Hövzə Xəbər Agentliyinin Əhvaz bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü Ayətullah Abbas Kəbi 1447-ci hicri-qəməri ilinin (iyun ayı 2025) Məhərrəm ayının üçüncü gecəsi Əhvazda yerləşən İmam Hüseyn (ə) adına Elmi-Mədəni Mərkəzinin hüseyniyəsində keçirilən əza mərasimində deyib:
İran İslam Respublikası bu gün Aşura nəslinin tərbiyəsi üçün bir məktəbə çevrilmişdir. Böyük şəhidlərin və sionist rejimin təcavüzündə şəhid olan generalların dəfn mərasimi 1981-ci ildə baş verən partlayışın ildönümü ilə eyni vaxta təsadüf etdi və bunun bir çox məqamları var.
Qum Elmi Hövzəsi Müəllimlər Cəmiyyətinin üzvü əlavə etdi: 1981-ci ildə şəhid Behiştinin və ölkənin yüksək şəxsiyyətlərinin terroru həmçinin 2025-ci ildək baş verən son hadisələr düşmənə İran xalqını məğlub etmək imkanı vermədi. Millət düşmənin bu hiylələrinə boyun əymədi və həyatını qurban verməyə qədər müqavimət göstərdi.
O vurğuladı: “Uşaqların, qadınların, dinc insanlararın, generalların, alimlərin və onların ailələrinin cənazələrini müxtəlif təbəqələrdən olan insanların iştirakı ilə dəfn olunması aşura ruhiyyəsini daha da gücləndirdi. Düşmən isə bax bu ruhiyyədən qorxur.
Ayətullah Kəbi dedi: “Xalqımız şəhidlərin dəfn mərasimində iştirak etməklə vilayətə itaət və şəhidlərin yolunun davam etdirilməsi üçün bir əhd bağladı və dünya istikbarına qarşı durmaq üçün tam hazırlığını nümayiş etdirdi. Bu mərasim, irəliləyən, zülmə boyun əyməyən və 'Heyhat minnəz-zillə! (zillət bizdən uzaqdır) nidaları səsləndirən bir ümmətin qiyamıdır.
O əlavə etdi: İmam Hüseyn (ə) şəhidlərin ağasıdır və şəhidlərin dəfn edilməsi Aşura hadisəsinin davamıdır. Şəhidlik həmişə ümməti dirildir və oyanışın açarıdır. Şəhidlik ruhiyyəsinə sahib olan ümmət mömin bir ümmətdir və o ümmət vahid, güclü və mütəşəkkil qalır. Şəhidlərinə hörmət edən Hüseynçi bir ümmət həmişə qalibdir və məğlub olmayacaqdır.
Qum Elmi Hövzəsi Müəllimlər Cəmiyyətinin üzvü əlavə etdi: Bu dəfn mərasimində bu bölgənin vətənpərvər qəhrəmanı Dəryaban Şəmxani şücaət və qürurla iştirak etməsi insanların ruhiyyəsində sevincə səbəb oldu. Biz onun və o cümlədən sionist rejimin təcavüzünə məruz qalmış digər qazilərimizin sağlamlığı üçün dua edirik.
Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü Ayətullah Abbas Kəbi qeyd edərək dedi: O zaman Kərbəlada böyük bir tarixi hadisə baş verdi və bu gün də mümkündür ki, belə hadisələr baş versin. Buda döyüş meydanının fərdiləşdirilməsindən qabağa gəlir. Yəni düşmən çalışır ki, ilahi rəhbərliklə ümmət arasında bir ayrılıq göstərsin və İmam Hüseynin (ə) mübarizəsini şəxsi məsələ kimi təqdim etsin.
Ayətullah Abbas Kəbi qey detdi: Ədalətli rəhbəri olmayan bir ümmət, canavarların və cinayətkarların yeminə çevrilər. Savadsız ümmətin saleh və ədalətli rəhbəri olsada belə təsiri olmayacaqdır. Bizim qələbəmizin sirri rəhbərliklə ümmət arasında olan dərin bağlılıqdır. Məhz bu bağlılıq bir daha düşmənə güclü zərbə vurdu və planlarını puç etdi.
O əlavə etdi: “Mübarizə meydanının şəxsiləşdirilməsi, ümmətin zalımların caynağına düşməsinə səbəb olur. Nəticədə Abdullah ibn Ömər kimiləri Əmirəl-möminin (ə) ilə beyət etməyib İmam Hüseyni (ə) tək qoyaraq sonda zalım Həccac ibn Yusifin ayağını öpməyə məcbur olaraq onunla rüsvayçılıqla beyət etdi.
Qum Elmi Hövzəsi Müəllimlər Cəmiyyətinin üzvü son olaraq belə dedi: Hər kim İmam Əli (ə) ilə beyət etməzsə, istər nüfuz sahibi olsun, istər İmam Hüseynə (ə) ağlasın fərqi yoxdur beləsi axırda üməyyələrin cərgəsində yer alacaqdır. Bu gün də haqq və batil cəbhəsinin savaşında mövqesiz qalan, haqqı dəstəkləməyənlər axırda İslam düşmənlərinin və sionistlərin sırasında yer alacaq və müsibətlərə uğrayacaq.
Xəbərin sonu
Rəyiniz