budur ki, biz əvvəlkindən daha çox qərar və strategiyalarda Ali Rəhbərin mövqeyinə etimad etməliyik. Ali Milli Təhlükəsizlik Şurası qərar qəbul edir və bu qərarlar Ali Baş Komandan və sistemin rəhbərləri tərəfindən icra olunur. Bura ictihad yeri deyil, burada mütəxəssis olmayanların fikirlərinə yer yoxdur. Bu məsələlər qəti şəkildə elm və təcrübəyə əsaslanır və bu sahədə tam etimadla rəhbərliyə itaət etməli və məsul şəxslərin qərarlarını dəstəkləməliyik.
Mədəniyyət sahəsi üzrə İslam İnqilabının Ali Şurasının üzvü deyib: Doğrudur bu günlər qəhrəmanlıq, şücaət, cəsarət, səbir və müqavimət günləridir. Amma bu günlər həm də dua, təvəssül və Allah dərgahında kömək diləmək zamanıdır. Necə ki, Allah dostları, necə ki, İmam Əli (ə) necə ki, İmam Həsən və İmam Hüseyn (ə) belə idilər. Onlar gecələr Allahla münacat edənlərdən idilər. Bu günlər yalnız silah gücü ilə deyil həm də Allahın mənəviyyatına bağlılıqla irəliləməlidir və toplumun mənəvi ruhu daha da gücləndirilməlidir.
Höccətül-İslam vəl-müslimin Vaizi əlavə edib: Bugünkü İslam İranda yüksək rütbəli generallara və müdrik dövlət rəhbərlərinə həmçinin hərbi baxımdan böyük imkanlara malikdirlər.
《وما النصر الا من عندالله العزیز الحکیم، إن تنصروا الله یصرکم و یثبت
اقدامکم》
Əgər siz Allaha (Onun dininə) yardım etsəniz, O da sizə yardım edər və ayaqlarınızı sabit edər.
Bu bizim Allahın vədəsi ilə təmin olunmağımızdır.
Dua zamanı məxsusən Allah dərgahında yalvarmaq və Allah dərgahına sığınmaqla yanaşı ümid və cəsarətlə meydana girmək də vacibdir.
Allaha dua eləməklə yanaşı onun yer üzərində olan Höccətinə İmam Zamana (ə.f) təvəssül etmək lazımdır. Elə edək ki, Allahın köməkçisi və yardımçısı olan İmama Zaman (ə.f) cəmiyyət içərisində rövnəq və gözəllik nümunəsi kimi tanıdılsın.
İnşallah Həzrət Bəqiyyətullah İmam Zamanın (ə.f) xüsusi lütfü ilə bu dövlət və İmam Əlinin (ə) davamçısı olan bu xalq həmçinin İmam Hüseyn (ə) aşiqi olan bu millət həmişəki kimi bu böyük İlahi imtahandan alnıaçıq çıxacaqdır.
Xəbərin sonu.
Rəyiniz