cümə axşamı 10 iyul 2025 - 18:36
İraqın "Həqq Əhli” briqadalarının baş katibi: Aşura bizə vəhdəti birliyi və Amerikanın hegemonluğuna qarşı mübarizəni vacib edir.

Hövzə / Şeyx Qeys Xəzəli, azad və müstəqil İraqın qorunması üçün İraq daxilində birliyin və xarici hegemonluğa qarşı mübarizənin vacibliyini vurğuladı.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən, İraqın “Haqq Əhli” briqadalarının baş katibi Şeyx Qeys Xəzəli, azad və müstəqil bir İraqın qorunması naminə ölkə daxilində birliyin və xarici hegemonluğa qarşı mübarizənin vacibliyini vurğuladı.

O qeyd edib: Bu gün Şəhidlər ağası və müqavimət əhlinin rəhbəri İmam Hüseyn ibn Əlinin (ə) şəhadətinin ildönümüdür.Bu ildönüm bəşər tarixində tayı-bərabəri olmayan bir hadisədir, insanlıq tarixi üçün dönüş nöqtəsi və haqqla batilin arasını ayıran bir sərhəddir. Bu gündə fədakarlığın, izzətin və zülmə qarşı dirənişin ən uca mənaları, fədakarlıqların böyüklüyündən asılı olmayaraq özünü göstərir.

Şeyx Xəzəli əlavə edib: İmam Hüseynin (ə) qiyamı hakimiyyət əldə etmək məqsədilə deyildi, əksinə bu qiyam, fəsada qarşı haqqın səsi, dinin dünya ilə barışmasına qarşı açıq bir etiraz və ilahi ədalətin bərpası ilə insan ləyaqətinin qorunması üçün əbədi və prinsipial bir mövqe idi.

O əlavə edib: Biz İraqlılar bu böyük ildönümü ərəfəsində Kərbəla inqilabının ruhunu günümüzdə yenidən anmalıyıq. İraq hələ də xarici müdaxilələrin təsiri altındadır və ölkənin birliyini və xalqın təhlükəsizliyini hədəf alan daxili ixtilaflar, onun azad müstəqil və suveren bir dövlət kimi gerçək varlığını ortaya qoymasına mane olur və bu vəziyyət onu ciddi şəkildə təhdid edir.

“Haqq Əhli" briqadalarının baş katibi bildirdi: Buna görə də, Həzrət Hüseynin (ə) yolu bizə həm milli, həm də dini baxımdan bir vəzifə yükləyir o da budur ki, İraqın hərtərəfli yəni hərbi, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində tam müstəqilliyi uğrunda ciddi şəkildə çalışaq və bütün növ hegemonluğa, xüsusilə də işğal dövründən bu günədək ölkəyə dağıntı və xarabalıq gətirən Amerika hegemonluğuna qarşı çıxaq.

O davam etdi: Kərbəla bizə öyrədir ki, zülm və ədalətsizlik qarşısında susmaq xəyanətdir və istibdad qüvvələrinə təslim olmaq, Hüseynin (ə) yolunu gedənlər üçün doğru bir seçim deyil. Buna görə də, İraqın torpağını, xalqını və səmasını qorumaq hamımızın məsuliyyətidir. Artıq milli mənafelər qarşısında qrup maraqlarına, partiya və məzhəbçilik düşüncələrinə üstünlük verilməsinə yer yoxdur. Əksinə borcumuz odur ki, ixtilafları bir kənara qoyaq və bu səbirli xalqın övladlarına xidmət edək, sosial ədaləti bərqərar edib milli ləyaqəti qorumaq üçün birlikdə hərəkət edək.

Şeyx Xəzəli qeyd etdi: Bu əbədi gündə bizə vacibdir ki, parçalama və təhqir planlarına qarşı durmaqda, həmçinin qlobal istibdad qüvvələrinə və onların bölgədəki havadarlarına qarşı müqavimətdə sıralarımızı birləşdirək və bir yumruq olaq. Hüseynin İraqı yalnız öz oğul və qızlarının, kişi və qadınlarının qolları ilə azadlığa, izzətə, ucalığa, gücə və qüdrətə layiq ola bilər.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha