Mamusta Əbdüssəlam Məhəmmədi Hövzə Xəbər Agentliyinin Sənəndəc bölgəsinin müxbiri ilə söhbətində İmam Hüseynin (ə) matəm günlərinin başlamasıyla əlaqədar başsağlığı verərək qeyd edib ki, İmam Hüseyn (ə) İslam Peyğəmbərinin (s) Əhli-Beytindən olan böyük şəxsiyyətlərdən biridir və İmamlar (ə) arasında xüsusi yeri vardır.
Dehgülan şəhərinin cümə imamı əlavə edib: İmam Hüseyn (ə) İslam Peyğəmbərinin (s) səhabələri arasında mərifət və fəzilət sahibi olan bir şəxsiyyət idi və rəvayətlərə görə, Peyğəmbər Əkrəm (s) buyurmuşdur: "Həsən və Hüseyn cənnət gənclərinin ağalarıdır."
O, Peyğəmbərin (s) İmam Hüseynə (ə) olan məhəbbətinə toxunaraq deyib: İmam Hüseyn (ə) hələ kiçik bir uşaq ikən Peyğəmbərin (s) qucağında idi. Bu zaman Cəbrail Əmin nazil olub Peyğəmbərə (s) xitab edərək dedi: Bu uşağı sevirsənmi? Peyğəmbər (s) cavab verdi: Bəli, o mənim üçün çox əzizdir. Cəbrail daha sonra İmam Hüseynin (ə) Kərbəla adlı bir torpaqda şəhid ediləcəyini xəbər verdi və həmin torpaqdan bir ovuc Peyğəmbərə (s) göstərdi. Bu torpaq Hüseynin (ə) qanı ilə boyanacaqdır. Bu xəbər Peyğəmbəri (s) dərin kədərə və hüzünə qərq etdi.
Mamusta Məhəmmədi davam edərək bildirib: Hicri-Qəməri tarixinin 61-ci ilində baş vermiş Kərbəla faciəsi İslam tarixinin ən kədərli və qaranlıq hadisələrindən biridir. Bu hadisəni oxumaq insanı dərin hüznə qərq edir.
O, İmam Şafeidən bir nəqli qeyd edərək bildirib: İmam Şafei buyurur ki, Hicri-Qəməri tarixinin 61-ci ilinin hadisələrini və İmam Hüseyn (ə) ilə sadiq səhabələrinin şəhadətini oxuduğum zaman gözlərimdən yuxu qaçır və ürəyimə ağır bir kədər çökür.
Dehgülan şəhərinin cümə imamı bildirib: Aşura hadisəsi Əməvilərin tarixində bir rüsvayçılıq nöqtəsidir. Çünki onlar Peyğəmbər Əkrəminin (s) əziz nəvəsini şəhid etdilər.
O əlavə edib: Aşura hadisəsinin ən mühüm mesajı zülmə, küfrə və batilə qarşı müqavimət göstərmək və mübarizə aparmaqdır. Eyni zamanda haqq yola çağırış, səbir və Allah yolunda cihad bu ilhamverici hadisənin əsas dərslərindən biridir.
Görkəmli din alimi vurğulayıb: Kərbəla qiyamının digər mühüm mesajları, əmr be məruf və nəhy əz münkər (yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirmək,) kimi
İlahi bir vəzifənin dirçəldilməsi, dini sapmaların islahı, eləcə də xurafat və bidətlərə qarşı mübarizə aparmaqdır.
O deyib: Zamanın tağutlarına qarşı ayağa qalxan bir çox alimlər, islahatçılar və İslam döyüşçüləri İmam Hüseynin (ə) qiyamından ilham almışlar.
Mamusta Məhəmmədi davam edərək bildirib: İsar, fədakarlıq səbir və müqavimət Kərbəlanın ən mühüm dərslərindəndir. Bu gün də İran İslam xalqı bu dəyərləri örnək götürərək dövrümüzün tağutlarına o cümlədən sionist rejimə və qlobal istibdada qarşı qətiyyətlə dayanır.
O, Məhərrəm ayındakı dini həmrəyliyə toxunaraq əlavə edib: İmam Hüseynə (ə) olan məhəbbət yalnız şiələrə xas deyil, sünni müsəlmanlar da ona dərin sevgi və xüsusi ehtiram bəsləyirlər. İranın qərbində və İraqda Ərbəin günlərində sünnilər tərəfindən qurulan ehsan çadırları onların İmam Hüseynin (ə) müqəddəs şəxsiyyətinə olan sevgi və bağlılığının açıq sübutudur.
Dehgülan şəhərinin cümə imamı sonda qeyd edib: Şiə və sünni arasında birlik və vəhdət, İmam Hüseynin (ə) pak qanının səmərəsi və Aşura qiyamının birlik yaradan hədəflərindən biridir.
Xəbərin sonu
Rəyiniz