çərşənbə 2 iyul 2025 - 01:37
İran xalqının 12 günlük müharibədə etdiyi qəhrəmanlıq yaddaşlarda qalmalıdır

Hövzə / Xubriqan Məclisinin Rəyasət Heyətinin Xuzistan bölgəsi üzrə nümayəndəsi İran xalqının son müharibədə qazandığı qələbəni və silahlı qüvvələrin şücaətini milli birliyin nəticəsi adlandırdı.Bu qəhrəmanlıq davamlı olaraq möhkəmləndirilməsini və açıq-aydın şəkildə insanlara çatırmağın vacibliyini vurğuladı.

Hövzə Xəbər Agentliyinin Əhvaz bölgəsi üzrə müxbirinin verdiyi məlumata əsasən Xubriqan Məclisinin Rəyasət Heyətinin Xuzistan bölgəsi üzrə nümayəndəsi 
 Ayətullah Abbas Kəbi deyib:
Abadan şəhərində yerləşən Sərallah Hüseyniyəsində sionist rejimin ölkəyə təcavüzü zamanı şəhid olanların anım mərasimində çıxış edərək son müharibədəki qələbəni silahlı qüvvələrin şücaəti və İran xalqının dəstəyinin nəticəsi kimi dəyərləndirib və deyib: İran xalqı sionist rejimin təcavüzünə qarşı misilsiz həmrəylik, müqavimət və igidlik meydanında iştirak edərək düşməni tarixi bir məğlubiyyətə uğratdı.

O, əlavə edib: Gənc nəslin bu döyüşün müxtəlif səhnələrində fəal iştirakı İslamın yüksəliş və oyanışının təzahürü idi ki, bu qəhrəmanlıq davamlı olaraq möhkəmləndirilməli və açıq-aydın şəkildə insanlara çatdırılmalıdır.

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü son qələbədə milli birliyin roluna toxunaraq bildirib: Bu 12 gün ərzində düşmənlər vahid və güclü İranla qarşılaşdılar. Sionist rejim isə ayaqda qalmaq üçün hərbi əməliyyatlara əl atdı. Çünki onların psixoloji müharibə və çevriliş kimi layihələri uğursuz alınmışdır.

Ayətullah Kəbi əlavə etdi: Bu psixoloji müharibədə düşmən İran xalqının iradəsini hədəfə almışdı, lakin sonda özü iradə dağılmasına uğradı. Məğlub olan isə İran İslam Respublikasını devirmək planı oldu.

O, xalqın birliyinin davamlı bir quruluşa çevrilməsinin əhəmiyyətinə toxunaraq vurğuladı: Bu müharibədə qələbənin sirri olan birlik və həmrəylik ölkənin ictimai və siyasi quruluşunun dərinliyində daimi bir sərvətə çevrilməlidir.

Xubriqan Məclisinin Rəyasət Heyətinin Xuzistan bölgəsi üzrə nümayəndəsi milli qüdrət və müdrik Ali Rəhbəri bu döyüşün nəticəsində həlledici iki amil kimi dəyərləndirərək qeyd etdi: Bu böyük qələbə İran xalqının ucalığının, milli ehtişamının və düşməni təəccübləndirib ümidsizliyə salan müdrik Ali Rəhbərin təzahürüdür.

O əlavə edib: Sionist rejim tədrici ölüm yoluna qədəm qoyub və artıq İslam İnqilabının zərbələrinə dözə bilmir. Bu müharibə İran xalqının izzətinə və onların İslam İnqilabı ilə olan sivilizasiya qarşıdurmasına bir reaksiyadır. Lakin İran İslam Respublikası bu qarşıdurmadan qürurla çıxmağı bacardı.

Ayətullah Kəbi sonda vurğuladı: İranın sivilizasiya, mədəni və ictimai sərvəti komandirlərin şəhadəti ilə aradan getmir. Əksinə İran xalqı düşmənlərin qarşısında əvvəlkindən daha böyük güclə dayanır.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha