şənbə 28 iyun 2025 - 21:11
Düşmənə qarşı mübarizəyə Aşura ruhiyyəsi ilə hazır olun

Hövzə / Ayətullahül Üzma Cavadi Amuli buyurub: İmam Hüseynin Kərbəla mesajı müsəlmanlara enerji və hazırlıq bəxş edir ki, bütün təhdidlər qarşısında müqavimət göstərsinlər, qorxuya qapılmasınlar və ümmətin gücləndirilməsi, həmçinin səhnədə hərtərəfli iştirakı ilə düşmənə qarşı durmağa hazır olsunlar.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə Ayətullah üzma Cavadi Amuli yazılı açıqlamasında belə buyurur: İmam Hüseynin (ə) Kərbəla mesajı müsəlmanlara elə bir enerji və hazırlıq ruhiyyəsi bəxş edir ki, onlar hər cür təhdid qarşısında möhkəm duraraq qorxuya qapılmasınlar və daim müqavimət göstərməyə hazır olsunlar.

Sonra İmam Hüseynin (ə) məşhur kəlamını qeyd edirlər: Mən ölməyi səadət zalımlarla bir yerdə yaşamağı isə zillət və alçaqlıq hesab edirəm.


Bu səbəbdən, hər bir müsəlmanın borcudur ki, Əhli-Beyt (ə) məktəbini düzgün tanısın, onu qoruyub yaşatsın və ümmətin gücləndirilməsi ilə cəmiyyətin hərtərəfli iştirakı sayəsində düşmənə qarşı mübarizəyə hazır olsun.


 Mənbə: Kövsəre Kərbəla s. 86

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha